Salam-e şah — 1873-1909-cu illərdə Qacar dövləti ilk rəsmi dövlət və kral salamı/marşı olmuşdur. Mənası Fars dilindən tərcümədə "Şaha salam" və ya "Şahlığa salam" deməkdir. 1873-cü ildə Nasirəddin şah Qacarın əmri ilə fransız əsilli musiqiçi Alfred Jan Baptist Lemar tərəfindən bəstələnmişdir. Orijinal versiyası sözsüz olmuş, Nəsirəddin şah, Müzəffərəddin şah və Məhəmməd Əli şah dövrlərində rəsmi mərasimlərdə, həmçinin şahların Avropa səfərlərində ölkəni ifadə edən marş kimi səsləndirilmişdir. 1909-cu ildə Məhəmməd Əli Qacar dövləti taxtından əl çəkdikdən sonra istifadədən qalxmış, və 1914-cü ildə oğlu və xələfi Əhməd şah Qacarın taxta çıxmasından sonra, İranın milli marşı olaraq qəbul edilmişdir.

Yeni versiyası

İranlı bəstəkar Siyavuş Bəyzayi tərəfindən yenidən aranjıman edilmişdir. Marşın giriş, mərkəz və yekun hissələri də Siyavuş Bəyzayi tərəfindən bəstələnmişdir. İran Milli Orkestrinin rəhbəri Peyman Soltani, Bican Tərəqqidən köhnə milli himn üçün yeni mahnı sözləri yazmasını xahiş etmişdir. Marşın bu yeni versiyası 2005-ci ilin oktyabrında İran Milli Orkestri tərəfindən ifa olunmuşdur. Bu versiyanın xanəndəsi Salar Aqilidir.

"İran-e Cəvan" () Azərbaycan dilində "Cavan İran" mənasını verir. Həmçinin "Vətənim" mənasını verən "Vətənəm" () adı ilə də tanınır.

İstinadlar

Kateqoriya:Asiya himnləri Kateqoriya:Fars dilində mahnılar Kateqoriya:İranın milli simvolları Kateqoriya:Ölkələrinə görə himnlər Kateqoriya:Vətənpərvərlik mahnıları