Küftə yağışı () — 2009-cu ildə ekranlara çıxmış ABŞ cizgi filmi. Filmin istehsalında "Columbia Pictures" və "Sony Pictures Animation" studiyaları iştirak edib. Baş qəhrəmanları səsləndirən aktyorlar sırasında Bill Heyder, Anna Feris, Ceyms Kaan, Endi Semberq, Brüs Kempbell, Mister Ti, Bencamin Brett və Nil Patrik Harris kimi tanınmış simalar yer alır.
Layihənin əsasında Cüdi və Ron Barrettin 1978-ci ildə yazdığı eyniadlı uşaq kitabı dayansa da, kino versiyası kitabdakı hadisələrdən kifayət qədər uzaqlaşaraq tamam yeni bir hekayə təqdim edir.
Filmin ilk nümayişi 2009-cu il sentyabrın 12-də Los-Ancelesdəki Men-Vilic kinoteatrında baş tutub, geniş prokat isə altı gün sonra, sentyabrın 18də başlayıb. Layihənin distributoru "Sony Pictures Releasing" şirkəti olub. Cəmi 100 milyon dollar sərmayə ilə çəkilən əsər dünya prokatından 243 milyon dollardan artıq gəlir götürüb. Bundan başqa, əsər 67-ci "Qızıl Qlobus" mükafatı mərasimində "İlin ən yaxşı animasiyası" kateqoriyasında namizəd elan olunub.
Təsvir Filmin əsas qəhrəmanı Flint Lokvud adlı qeyri-adi bir ixtiraçıdır. Onun tək istəyi doğma şəhərinə sevinc bəxş edə biləcək bir şey yaratmaqdır. Sonunda uzun müddətdir üzərində çalışdığı ixtira uğurla nəticələnir: yemək məhsulları kifayət qədər artır və göydən düz aşağı tökülməyə başlayır. Nəticədə şəhər sakinləri əvvəllər heç görmədikləri gözəllikdə mənzərələrin şahidi olurlar. Belə ki, meyvə jelesindən yaranan təpələr gün batarkən son dərəcə füsunkar görsənir. Lakin bu qeyri-adi hadisənin qaranlıq üzü də var. Zərərsiz sayılan qida yağışı istənilən an ciddi bir bəlaya, yəni köftələrdən ibarət qasırğaya, hətta qorxunc spagetti fırtınasına dönə bilər. Bundan sonra Flint dostları ilə birlikdə bu qeyri-adi fəlakəti dayandırıb şəhəri qurtarmaq missiyasına başlayır.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Komediya filmləri Kateqoriya:ABŞ-nin tammetrajlı animasiya filmləri Kateqoriya:2009-cu ilin rejissor debütləri Kateqoriya:Fantastika filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:Nyu-York haqqında filmlər