Amaliya Sofiya Elyanora (; ) — Britaniya və İrlandiya kralı III Georqun qızı, Britaniya şahzadəsi.
1783-cü ildə Vindzor sarayında dünyaya gəldi. Atası Britaniya və İrlandiya kralı III Georq, anası isə Meklenburq-Strelitzli Şarlottadır. 17 sentyabrda Sent-Ceyms sarayında vəftiz edildi. Böyük qardaşı Georq və bacıları Şarlotta ilə Avqusta Sofiya onun vəftiz valideynləri oldu.
Uşaqlıq illəri boyunca səhhəti yaxşı deyildi. 1798-ci ildə ona vərəm diaqnozu qoyuldu. 1808-ci ildə qızılcaya yoluxdu. 25 oktyabr 1810-cu ildə yatalaq oldu və çox keçmədən, 2 noyabrda vəfat etdi. Cənazəsi Vindzor qalasındakı Müqəddəs Corc kilsəsinə dəfn olundu.
Mənbə
Ədəbiyyat
(subscription required for online access)
İstinadlar