Hüquqi qüvvə — hüquqi aktların fəaliyyətdə olmaq, real hüquqi nəticələr doğurmaq (hüquq münasibətlərinin yaranması, dəyişməsi və ya xitam verilməsi) qabiliyyətini ifadə edən əsas xassəsidir. Hüquqi qüvvə aktın dövlət tərəfindən tanınan rəsmi məcburiliyini və onun hüquq sistemindəki yerini müəyyən edir.
Tarixən müqavilələrin hüquqi qüvvəsi tanrılardan gəlirdi. Tanrılardan gözlənilirdi ki, onlar müqavilələrin zamini olub, onları pozanları cəzalandıracaqlar. Müasir dünyada müqavilələrin hüquqi qüvvə prinsipini müəyyən edən hüquqi sənədlər mövcuddur. Məsələn, beynəlxaql müqavilələr üçün onu Vyana Konvensiyasının (1969) 26-cı maddəsi müəyyən edir.p. 2, 5
Hüquqi qüvvə anlayışı iki əsas aspekti özündə birləşdirir: hüquqi aktların bir-biri ilə qarşılıqlı nisbəti (iyerarxiyası) və icrasının məcburiliyi.
Hüquqi aktların iyerarxiyası
Aktların qarşılıqlı nisbəti əsasında hüquq sistemində tabeçilik iyerarxiyası müəyyən edilir. Hər bir hüquqi akt ümumi sistemdə özünəməxsus mövqe tutur. Akt iyerarxiya pilləsində nə qədər yüksək yer tutursa, onun hüquqi qüvvəsi də bir o qədər yüksək hesab olunur. Hüquqi qüvvə bilavasitə aktı qəbul edən dövlət orqanının statusundan və səlahiyyətlərindən asılıdır: Konstitusiya: Dövlətin Əsas Qanunudur və iyerarxiyanın ən yüksək zirvəsində dayanaraq ən ali hüquqi qüvvəyə malikdir. Dövlətin qəbul etdiyi bütün digər qanunlar və aktlar Konstitusiyaya müvafiq olmalıdır. Qanunlar: Parlament (ən yüksək qanunverici orqan) tərəfindən qəbul edilən və iyerarxiyada Konstitusiyadan sonra gələn aktlardır (Qanunun aliliyi prinsipi). Əsasnamələr və yerli özünüidarə aktları: İyerarxiyanın nisbətən aşağı pillələrində qərarlaşırlar. Bu aktlar qanunların icrası məqsədilə qəbul edilir, icraedici hakimiyyət və ya yerli özünüidarə orqanları tərəfindən verilir və qanunlara zidd ola bilməz.
Hüquqi aktların qüvvədə olma hədləri
Hüquqi aktın (və ya onun konkret normasının) fəaliyyəti — onun müəyyən ictimai münasibətlər sferasında bütün vətəndaşlar, vəzifəli şəxslər, dövlət orqanları və digər hüquq subyektləri tərəfindən icrasının məcburi olması deməkdir.
Hüquq elmində normativ aktların qüvvədə olma hədləri (sərhədləri) beş əsas meyar üzrə müəyyən edilir: Predmetinə görə (tənzimləmə sferası): Aktın hansı növ ictimai münasibətlərə (məsələn, mülki, cinayət, inzibati) şamil olunduğunu müəyyən edir. Tətbiq şərtlərinə görə: Normativ aktın tənzimləyici funksiyasının işə düşməsi üçün zəruri olan hüquqi faktların və ya şəraitin (vəziyyətin) mövcudluğunu nəzərdə tutur. Zaman hədlərinə görə (zamanda qüvvəsi): Aktın qüvvəyə mindiyi andan hüquqi qüvvəsini itirdiyi (ləğv olunduğu) ana qədər olan dövrü əhatə edir. Burada qanunun geriyə qüvvəsinin olmaması prinsipi () əsas götürülür. Məkan hədlərinə görə (məkanda qüvvəsi): Aktın təsir göstərdiyi ərazini (dövlətin bütün ərazisi, müəyyən bir region və ya beynəlxalq müqavilələrlə tənzimlənən xüsusi zonalar) müəyyən edir. Şəxslər dairəsinə görə (subyektlərə görə qüvvəsi): Aktın normalarının kimlərə (bütün vətəndaşlara, yalnız əcnəbilərə, müəyyən peşə sahiblərinə və ya hüquqi şəxslərə) şamil edildiyini müəyyənləşdirir.
İstinadlar
Ədəbiyyat siyahısı
Гавриил Феликсович Шершеневич, «Юридическая сила уставов акционерных компаний», «Журнал Гражданского и Уголовного Права», № 3, 1889 год, Санкт-Петербург.
Алексеев С. С., Структура права., — , 1995. Алексеев С. С., Теория права., — М., 1995.
Kateqoriya:Dövlət və hüquq nəzəriyyəsi Kateqoriya:Qanunvericilik