Kəşmir Şivaizmi — Hinduizm fəlsəfəsində monistik və tantrik Şivaist məktəblərdən biri. VIII–IX əsrlərdə Kəşmirdə meydana gələn bu cərəyan qərb fəlsəfi terminologiyasında mütləq idealizm, teistik monizm və ya realist idealizm kimi xarakterizə olunur.

Kəşmir Şivaizminə görə allah ilə kainat arasında mahiyyətcə bir ayrılıq yoxdur. Hint fəlsəfəsinin digər monistik məktəbi olan Advayta-vedantada irəli sürülənin əksinə, kainatın özü deyil, yalnız kainat ilə allahı bir-birindən ayrı qavrayan ikilik (dualizm) anlayışının özü bir illüziyadır.

Mənşəyi

Kəşmir Şivaizmi ənənəsinə görə, bəşəriyyətin hələ də davam etdiyinə inanılan Kali-yuqa dövründə Tantraların mənəvi biliyi itirildiyi üçün Allah Şiva, Şrikantanat cildində Kaylaşa dağında müqəddəs Rişi Durvasaya Tantrik biliyin bütün formalarını öyrətmişdir. Bu biliklər özündə Bhayrava tantraları, Rudra tantraları və Şiva tantralarını ehtiva edirdi. Kəşmir Şivaizmi bu üçlü qrupdan xüsusilə Bhayrava tantralarının monistik (qeyri-dualist) fəlsəfəsinə əsaslanmışdır.

Anlayışlar

Anuttara Kəşmir Şivaizmindəki ən ali prinsipdir. Bütün kainatı əhatə edən mütləq reallıq olduğu üçün "ali", "hər şeydən üstün" kimi ifadələrlə izah edilən bu anlayış Sanskrit əlifbasında ilk hərf olan "A" (devanaqari əlifbasında "अ") hərfi ilə ifadə olunur. Mütləqlik ideyasını ehtiva etməsinə baxmayaraq, bu anlayış kainatdan tamamilə təcrid olunmuş bir vəziyyəti bildirmir; əksinə, mənəvi təcrübəçi öz həqiqi Mahiyyətini dərk etdikdə, Şiva ilə eyniləşdirilən anuttaranı da yaşayaraq təcrübə etmiş olur.

Aham Aham, Şivanın hər kəsin qəlbində məskən salması inancı ilə əlaqədar bir anlayışdır və "ali qəlb", "üstün Mənlik", "ali Mən dərki" və ya "sonsuz şüur" kimi tərif edilir.

İstinadlar

Biblioqrafiya

Əlavə ədəbiyyat siyahısı

Birinci dərəcəli

İkinci dərəcəli

Tərcümələr

Xarici keçidlər

David Peter Lawrence (2005). "Kashmiri Shaiva Philosophy". Internet Encyclopedia of Philosophy. Piyaray L. Raina, "Kashmir Shaivism Versus Vedanta—A Synopsis"

Kateqoriya:Hinduizm məzhəbləri Kateqoriya:Nondualizm Kateqoriya:Teistik Hindistan fəlsəfəsi Kateqoriya:Şivaizm Kateqoriya:Kəşmir şivaizmi Kateqoriya:Advayta şivaizm