Möhür — sənədin həqiqiliyini təsdiq etmək üçün ona mürəkkəb vasitəsilə əksi vurulan xüsusi hazırlanmış alət.
Möhür sənədin həqiqiliyinin, onun hüquqi qüvvəsinin olmasının göstəricisidir. Möhürlər məhdud sayda, ancaq xidməti məqsədlə hazırlanır. O sənədin üz səhifəsinə və ya ona lentlə bağlanmış surquça vurulur. Möhür vəzifә adının və şəxsi imzanın üstünü tutmamalıdır. Surquşdan ikinci dəfə istifadə etmək olmur, həmçinin qırıldıqda ona zərər verildiyi bilinir. Surquçlu möhürlər göndərilən bağlamada istifadə edilir.
Poçt markalarının sağ küçncünə möhür vurulur, bu göndəriş üçün ödəniş edilməsinin şərti hesab edilir.
Notariuslar hər sənədin təsdiqində möhürdən istifadə edirlər.
Möhürlərin dövlət tərəfindən qeydiyyatı həyata keçirilir
Qədim dövrlərdən şəxsi möhürlərin də olmasına rast gəlinir.
İstinadlar
Kateqoriya:Hüquq Kateqoriya:Poçt Kateqoriya:Autentifikasiya metodları Kateqoriya:Üzüklər