Fərhad Sabir oğlu Tağızadə (Tağı-zadə) () — Azərbaycan hərbçisi, general-leytenant (2015), Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin beynəlxalq əlaqələr üzrə müavini — Beynəlxalq Əlaqələr İdarəsinin rəisi (2005–2020).

Həyatı Fərhad Sabir oğlu Tağızadə 1955-ci ildə anadan olmuşdur. Uzun illər milli təhlükəsizlik orqanlarında, Dövlət Sərhəd Xidmətində xidmət etmişdir.

1 iyul 2005-ci ildə Dövlət Sərhəd Xidməti rəisinin beynəlxalq əlaqələr üzrə müavini — Beynəlxalq Əlaqələr İdarəsinin rəisi təyin edilmişdir. 27 fevral 2020-ci ildə isə hərbi geyim formasını daşımaq hüququ verilməklə Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən istefaya buraxılmışdır.

Fərhad Tağızadəyə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 15 avqust 2005-ci ildə general-mayor, 17 avqust 2015-ci ildə isə general-leytenant ali hərbi rütbələri verilmişdir.

Təltifləri "Vətən uğrunda" medalı — 30 iyul 2004 "Hərbi xidmətlərə görə" medalı — 16 avqust 2007 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 18 avqust 2008 "Azərbaycan Bayrağı" ordeni — 14 avqust 2010 "İgidliyə görə" medalı — 16 avqust 2016 3-cü dərəcəli "Rəşadət" ordeni — 27 fevral 2020 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 15 dekabr 2020 "Dövlət Təhlükəsizliyi Xidmətinin fəxri əməkdaşı" döş nişanı — 7 noyabr 2025

İstinadlar

Kateqoriya:Azərbaycanlı generallar Kateqoriya:Azərbaycan sərhədçiləri