Xilasedici () — Azərbaycanın kişi voleybol klubudur. 2025/26 mövsümündə Azərbaycan çempionu olub.
Haqqında Klub 2019-cu ildə yaradılıb. Azərbaycan Voleybol Yüksək Liqasında çıxış edir.
Klub Azərbaycan Fövqəladə Hallar Nazirliyini təmsil edir.
Klub Suraxanı rayonunda yerləşir. Ev oyunlarını Hövsan qəsəbəsində Azərbaycan Fövqəladə Hallar Nazirliyinin arenasında keçirir.
2024/2025 mövsümü 2024/2025 mövsümündə Azərbaycan çempionatında debüt edib.
Müntəzəm mövsümü 3-cü pillədə başa vurub. Pley-offa vaxtından əvvəl vəsiqə qazanıb. Pley-offun nəticələrinə əsasən də üçüncü yeri tutub.
Komandanın oyunçusu Almoro Qustavo 2024/25 mövsümünün «Dream Team» rəmzi komandasına daxil olub.
Klub 2024 Azərbaycan Kubokunu qazanıb.
2025/2026 mövsümü 2025/2026 mövsümündə klub tarixində ilk dəfə Azərbaycan çempionu olub.
Həmçinin 2025/26 mövsümündə CEV Çağırış Kubokunda debüt edib.
2026/27 mövsümündə Azərbaycanı CEV Çempionlar Liqasında təmsil edəcək.
Avrokuboklar
2025/2026 — Çağırış Kuboku CEV Çağırış Kubokunun mövsümündə 1/32 final mərhələsində klub Buxarestin «» klubu ilə qarşılaşıb.
12 noyabr 2025-ci ildə keçirilən ilk oyunda «Xilasedici» 0:3 (21:25, 20:25, 20:25) hesabı ilə məğlub olub. 20 noyabr 2025-ci ildə keçirilən cavab oyununda isə 3:1 (25:23, 25:17, 15:25, 28:26) hesabı ilə qalib gəlib. Qızıl setdə də 15:13 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.
1/16 final mərhələsində Belçikanın Alst şəhərindən olan «» klubuna iki oyunun nəticəsinə görə məğlub olub.
İlk oyun 9 dekabr 2025-ci ildə Bakıda keçirilib və «Xilasedici» 0:3 (17:25, 22:25, 23:25) hesabı ilə uduzub. Cavab oyunu 7 yanvar 2026-cı ildə Belçikada keçirilib və klub 1:3 (21:25, 25:15, 25:19, 25:22) hesabı ilə məğlub olub.
Cari heyət №AdıMərkəz blokçularıDmitri BaranovBoqdan MazenkoÖtürücülərAleksandr BorisovMirhasil SeyidliRoman QurskiDiaqonal hücumçularAleksandr TumbasAlmoro QustavoLuis Enrike ReyesSerhat CoşqunLiberolarAsif ƏliyevFərid ƏliyevOnurcan ÇakırKənar hücumçularAleksandr PopleteyevBatsuuri Batturİvan Volodin
Nəticələr
+Azərbaycan çempionatıMövsümNəticə2024/252025/26+Azərbaycan KubokuMövsümNəticə2024+CEV Çağırış KubokuMövsümNəticə2025/261/16 final
Baş məşqçilər
Cəlil Cəlilov (2024-cü ildən)
İstinadlar
Xarici keçidlər
Kubokun qalibinin məşqçisi: Rəqiblər heyəti gücləndirir. Biz Seneqal millisinin oyunçusunun gəlməsini gözləyirik (Arxiv nüsxəsi) Volleybox-da profil
Kateqoriya:Voleybol klubları