Jozef Fransua Fulon de Due (; ) — Fransa siyasətçisi və administratoru.
Fransa inqilabı dövründə çox da populyar olmayan Fulon 22 iyulda edam edilməli idi, lakin asılmaq üçün istifadə edilən iplər bir neçə dəfə qırıldığı üçün qəzəbli bir izdiham tərəfindən başı kəsilmişdir. Daha sonra həmin qələbəlik onun başını çaydana sancaraq ağzında bir dəstə otla Paris küçələrində gəzdirmişdilər.Albert Leitzmann: Wilhelm von Humboldt – Gesammelte Schriften, 3. Abteilung: Tagebücher, Band 15/Band 2 (1799–1835), Tod des Finanzministers Joseph Foullon de Doué, Verlag De Gruyter, 1968, p. 119
Həyatı Yeddillik müharibə dövründə ordunun intendantı vəzifəsini icra etmişdir. 1771-ci ildə maliyyə işlərinə rəhbərlik etmişdir. Saray tərəfindən onun, Janna-Luiza Kampanın xatirələrində qeyd etdiyi kimi, Kral XVI Lüdovikə Orlean hersoqunu həbs etməyi məsləhət gördüyü və Jak Nekkerin 12 iyul 1789-cu il tarixində baş tutmayan istefasından sonra onun yerinə gətirilməsinin planlaşdırıldığı ehtimal olunur. Bu dövrdə ona kralın hersoq Broli komandanlığı altına verdiyi ordunun təchizatı ilə məşğul olmaq tapşırılmışdır.
Fulon cəmiyyətin bütün təbəqələri tərəfindən olduqca mənfi qarşılanmışdır. Baş podratçılar (gömrük və vergi toplayanlar) onun həddindən artıq sərtliyindən narazı qalmış, Paris sakinləri isə onun yoxsulların istismarı hesabına əldə edildiyi düşünülən böyük sərvətinə qəzəblənmişdilər. Əsassız şayiələrə görə, o, daha əvvəl baş vermiş aclıq illərində Paris əhalisini ot kimi biçəcəyini bəyan etmiş, kənd yerlərində isə ona "Çörək yoxdursa, qoy xalq saman yesin" ifadəsi aid edilmişdir.
Bastiliyanın alınmasından sonra Fulon öz kəndlərindən birində gizlənmiş, lakin tanınaraq ələ keçirilmişdir. 22 iyul tarixində Paris meriyasına (Otel-de-Vil) gətirilən Fulonu burada ayaqyalın şəkildə kürəyində saman tayası daşımağa məcbur etmiş, ona sirkə içirtmiş və tərini gicitkən otu ilə silmişdilər. Hadisə yerinə gələn Jilber Lafayet kütləni dayandırmağa çalışmışdı, lakin qəzəbli parislilər Fulonu Otel-de-Vilin yaxınlığındakı fənər dirəyindən üç dəfə asmışdılar. Hər dəfə kəndir qırıldığı üçün, nəticədə onun başını əlaltı vasitələrlə kəsmişdilər. Fulonun kəsilmiş başı ağzına ot və çirkab doldurularaq nizəyə keçirilmiş və şəhər boyu gəzdirilmişdir.
İstinadlar
Xarici keçidlər Фулон де Дуе (Joseph-Francois Foullon de Doue) Жозеф-Франсуа (1715-1789)
Kateqoriya:Fransanın maliyyə nazirləri Kateqoriya:XVI Lüdovik nazirləri Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri