Qrup təfəkkürü () — insan qrupunun yekdil olma arzusunun alternativlərin real qiymətləndirilməsinə üstün gəldiyi zaman yaranan düşüncə tərzi. Bu, qrup üzvlərinin qrupu (və həmin qrupda üzvlüyü) hər şeydən üstün tutduğu zaman baş verir. Onlar öz şübhələrini yatırır, fərqli fikirdə olanları susdurur və liderin tövsiyyələrinə tabe olurlar. Nəticədə reallığın təhrif olunmuş görünüşü, həddindən artıq optimist yanaşma və etikanı nəzərə almayan qərarlar yaranır.
Bu anlayışı araşdırıcı psixoloq İrvinq Cenis inkişaf etdirmişdi. O, kommunikasiya tədqiqatlarında, siyasətşünaslıqda, idarəetmədə və qurum nəzəriyyəsində geniş şəkildə istifadə olunur və onlara təsir etmişdir. Bundan əlavə, bu anlayış kultların tədqiqində də tətbiq edilir.
Tarix
Qrup təfəkkürü anlayışını ilk dəfə Uilyam H. Uayt () Corc Oruellın 1984 romanıdakı ikilifikirlilik () sözündən təsirlənərək, 1952-ci ilin mart ayında Fortune jurnalında çıxan məqalədə işlətmişdir.p.22
İrvinq Cenis qrup təfəkkürü nəzəriyyəsini araşdırmaları başlayıb. O, Uayta istinad etməsə də, anlayışın Corc Oruellin ikilifikirlilik anlayışı ilə oxşarlığını qeyd edir.
Nümunələri
Siyasət
Donuzlar körfəzi əməliyyatı Karib böhranı
Biznes
Swissair iflası Marks & Spencer və British Airways şirkətlərinin beynəlxalq genişlənməsi
Başqa
Aum Şinrikyo törətdiyi Tokio metrosunda zarin hücumuЦеликова В. В. Групповое мышление как механизм влияния на личность в деструктивном культе // Журнал практического психолога.— М.: Фолиум, 1997.— № 1.— С. 98-101. (копия )
Qarşısını almaq
İrvinq qrup təfəkkürünün qarşısını almaq üçün 9 tövsiyyə verir:
Lider qrupun hər bir üzvünü tənqidi qiymətləndirici olaraq təyin etməlidir. Nəticədə hamı öz narazılıqlarını açıq şəkildə dilə gətirə bilər. İyerarxiyanın əsas üzvləri qrup qarşısında qərarverici tapşırıq qoyanda, öz meyllərini göstərməyin əvəzinə tərəfsiz mövqe tutmalıdırlar. Eyni məsələni çözmək üçün fərqli liderləri olan ayrı qruplar təşkil olunmalıdır. Konsensusa çatmamışdan əvvəl, qrupun lideri hər bir üzvünə qrupdan kənar fikirləri öyrənməyə tapşırmalıdır. Əsas üzvlərinin fikirlərinə meydan oxumaq üçün qrupa aid olmayan ekspertlər qrup görüşlərinə dəvət olunmalıdır. Məsələnin alternativ çözümlərə qiymət vermək üçün qrupun hər görüşündə azı bir qrup üzvünə şeytan vəkili rolu verilməlidir. Məsələ rəqib qrup (qurum və ya dövlət) ilə bağlı olanda, ondan gələn siqnalları analiz etmək və alternativ ssenariləri yazmaq üçün vaxt ayırmalıdır. Alternativ qərarlara qiymət vermək üçün qrup hərdən birə ayrı liderləri olan alt qruplara bölünməlidir. Sonra qrup yenidən yığışıb verdiyi qərarları müqayisə etməlidir. İlkin konsensusdan sonra və son qərardan əvvəl qrup yenidən toplaşmalıdır. Həmin toplantıda qrupun hər bir üzvü verilən qərarla bağlı şübhələrini açıq şəkildə ifadə etməlidir.
Ədəbiyyat Məqalələr
Kitablar
Martin, Everett Dean, The Behavior of Crowds, A Psychological Study, Harper & Brothers Publishers, New York, 1920.
İstinadlar
Kateqoriya:Konformizm Kateqoriya:Qrup prosesləri Kateqoriya:Konsensus Kateqoriya:Koqnitiv təhriflər Kateqoriya:Xətalar Kateqoriya:Kollektiv intellekt