Rumıniyalı İrina (; ) — Rumıniya kralı I Mixayın qızı.

Həyatı 28 fevral 1953-cü ildə Lozannada dünyaya gədi. Atası sürgündəki Rumıniya kralı I Mixay, anası isə son Parma hersoqu I Robertin nəvəsi Kraliça Annadır. Uşaqlıq illəri ata-nənəsi Kraliça Helenin Fyezoledəki villasında və ana-nənəsi Danimarkalı Marqaritanın Kopenhagendəki mülklərində keçdi. Britaniya və İsveçrədə orta təhsilini tamamladı.

1973-cü ildən Kanada və ABŞ-da daimi məskunlaşdı. Rumıniya inqilabının ardından İsveçrədə yaşayan ailəsinin yanına gəldi. Burada atası I Mixay və bacısı Marqarita ilə birlikdə ailə, eləcə də miras məsələləriyə məşğul oldular. 1997-cı ildə Rumıniyaya ilk rəsmi səfərini etdi.

4 oktyabr 1983-cü ildə Con Kruqerlə evləndi. Cütlüyün bu nigahdan 2 övladı olsa da, 2003-cü ildə boşandılar.

Mixail Kruqer (1985-) Anqelika Kruqer (1986-)

10 noyabr 2007-ci ildə Con Volkerlə evləndi. Bu nigahdan övladı olmadı. 2013-cü ilin avqustunda əriylə birlikdə qanunsuz heyvan döyüşü tərtibləmə iddiası ilə həbs olundu. 2014-cü ilin oktyabrında şərtli azadlığa buraxıldılar. Ərinin 2024-cü ildə vəfatından bəri evənmədi.

29 oktyabr 2014-cü ildə atası I Mixay tərəfindən bütün monarxial ünvanları əlindən alındı və onunla birgə, onun şəcərəsindən gələcək olanları taxt-tac hüququndan məhrum etdi.

Atasının 2017-ci ildə vəfatı və böyük bacısı Şahzadə Marqaritanın Rumıniya monarx ailəsi başçısı olmasının ardından 2020-ci ildə bütün ünvanları geri verildi.

Hal-hazrda ABŞ-ın Oreqon ştatında yaşayır.

Mənbə

Ədəbiyyat

Montgomery-Massingberd, Hugh (editor). Burke's Guide to the Royal Family, Burke's Peerage, London, 1973, p. 279. ISBN 0-220-66222-3 de Badts de Cugnac, Chantal. Coutant de Saisseval, Guy. Le Petit Gotha. Nouvelle Imprimerie Laballery, Paris 2002, p. 769 (French) ISBN 2-9507974-3-1 King Carol II: A Life of my Grandfather. London: Methuen. 1988. ISBN 0413165701 Eilers, Marlene A. (1987). Queen Victoria's descendants. Baltimore: Genealogical Pub. Co. p. 189. ISBN 0-8063-1202-5

İstinadlar