Sergey Maksimilyanoviç Romanovski ( ) — Loyxtenberq hersoqu Maksimilyan de Boharnenin oğlu.

1849-cu ildə Sankt-Peterburqda dünyaya gəldi. Atası Loyxtenberq hersoqu Maksimilyan de Boharne, anası isə rus çarı I Nikolayın qızı Mariya Nikolayevnadır. Atasının fransız-alman əsilli olmasına baxmayaraq, Sergey və bacı-qardaşları pravoslav məzhəbinə uyğun təlim-tərbiyə edildi. Bu çar Nikolayın qoyduğu evlilik şərtlərindən biri idi. 1852-ci ildə atası vəfat etdi və anası Mariya Nikolayevna 2 il sonra başqasıyla evləndi. Ancaq onun bu evliliyi Çar Nikolaydan gizlədildi. Babasının ölümü və dayısı II Aleksandrın taxta çıxmasından sonra da qəbul edilməyən bu evlilik səbəbilə, anası Mariya Nikolayevna övladlarını geridə qoyaraq Rusiyadan sürgün edildi. Sergey və bacı-qardaşları isə Çar Aleksandr və Çariça Mariya Aleksandrovnanın himayəsinə verildi.

1877-1878 Rusiya-Osmanlı müharibəsinə qatıldı və indiki Bolqarıstan ərazisində gedən döyüşlərdə həlak oldu. Beləcə, ön cəbhədə həlak olan ilk Romanov ailəsi üzvü oldu. Heç vaxt evlənmədi və rəsmi varisi olmadı.

Mənbə

Ədəbiyyat

Лейхтенбергские // БРЭ / С. Л. Кравец. — М.: БРЭ, 2011. — Т. 17. — С. 190. — 783 с. — 60 000 экз. — ISBN 978-5-85270-350-7

İstinadlar

Kateqoriya:Məzarı köçürülənlər Kateqoriya:Leyxtenberqlilər Kateqoriya:Ruslar