Clube Desportivo Nacional (adətən Nacional da Madeira və ya sadəcə Nacional olaraq tanınır) — Madeyra adasının Funşal şəhərində yerləşən Portuqaliya futbol klubudu.

8 dekabr 1910-cu ildə təsis edilmiş klub hazırda Portuqaliyanın peşəkar futbol üzrə ən yüksək divizionu olan "Liga Portugal"da çıxış edir. Ev oyunlarını "Estádio da Choupana" olaraq da bilinən Estádio da Madeira stadionunda keçirir. 1998-ci ildə inşa edilən və həmin dövrdə klubun hazırkı prezidenti Rui Alvesin şərəfinə "Estádio Eng. Rui Alves" adlandırılan stadion, təxminən 5 200 nəfərlik azarkeş tutumuna malikdir. Stadion Funşalın şimalında, Şoupana (Choupana) bölgəsinin dağlıq yüksəkliklərində yerləşir.

Klubun əsas forması qara-ağ zolaqlı köynək, qara şort və qara corablardan ibarətdir. Nasional həmçinin Portuqaliya millisinin beynəlxalq səviyyəli ulduzu Kriştiano Ronaldonun yetişdirən klublardan biri kimi tanınır. Klub özünün ən məşhur oyunçusunun şərəfinə gənclərin təlim-məşq bazasını "Cristiano Ronaldo Câmpus Futebol" adlandırmışdır.

İstinadlar

Xarici keçidlər