Qaragədik — keçmiş Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonu ərazisində yerləşmiş Azərbaycan-türk mənşəli kənd.

Tarixi Qaragədik kəndi Gorus rayonunun mərkəzindən təxminən 27–28 km şimal-şərqdə, dağlıq və meşəlik ərazidə yerləşirdi.

XIX əsrin sonlarında kənddə 151 nəfər, XX əsrin əvvəllərində isə 108 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə erməni silahlı dəstələrinin hücumları nəticəsində kənd sakinləri qırğınlara məruz qalmış və deportasiya edilmişdir. Bundan sonra kənd ləğv edilmişdir.Budaqov B.Ə., Qeybullayev Q.Ə. Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti. Bakı: Nafta-Press, 1998.

Etimologiyası Toponim iki hissədən ibarətdir:

qara — türk dillərində "böyük", "uca", "hündür" mənalarında işlənən söz; gədik — "dağ belində batıq yer", "aşırım", "keçid" mənasını verən coğrafi termindir.

Ad kəndin yerləşdiyi relyef xüsusiyyətlərinə uyğun olaraq yaranmışdır.

Mənbə

Ədəbiyyat Budaqov, B.Ə., Qeybullayev, Q.Ə. Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti. Bakı: Nafta-Press, 1998, 452 s. Bayramov, İ. Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Bakı: Elm, 2002, 695 s. Qərbi Azərbaycan Toponimlərinin Lüğəti. I cild. Bakı: Elm və təhsil, 2024, 300 s.