"Ceyranım gəl gəl" — sözləri şair Hüseyn Arif, musiqisi bəstəkar Əşrəf Abbasov məxsus olan Azərbaycan mahnısıdır. Əsər uzun müddət Türkiyədə anonim folklor nümunəsi kimi tanınmış, sonradan aparılan araşdırma nəticəsində əsl müəlliflərinə qaytarılmışdır.
Tarixi arxa plan Azərbaycan musiqisi tarixin müxtəlif dövrlərində Qars, Iğdır və Ağrı kimi Türkiyənin sərhəd bölgələrinə keçmiş, bu əsərlər zamanla həmin bölgələrin mədəni mühitinə dərindən nüfuz etmişdir.
1977-ci ildə TRT-nin Anadolu folklor toplama proqramı çərçivəsində sahə qrupları bu bölgələrə gəlmiş və yerli ifaçılardan eşitdikləri əsərlərin notasını çıxararaq qeydə almışlar. Bu proses zamanı əsərlərin mənşəyi və müəllifliyi çox zaman araşdırılmadan, yalnız eşidildiyi kimi yazıya alınmışdır. "Ceyranım gəl gəl" də məhz bu prosesdə mənbəyi və müəllifliyi müəyyənləşdirilmədən "anonim" statusu ilə TRT arxivinə daxil edilmiş, bu status sonrakı onilliklər boyu dəyişdirilmədən qalmışdır.
Müəllifliyin araşdırılması və sənədlər Türkiyə Musiqi Əsəri Sahibləri İctimai Birliyi (MESAM) verilənlər bazasında da əsər anonim olaraq qeydə alınmışdır. Bu rəsmi status nəticəsində Türkiyədəki musiqi istehsalı şirkətləri əsəri onilliklər boyu müəllifsiz folklor nümunəsi kimi yayımlamışlar.
Ahenk Müzik (Türkiyə) və IK Studio (Azərbaycan) şirkətlərinin apardığı araşdırma nəticəsində iki tarixi sənəd üzə çıxarılmışdır:
1950-ci illərin ortasına aid Azərbaycan radio arxiv yazısı — əsərin, tanınmış müğənni Polad Bülbüloğlunun atası (Xalq artisti Bülbül) tərəfindən ifa edildiyi qeyd. 1958-ci ilə aid Rus arxivi notası — Sovet dövründə çap edilmiş rəsmi not sənədi, burada həm bəstəkarın, həm də söz müəllifinin adı açıq şəkildə göstərilir. PDF Bax
Bu sənədlər əsasında MESAM-a rəsmi müraciət edilmiş və Türkiyə Musiqi Əsəri Sahibləri Peşə Birliyi tərəfindən rəsmi cavab verilərək əsərin anonim statusunun aradan qaldırıldığı, bəstəkarın Əşrəf Abbasov, söz müəllifinin isə Hüseyn Arif olaraq təsdiqləndiyi bildirilmişdir.
Nəticə IK Studio və Ahenk Müzik apardığı araşdırma nəticəsində əsər müəlliflərinin adları bərpa olunmuş, bəstəkar Əşrəf Abbasovun və söz müəllifi Hüseyn Arifin adları rəsmi qeydlərdə öz yerini almışdır.
Əsərin sözləri Azərbaycan diliCeyranım, gəl-gəl! Tərlanım, gəl-gəl! Başına mən sənin Dolanım, gəl-gəl!
Gözün tək göz olmaz, Sözün tək söz olmaz. Mehriban, qəşəng qız, Bu qədər naz olmaz! Gəl-gəl, adı Ceyran, özü ceyran, Gülüm, mən sənə qurban, sənə heyran!
Adı Ceyran, özü ceyran, A balam, mən sənə heyran! Gəl-gəl, adı Ceyran, özü ceyran, Gülüm, mən sənə qurban, sənə heyran!
Baxışın can alır, Gülüşün qəşəngdir, Qızaran yanağın, Elə bil, çiçəkdir. Ürəyim sənindir, Könlümü, gəl, dindir!
Sənədlər TRT arxivində əsərin notu və anonim statusuna dair sənəd: PDF Bax Əsərin notu və sözlərinə dair tarixi sənəd: PDF Bax MESAM-ın rəsmi cavabı (anonim statusun ləğvi): IK Studio-nun rəsmi açıqlaması: Ceyranım Gəl Gəl — Haqq Sahibinə Qaytarıldı
İfaçılar Nərminə Məmmədovanın ifasında Gülağa Məmmədovanın ifasında'
İstinadlar
Kateqoriya:Azərbaycan mahnıları Kateqoriya:Əşrəf Abbasov Kateqoriya:Hüseyn Arif