Qiymət müharibəsi — bir sektordakı şirkətlərin "qiymətlərin rəqiblərin qiymətlərindən təkrar-təkrar aşağı saxlanılması ilə xarakterizə olunan" aqressiv qiymətləndirmə fəaliyyəti göstərdiyi bir bazar rəqabəti formasıdır. Bu, hər bir rəqibin digərinin qiymətinə adaptasiya etməyə və ya onu daha da aşağı salmağa çalışdığı bir dövrə (spiral rəqabətə) gətirib çıxarır. Rəqiblər "qiymət endirmə impulsu" olaraq adlandırılan aşağıya doğru qiymət təzyiqi səbəbindən ilkin qiymət endirimini təqib etməyə məcbur olurlar.

Qiymət müharibələri istehlakçılara daha aşağı qiymətlər təqdim edərək qısamüddətli faydalar təmin edə bilsə də, prosesə daxil olan şirkətlərin mənfəət marjasını azaldaraq onlar üzərində mənfi təsir göstərə bilər. Bundan əlavə, qiymət müharibələrinin şirkətlərə vurduğu zərər qısamüddətli dövrlə məhdudlaşmır; çünki iştirakçı şirkətlər itirilmiş mənfəətlərini geri qaytarmaq və bazar paylarını mühafizə etmək üçün uzun müddət mübarizə aparmalı olurlar. Firmalar bu cür rəqabətin uzunmüddətli rentabellilik baxımından davam gətirilməz qiymətlərə yol açacağını bildiklərindən, qiymət müharibələrinə girərkən olduqca ehtiyatlı davranırlar.

İstinadlar

Kateqoriya:Qiymətləndirmə Kateqoriya:Biznes rəqabətləri