Kseniya Qeorqiyevna Romanova (; ) — Rus çarı I Nikolayın nəticəsi, böyük knyaginya.
1903-cü ildə Neva çayı sahilindəki Yeni Mixail sarayında doğuldu. Atası Qeorqi Mixailoviç çar I Nikolayın nəvəsi, anası Knyaginya Mariya isə Yunanıstan kralı I Georqun qızı idi. Üstəlik ana-nənəsi Olqa Konstantinovna da çar I Nikolayın nəvəsi idi.
Həyatının ilk illərini doğulduğu sarayda keçirsə də, 1905-ci ildə ailə Krımda yeni inşa edilən daha kiçik saraya köçdü. Birinci Dünya müharibəsinin başladığı 1914-cü ilədək burada sakit həyat yaşadı.
Ancaq valideynlərinin evliliyi xoşbəxt deyildi. Özünü sürgündə hiss edən anası Knyaginya Mariya vətən həsrəti çəkməkdə idi. Üstəlik əriylə münasibətləri də soyuq idi. Hər fürsətdə ölkə xaricinə çıxan Knyaginya Mariya Birinci Dünya müharibəsi başladığı əsnada qızlarıyla birlikdə Britaniyada tətildə idi və müharibəni bəhanə edərək Rusiyaya qayıtmaqdan imtina etdi. Bu tarixdən etibarən atasını heç vaxt görmədi.
Bolşeviklərin hakimiyyəti ələ almasının ardından atası həbs olundu və 1919-cu ilin yanvarında güllələndi. Anası ikinci dəfə evlənsə də, Knyaginya Kseniya və bacısı Nina daim atasının xatirələrini yaşatdı. Sırf bu səbəblə, hər ikisi də gənc yaşda evlənərək anasının nəzarətindən xilas oldular.
9 oktyabr 1921-ci ildə Vilyam Beytmen Lidslə Parisdə evləndi. Seçilən bəy namizədi dayısı Şahzadə Xristoforun ögey oğlu idi. Cütlüyün bu nikahdan 1 qızı doğulsa da, 1930-cu ildə boşandılar.
Nansi Helen Mariya Lids (1925–2006)
İkinci evliliyi isə 10 avqust 1946-cı ildə Nyu-Yorkda Herman Yudsla evləndi. 1965-ci ildə vəfat etdi.
Mənbə
Ədəbiyyat
Ham, Eldon L. (2011). Broadcasting Baseball: A History of the National Pastime on Radio and Television. Jefferson, NC: McFarland. p. 69. ISBN 978-0-7864-4644-5
İstinadlar