thumb|Nios gölü faciəsi nəticəsində ölmüş inək.|200px Nios gölü faciəsi – Kamerunun şimal-qərbində yerləşən Nios gölündə 21 avqust 1986-cı ildə baş vermiş limnik püskürmə hadisəsi. Püskürmə nəticəsində 1746 nəfər ölmüş, 3500 mal-qara tələf olmuşdur.

Püskürmə hadisəsi 100–300 min ton karbon dioksidin qəfil boşalması nəticəsində baş vermişdir. Qaz buludu ilkin olaraq 100 km/saat sürətlə havaya yüksəlmiş, daha sonra ağırlaşan hava gölün 25 kilometr ətrafında yaşayan insanların nəfəs almasını çətinləşdirmişdir.

Hadisədən sonra göldə karbon dioksidin konsentrasiyasını azalatmaq üçün xüsusi sistem quraşdırılmışdır. Nios gölü faciəsi 1984-cü ildə baş vermiş Monoun gölü faciəsi ilə birlikdə tarixdə qeydə alınmış iki limnik püskürmə hadisəsindən biridir.Ohba, Takeshi, et al. "A Depression Containing CO2-Enriched Water at the Bottom of Lake Monoun, Cameroon, and Implications for the 1984 Limnic Eruption." Frontiers in Earth Science, vol. 10, May 2022, p. 766791. DOI.org (Crossref), https://doi.org/10.3389/feart.2022.766791.

Səbəblər və qaz boşalması Fəlakətlə nəticələnən qəfil qaz boşalmasının dəqiq səbəbi bilinmir. Bir çox geoloq səbəbin torpaq sürüşməsi olduğuna inanır, bəziləri isə gölün yatağında kiçik vulkan püskürməsinin baş verdiyini düşünür. Digər ehtimal isə soyuq yağış suyunun gölün bir tərəfinə yağmasının püskürməyə səbəb olmasıdır.

Qəfil qaz boşalması karbon qazı ilə həddindən artıq doymuş dərin suyun gölün üst təbəqələri ilə sürətlə qarışmasına səbəb olmuşdur. Üst təbəqələrdə təzyiq daha aşağı olduğu üçün suda həll olmuş CO₂ sudan köpürərək ayrılmışdır. 1,2 km³ həcmində karbon dioksidin boşaldığı düşünülür. Gölün dərin qatları dəmirlə zəngin olduğu üçün püskürmə zamanı baş vermə oksidləşmə gölün mavi rəngi rənginin qırmızıya çevrilməsinə səbəb olmuşdur. Gölün su səviyyəsi 1 metr aşağı düşmüş, yaxınlıqdakı ağaclar aşmışdır.

İnsanlara təsiri Karbon dioksid havadan 50 % daha ağır olduğu üçün yaxınlıqda yerləşən Nios, Kam, Ça və Subum kəndlərində yuxuda olan bir çox insanın ölümünə və xəstələnməsinə səbəb olmuşdur. 4000-dən çox şəxs ərazini tərk etmiş, bir çox şəxsdə nəfəs alma problemi, dəri xəstəliyi və iflic qeydə alınmışdır. Hadisə nəticəsində sağ qalanların çoxu Yaunde şəhərində yerləşən mərkəzi xəstəxanada müalicə almışdır. Bölgəyə gələn müxbirləri gördükləri mənzərəni "neytron bombasının səbəb olduğu hadisə" kimi təsvir etmişlər.

Tədbirlər Bənzər fəlakətin qarşısını almaq üçün 1995-ci ildə tədqiqat işlərinə başlanılmış və 2001-ci ildə qaz boşalması üçün ilk boru quraşdırılmışdır. 2011-ci ildə iki əlavə boru quraşdırılmışdır. Fəlakətdən sonra alimlər digər Afrika göllərində baş verə biləcək anaoloji püskürmələri araşdırmağa başlamışlar.

İstinadlar

Kateqoriya:1986-cı ildəki təbii fəlakətlər Kateqoriya:Qaz partlayışları Kateqoriya:Kamerun tarixi