Şahzadə Luiza Anna (; ) — Britaniya və İrlandiya kralı II Georqun nəvəsi, Britaniya şahzadəsi.
1749-cu ildə Londonda dünyaya gəldi. Atası Britaniya və İrlandiya kralı II Georqun oğlu Uels şahzadəsi Şahzadə Frederik Lüdovik, anası isə Saksen-Qota-Altenburq hersoqu II Frederikin qızı Şahzadə Avqustadır. Qısa həyatı haqqında yetərli məlumat yoxdur. Doğuşdan səhhətinin pis olması, hətta bu səbəblə normal təhsil belə ala bilmədiyi bilinir. Vərəm səbəbilə gənc yaşda 1768-ci ildə vəfat etdi.
Mənbə
Ədəbiyyat
The Third Register Book of the Parish of St James in the Liberty of Westminster For Births & Baptisms. 1723-1741 Wilkins, William Henry (1904). A Queen of Tears: Caroline Matilda, Queen of Denmark and Norway and Princess of Great Britain and Ireland. London: Longmans, Green and Co. pp. 32–33
İstinadlar Kateqoriya:XVIII əsr Birləşmiş Krallıq şəxsləri