Bruno Alberto Lanqa () — Mozambik futbolçusu.
Hal hazırda Azərbaycanın Qarabağ klubunda və Mozambik milli komandasında sol cinah müdafiəçisi kimi çıxış edir.
Karyerası
Erkən karyerası Lanqa peşəkar karyerasına Mozambikdə, "Maxaquene" klubunda başlamışdır. 2018-ci ilin iyulunda o, "Black Bulls" klubu tərəfindən transfer edilmiş, lakin dərhal Portuqaliyanın futbol üzrə üçüncu liqasında mübarizə aparan "Amora" klubuna icarəyə verilmişdir.
"Amora" klubunda müntəzəm olaraq meydansa çıxdıqdan sonra, Lanqa 26 may 2019-cu ildə klubla 3 illik daimi müqavilə imzalamışdır. Lakin o, həmin ilin 22 iyununda icarə əsasında Portuqaliya Primeyra Liqası təmsilçisi "Vitoriya Setubal" klubuna keçmiş və burada 23 yaşlılardan ibarət komandaya cəlb olunmuşdur. 2020-ci ilin iyulunda icarə müqaviləsinə xitam verərək yenidən "Amora"ya qayıtmışdır.
O, 2020–21 mövsümünün yekunlarına əsasən Portuqaliyanın futbol üzrə üçüncu liqasında ("Campeonato de Portugal") ilin rəmzi komandasına seçilmişdir.
Şaveş 23 iyun 2021-ci ildə Lanqa "Liga Portugal 2"də çıxış edən "Şaveş" klubuna qoşulmuşdur. O, peşəkar debütünü 24 iyul tarixində "Taça da Liga" oyununda "Farense"yə qarşı keçirmiş və bu matçda komandası 2–1 hesabı ilə məğlub olmuşdur. O, komandanın yüksək diviziona vəsiqə qazandığı həmin mövsümdə əsas heyətin daimi oyunçusu olmuşdur.
Lanqa Portuqaliyanın yüksək divizionunda debütünü 7 avqust 2022-ci ildə "Vitoriya Gimarayş"a qarşı ev oyununda (1–0 məğlubiyyət) etmişdir. O, peşəkar karyerasında ilk qolunu isə 3 sentyabr 2023-cü ildə "Moreirense" ilə ev oyununda vuraraq hesabı bərabərləşdirmişdir (2–1 məğlubiyyət).
Almeriya 1 fevral 2024-cü ildə İspaniya La Liqası təmsilçisi Almeriya Lanqanı mövsümün sonuna qədər və satınalma şərti ilə icarəyə götürdüyünü elan etmişdir. Klubun aşağı diviziona düşməsinə baxmayaraq, o, 2 iyul tarixində komanda ilə 4 illik daimi müqavilə imzalamışdır.
4 iyul 2025-ci ildə "Almeriya" Lanqanın bir illik müddətə Kiprin "Pafos" klubuna icarəyə verildiyini açıqlamışdır. Bununla belə, 30 yanvar 2026-cı ildə onun bu klubla olan icarə müqaviləsinə vaxtından əvvəl xitam verilmişdir. İki gün sonra Lanqa Portuqaliyaya geri dönərək 2025–26 mövsümünün sonuna qədər "Estrela da Amadora" klubuna icarəyə verilmişdir.
Qarabağ 17 iyun 2026-cı ildə Azərbaycanın "Qarabağ" klubu futbolçunun transerini rəsmi olaraq elan etmişdir. Lanqa Azərbaycanın ən böyük klubu olan "Qarabağ" ilə 3 illik müqavilə imzalamışdır. "Köhlən atlar"ın heyətini tərk edəcəyi gözlənilən Elvin Cəfərquliyevi əvəz edəcəyi gözlənilən futbolçu, komandada 5 nömrəli formanı geyinəcək.
Milli komanda karyerası Lanqa 2016-cı ildə COSAFA U-20 Kubokunda Mozambikin 20 yaşlılardan ibarət milli komandasını təmsil etmişdir. O, əsas milli komandada debütünü 21 iyun 2016-cı ildə COSAFA Kuboku çərçivəsində Namibiyaya qarşı keçirilən və 3–0 hesabı ilə başa çatan oyunda etmişdir.
2 iyun 2021-ci ildə o, yoldaşlıq görüşündə Lesotoya qarşı penalti zərbəsini dəqiq yerinə yetirərək milli komandada ilk qoluna imza atmışdır. 2023-cü ilin dekabrında baş məşqçi Şikinyo Konde tərəfindən Afrika Millətlər Kubokunda iştirak edəcək 27 nəfərlik yekun heyətə daxil edilmiş və bu onun karyerasında ilk böyük beynəlxalq turniri olmuşdur.
Karyera statistikası
Klub
+ Klub, mövsüm və yarışlara görə oyun sayı və qollarKlubMövsümLiqaMilli kubokLiqa KubokuKontinentalDigərCəmiDivizionOyunQolOyunQolOyunQolOyunQolOyunQolOyunQolBlack Bulls2018Moçambola0000———00Amora (icarə)2018–19Campeonato de Portugal22030———250Amora2019–20Campeonato de Portugal22130———251Vitoriya Setubal (icarə)2019–20Primeira Liga000000——00Şaveş2021–22Liga Portugal 22801010—2Yüksəliş pley-off mərhələsindəki oyunlar03202022–23Primeira Liga2900020——3102023–24Primeira Liga1511010——171Cəmi7212040——781Almeriya (icarə)2023–24La Liga111————111Almeriya2024–25Segunda División24020——10270Pafos (icarə)2025–26Kipr Birinci Divizionu6000—110—170Karyera cəmi157310040110301853
Milli komanda
+ Milli komanda və illərə görə oyun sayı və qollarMilli komandaİlOyunQolMozambik2016102017202021612022202023702024131202570Cəmi382
Hesablar və nəticələrdə ilk olaraq Mozambikin qol sayı göstərilmişdir, hesab sütunu isə Lanqanın qolundan sonrakı vəziyyəti əks etdirir. + Bruno Lanqa tərəfindən vurulmuş beynəlxalq qolların siyahısıNo.TarixMəkanRəqibHesabNəticəTurnir1 2 iyun 2021 Zimpeto Stadionu, Maputu, Mozambik Lesoto 2–0 5–0 Yoldaşlıq görüşü2 19 noyabr 2024 24 Sentyabr Milli Stadionu, Bissau, Qvineya-Bissau Qvineya-Bissau 1–0 2–1 2025 Afrika Millətlər Kubokunun seçmə mərhələsi
İstinadlar
Kateqoriya:Almeriya FK futbolçuları Kateqoriya:İspaniyada legioner futbolçular Kateqoriya:Kipr Birinci Diviziyası futbolçuları Kateqoriya:Kiprdə legioner futbolçular Kateqoriya:La Liqa futbolçuları Kateqoriya:Portuqaliya Premiera Liqası futbolçuları Kateqoriya:Portuqaliyada legioner futbolçular Kateqoriya:Qarabağ FK futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Azərbaycanda legioner futbolçular Kateqoriya:2025 Afrika Millətlər Kuboku futbolçuları Kateqoriya:Portuqaliyadakı əcnəbi kişi futbolçular Kateqoriya:İspaniyadakı əcnəbi kişi futbolçular Kateqoriya:Kiprdəki əcnəbi kişi futbolçular Kateqoriya:2023 Afrika Millətlər Kuboku futbolçuları Kateqoriya:Mozambikli legioner kişi futbolçular