thumb|300x300px|Ofis işçiləri Ağ yaxalı işçi — adətən ofisdə və ya oxşar mühitdə yerinə yetirilən bilik, qabiliyyət əsaslı, idarəetmə və ya inzibati işlə məşğul olan şəxs.

Bunun əksinə olaraq, mavi yaxalı işçilər fiziki əmək və ya ixtisaslı peşə fəaliyyətində, çəhrayı yaxalı işçilər səhiyyə, sosial iş və ya tədris sahələrində, yaşıl yaxalı işçilər isə xüsusi olaraq ətraf mühit sektorunda fəaliyyət göstərirlər. Boz yaxalı işlər isə fiziki əmək və ixtisaslı peşələri qeyri-fiziki və ya idarəetmə vəzifələri ilə birləşdirir.

Süni intellekt bumunun meydana çıxması ilə, ağ yaxalı işçilərin 2024-cü il etibarilə süni intellektin yaratdığı texnoloji işsizliyə mavi, boz və ya çəhrayı yaxalı işçilərlə müqayisədə daha həssas olduqlarını irəli sürən tədqiqatlar dərc edilmişdir (həmin tədqiqatlara görə bu proses artıq başlamışdır).

Etimologiya Bu termin Qərb ölkələrində XIX və XX əsrlərin böyük hissəsində ofis işçiləri arasında geniş yayılmış ağ köynəklərə və ya çıxarıla bilən ağ yaxalara istinad edir. Bu, bir çox fiziki əmək işçilərinin geyindiyi mavi kombinezonlardan fərqlənirdi.

"Ağ yaxalı" termini ilk dəfə 1930-cu illərdə müasir kargüzarlıq, inzibati və idarəetmə işçilərinə münasibətdə amerikalı yazıçı Epton Sinkler tərəfindən işlədilmiş hesab olunur,Oxford English Dictionary, 3rd edition. Electronically indexed online document. White collar, usage 1, first example. baxmayaraq ki, ağ yaxalı əməyə dair istinadlara hələ 1935-ci ildən rast gəlinir. Ağ yaxalı işçilər mavi yaxalı işçilərlə müqayisədə daha yüksək təhsilli və daha bacarıqlı hesab olunurlar.

Ağ yaxalı işlər Ağ yaxalı işçilərə bankçılıq, maliyyə, komplayns, hüquq, risklərin idarə edilməsi, daxili audit, məlumatların gizliliyi, kibertəhlükəsizlik, sığorta, dövlət idarəçiliyi, konsaltinq, elmi tədqiqat, kitabxana və informatika, arxivşünaslıq, mühasibat uçotu, biznes və icraedici idarəetmə, müştəri dəstəyi, dizayn, iqtisadiyyat, elm, texnologiya, mühəndislik, bazar araşdırmaları, insan resursları, əməliyyatlar tədqiqatı, marketinq, ictimaiyyətlə əlaqələr, daşınmaz əmlak, informasiya texnologiyaları, şəbəkə texnologiyaları, səhiyyə, memarlıq, eləcə də tədqiqat və inkişaf sahələri ilə bağlı peşələr daxildir.

İstinadlar

Kateqoriya:1930-cu illərdə yaranmış sözlər Kateqoriya:Məşğulluq növləri Kateqoriya:Ofis işi Kateqoriya:Sosial qruplar Kateqoriya:Sosial struktur