SOY Production — 5 oktyabr 1998-ci ildə rejissor və prodüser Oqtay Əliyev tərəfindən təsis edilmiş Azərbaycan televiziya və kino istehsalı şirkətidir. Şirkət televiziya proqramları, seriallar, konsert layihələri, musiqi müsabiqələri, bədii filmlər, sənədli filmlər və reklam məhsullarının istehsalı ilə məşğul olur. 2023-cü ildən şirkətə Əməkdar artist Dilarə Əliyeva rəhbərlik edir.
Tarixçə SOY Production 5 oktyabr 1998-ci ildə Oqtay Əliyev tərəfindən təsis edilmişdir. Şirkətin yaradılmasından əvvəl Oqtay Əliyev televiziya və teatr sahəsində fəaliyyət göstərmiş, Space TV-də yayımlanan "Korifey", "Həftə çal-çağırı" və "İşdən sonra" proqramlarının müəllifi və baş prodüseri olmuşdur. Bu təcrübə sonradan müstəqil prodüser şirkətinin yaradılmasına zəmin yaratmışdır.
İlk illərdə SOY Production əsasən televiziya layihələrinin hazırlanması ilə məşğul olmuşdur. Şirkət müxtəlif televiziya kanalları üçün əyləncə, musiqi və sosial istiqamətli proqramlar istehsal etmiş, müasir televiziya prodüserliyi prinsiplərinin tətbiqi ilə seçilmişdir.
Bu dövrdə istehsal edilən və ya prodüserliyi həyata keçirilən "Çal-Çağır", "Kim Kimdir?", "Burada və indi", "Zəhmətkeş Ulduzlar", "Gülmək Qadağandır", "Yuxunuz şirin olsun", "Qorxma, mən səninləyəm!", "Səs verməyin!", "Cehiz", "Cer-Cehiz", "Belə Yaxşıdır", "Tamamla", "5 Gəlin", "Zarafat-zarafat", "Ən yaxşısı...", "Axşamın oyunu", "Hüseynova bacıları", "Təzə Məzə" və "Kəndsayağı" kimi layihələr göstərilmişdir.
Şirkət 2001-ci ildə I Audiovizual Festivalda "Ən yaxşı ssenari", 2003-cü ildə isə III Beynəlxalq Audiovizual Festivalda "Ən yaxşı animasiya işi" mükafatlarını qazanmışdır.
2000-ci illərin ikinci yarısından etibarən SOY Production Azərbaycanın aparıcı televiziya prodüser şirkətlərindən birinə çevrildi.
Bu dövrdə şirkət, musiqi müsabiqələri, istedad yarışmaları, televiziya şouları; seriallar və konsert proqramları istehsal edirdi.
Ən məşhur layihələrdən biri "Yeni Ulduz" musiqi yarışması olmuşdur. Layihə ölkədə yeni müğənnilərin tanınmasına mühüm təsir göstərmişdir. Daha sonra "Xalq Ulduzu" layihəsi də şirkətin uğurlu televiziya formatlarından biri olmuşdur.
SOY Production fəaliyyətini televiziya ilə yanaşı kino sahəsində də genişləndirdi. Bu dövrün əsas layihələri "3 Bacı", "Miras", "Qayınanamız" və "İşdə məhəbbət macərası" komediya serialları və üstəlik "Cin atı" adlı ilk bədii komediya filmi göstərilmişdir.
Şirkət eyni zamanda müxtəlif dövlət və özəl qurumların sifarişi ilə sənədli filmlər, reklam çarxları və sosial layihələr də hazırlamışdır.
22 mart 2023-cü ildə SOY Production-un təsisçisi və prezidenti Oqtay Əliyev yol-nəqliyyat hadisəsində həlak olmuşdur. Hadisədən sonra şirkətin rəhbərliyi onun həyat yoldaşı, aktrisa Dilarə Əliyeva tərəfindən davam etdirilmişdir.
Hazırda "SOY Production" televiziya və kino sahəsində fəaliyyətini davam etdirmiş, yeni media layihələri və audiovizual istehsal istiqamətində işlərini sürdürür.
Layihələri +İlİstehsalNövü1998-2001Həftə çal-çağırıteleviziya proqramı1999-2001İşdən sonrateleviziya şousu2001-2007Çal-Çağırteleviziya proqramı2004-2012Yeni Ulduzmusiqi yarışması2007-2010Çal-Çağır Şouteleviziya şousu2008-2012Xalq Ulduzumusiqi yarışması2008-20102017-2018Kim Kimdir?realiti şou2010-2012Burada və inditeleviziya şousuSöz oyunurealiti şou2010-2018Zəhmətkeş Ulduzlarteleviziya proqramı2012-2013Gülmək Qadağandırteleviziya şousu2012-20143 Bacıteleserial2013-2014Qorxma, mən səninləyəm!realiti şou2014-2015Səs verməyin!Cehiz / Cer-cehiz2015MirasteleserialQayınanamız2015-2016Belə yaxşıdırteleviziya şousu2015-2017Tamamlarealiti şou2016-2018Zarafat-zarafatteleviziya şousu2016-20205 Gəlinrealiti şou2018-2020Ən yaxşısı...televiziya şousu2018-2021Hüseynova bacıları2018-2023Axşamın oyunurealiti şou2021-2022Təzə Məzəteleviziya şousu2023Cin atıtammetrajlı bədii film2023-2025Kəndsayağıteleviziya proqramı2025Səma qurbanlarıqısametrajlı sənədli film2025-2026İşdə məhəbbət macərasıteleserial2026Qürur günüqısametrajlı sənədli filmSənin üçünqısametrajlı bədii filmDüşmənə qarşı təkqısametrajlı sənədli film
Xarici keçidlər
İstinadlar
Kateqoriya:Azərbaycan əyləncə şirkətləri Kateqoriya:Azərbaycan media şirkətləri Kateqoriya:Azərbaycan film şirkətləri Kateqoriya:Azərbaycan reklam şirkətləri