Vilayət 1910-cu ildə yaradılmış və ilkin olaraq Kap koloniyasını və bir neçə kiçik rayonu əhatə etmişdir: Britaniya Beçuanalendi (, Beçuanalend protektoratı (indiki Botsvana) ilə qarışdırmamalı), Şərqi Qrikvalend () və Qərbi Qrikvalend ().

Bütün vilayətlər arasında Kap vilayəti yeganə yer idi ki, orada rənglilər (CAR-da qarışıq irqin nümayəndələrinə verilən ad) səsvermə hüququna malik idilər. Lakin bu hüquq 1948-ci ildə aparteidi özünün rəsmi siyasəti elan edən Milli Partiyanın hakimiyyətə gəlməsi ilə ləğv edildi.

1994-cü ildə Kap vilayəti üç hissəyə bölündü: Qərbi Kap, Şərqi Kap və Şimali Kap. Bu zaman ərazinin kiçik bir hissəsi Şimal-Qərb vilayətinə keçdi.

Kateqoriya:CAR vilayətləri