Əlimurad Hacızadə () — Azərbaycan kayakçısı, avarçəkəni.

Həyatı və idman fəaliyyəti 22 yanvar 2009-cu ildə anadan olmuşdur. Yeniyetməlik yaşlarından müsabiqələrdə iştirak etməyə başlayan idmançı 2023-cü ildən etibarən beynəlxalq yarışlarda iştirak etməyə başlamışdır. Həm Azərbaycanda (xüsusilə, Mingəçevirdə), həm də MDB ölkələri və digər ölkələrdə keçirilən beynəlxalq müsabiqələrdə uğur qazanmışdır.

2023-cü il Qazaxıstandakı Uşaqların Beynəlxalq Müdafiəsi Günü () münasibətilə keçirilən və 100-ə yaxın idmançının iştirak etdiyi reqatada 1 nəfərlik kayak qayığında, habelə Vacib Babayevlə birgə 2 nəfərlik kayak qayığında 500 metr məsafə üzrə qızıl, 200 metr məsafə üzrə isə gümüş medal qazanmışdır.

Rusiyada SSRİ Əməkdar idman ustası Konstantin Kostenkonun xatirəsinə () keçirilən reqatada 1 nəfərlik kayak qayığında 1000 metr məsafə üzrə qızıl və 200 metr üzrə gümüş, habelə Vacib Babayevlə birgə 2 nəfərlik kayak qayığında 500 metr məsafə üzrə qızıl medal əldə etmişdir.

Azərbaycanda illik təşkil edilən "Mingəçevir reqatası"ndan isə ("Mingəçevir reqatası-2023") 500 metr məsafə üzrə 1 nəfərlik kayak qayığında bürünc, 200 metr üzə isə həm 1 nəfərlik, həm də Vacib Babayevlə birgə 2 nəfərlik kayak qayığında qızıl medalla ayrılmışdır.

2024-cü il Azərbaycanda illik keçirilən "Prezident Kuboku"nda ("Prezident Kuboku-2024") 1 nəfərlik qayığında 500 metr üzrə qızıl medal əldə etmişdir.

Macarıstanda keçirilən "Olimpiya ümidləri" () reqatasında isə final mərhələsinə qədər yüksəlmişdir.

2025-ci il Azərbaycanda illik keçirilən "Prezident Kuboku"nda ("Prezident Kuboku-2025") 1 nəfərlik qayığında 1000 metr məsafə üzrə qızıl, 200 metr üzrə isə bürünc medal əldə etmişdir. Habelə III MDB Oyunlarından da 1 nəfərlik kayak qayığında 200 metr məsafə üzrə aldığı gümüş medalla ayrılmışdır.

2026-cı il Azərbaycanda illik keçirilən "Prezident Kuboku"nda ("Prezident Kuboku-2026") 1 nəfərlik qayığında 500 və 200 metrlik məsafələr üzrə gümüş medallar əldə etmişdir. İl Reqata Nailiyyət İstinadlar 2023 1 iyun — Uşaqların Beynəlxalq Müdafiəsi Günü 1 nəfərlik kayak qayığında 500 metr üzrə qızıl medal; 200 metr üzrə gümüş medal 2 nəfərlik kayak qayığında (Vacib Babayevlə birgə) 500 metr üzrə qızıl medal; 200 metr üzrə gümüş medal Konstantin Kostenko 1 nəfərlik kayak qayığında 1000 metr üzrə qızıl medal; 200 metr üzrə gümüş medal 2 nəfərlik kayak qayığında (Vacib Babayevlə birgə) 500 metr üzrə qızıl medal Mingəçevir reqatası-2023 1 nəfərlik kayak qayığında 500 metr üzrə bürünc medal; 200 metr üzrə qızıl medal 2 nəfərlik kayak qayığında (Vacib Babayev ilə birgə) 200 metr üzrə qızıl medal 2024 Prezident Kuboku-2024 1 nəfərlik kayak qayığında 500 metr üzrə qızıl medal Olimpiya ümidləri Finalist 2025 Prezident Kuboku-2025 1 nəfərlik kayak qayığında 1000 metr üzrə qızıl medal; 500 metr üzrə gümüş medal; 200 metr üzrə bürünc medal III MDB Oyunları 1 nəfərlik kayak qayığında 200 metr üzrə gümüş medal 2026 Prezident Kuboku-2026 1 nəfərlik kayak qayığında 500 metr üzrə gümüş medal; 200 metr üzrə gümüş medal

İstinadlar