Təranə Yusifova (Təranə Əbülfəz qızı Yusifova; 5 dekabr 1968, Sumqayıt, Azərbaycan SSR) — Azərbaycan dirijoru, xormeyster. Cahangir Cahangirov adına xorun bədii rəhbəri və baş dirijoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi (2020), sənətşünaslıq üzrə fəlsəfə doktoru (2019), dosent (2021), Prezident mükafatçısı (2025-ci ildən).

Həyatı Təranə Əbülfəz qızı Yusifova 1968-ci il dekabrın 5-də Sumqayıt şəhərində anadan olmuşdur. 1984–1988-ci illərdə Soltan Hacıbəyov adına Sumqayıt orta ixtisas musiqi məktəbində xor dirijorluğu ixtisası üzrə təhsil alıb. 1988–1993-cü illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tarixi-nəzəriyyə fakültəsinin xor dirijorluğu şöbəsində təhsilini davam etdirmiş və 1993-cü ildə konservatoriyanı fərqlənmə diplomu ilə bitirmişdir.

1991-ci ildən Respublika İncəsənət Gimnaziyasında xor müəllimi kimi çalışmış, eyni zamanda Sumqayıt Musiqi Texnikumunda, daha sonra Şuşa Musiqi Kolleci və Şuşa Humanitar Kollecində nəzəriyyə şöbəsində müəllim kimi fəaliyyət göstərmişdir. 2002-ci ildə Azərbaycan Milli Konservatoriyasında fəaliyyət göstərən balaban ansamblında dirijor kimi çalışmışmışdır.

Hal-hazırda Beynəlxalq Muğam Mərkəzi nəzdində Cahangir Cahangirov adına xorun, Azərbaycan Milli Konservatoriyasının tələbə xorunun və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Xəzər” xorunun bədii rəhbəri kimi fəaliyyət göstərir.

2018-ci ildə “Oqtay Kazımi yaradıcılığının üslub xüsusiyyətləri” mövzusunda dissertasiya müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Müxtəlif illərdə respublika və xarici mətbuatda elmi məqalələrim dərc olunmuş, yerli və beynəlxalq konfranslarda məruzələrlə çıxış etmişdir. 2021-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə dosent elmi adına layiq görülmüşdür.

Azərbaycan Milli Konservatoriyasının 20 illiyi münasibətilə və Azərbaycanda milli musiqi təhsilinin inkişafındakı xidmətlərinə görə 30 dekabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.

2023-cü ildə Cahangir Cahangirov adına xorun bədii rəhbəri vəzifəsinə təyin olunmuşdur. 2025 və 2026-cı illərin may ayında Prezident mükafatına layiq görülmüşdür.

Mükafatları 30 dekabr 2020-ci ildə Azərbaycan Respublikasının Əməkdar müəllimi fəxri adına layiq görülmüşdür. 8 may 2025-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. 7 may 2026-cı ildə Prezident Mükafatına layiq görülmüşdür.

İstinadlar

Məqalələr "Yaradıcı şəxsiyyətin şərəfli həyat yolu" — Ədəbiyyat qəzeti "Təranə Yusifova: Cahangir Cahangirovun musiqisi o qədər əsrarəngizdir ki..." — AZƏRTAC "Gənclərin xor sənətinə həvəs göstərməsi çox sevindirici haldır" — AZƏRTAC Təranə Yusifova haqqında məqalə — DHA Press "Cahangir Cahangirov adına 90 yaşlı Dövlət Xoru" — Ədalət qəzeti "Cahangir Cahangirov adına Xor kollektivi qubalı musiqisevərlər qarşısında çıxış edib" — AZƏRTAC "Cahangir Cahangirov adına Xor «İpək Yolu» Beynəlxalq Musiqi Festivalının səhnəsində" — AZƏRTAC

Xarici keçidlər Təranə Yusifovanın rəsmi Youtube hesabı Təranə Yusifovanın rəsmi Facebook hesabı Təranə Yusifovanın rəsmi Instagram hesabı

Kateqoriya:Azərbaycan xor dirijorları Kateqoriya:Azərbaycan dirijorları Kateqoriya:Azərbaycan Respublikasının əməkdar müəllimləri Kateqoriya:Sumqayıtda doğulanlar Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin mükafatı laureatları