Jak-Pyer Brisso (, ), tərbiyə olunduğu kəndin adına görə Varvilli adlandırılmışdır — Fransa jurnalisti, siyasətçisi, abolisionisti, jirondist, Fransa inqilabının mühüm xadimlərindən biri. İngiltərə, İsveçrə və Şimali Amerikaya səyahətlər etmiş yazıçı özünün "filosof" karyerasından sonra inqilabi jurnalistikaya və Paris siyasətinə daxil olmuşdur. O, əsasən Fransa inqilabı dövründə fəaliyyət göstərən siyasi fraksiya olan jirondistlərin lideri kimi tanınır.

Şartrda anadan olmuş Brisso vəkil köməkçisi kimi təlim keçmişdir. O, tez bir zamanda yazı və nəşriyyata üz tutmuş, məhsuldar bir yazıçıya çevrilmişdir. Bu dövrdə Volter və d'Alember kimi tanınmış ziyalılarla ünsiyyət qurmuşdu. Brisso 1784-cü ildə qısa müddətə Bastiliya qalasında həbs edilmişdir və bu, onun həyatında dönüş nöqtəsi kimi qəbul edilmişdir. Daha sonra o, Filipp d'Orleanla yaxınlaşmış və özünü islahatçı məqsədlərə həsr etmişdir.

Brisso Amerikanın müstəmləkələrindəki üsyançılara rəğbət bəsləyən "Mercure de France" və "Courier de l'Europe" nəşrləri ilə əməkdaşlıq etmişdir. 1788-ci ilin fevral ayında Brisso quldarlıq əleyhinə fəaliyyət göstərən Qaradərililərin Dostları Cəmiyyətini təsis etmişdir. 1789-cu ilin iyul ayında inqilabın başlaması ilə o, bu hərəkatın ən fəal tərəfdarlarından birinə çevrilmişdir. Qanunverici Məclisin üzvü kimi Brisso Fransanın inqilabi nailiyyətlərini qorumaq məqsədilə Avstriyaya və digər Avropa dövlətlərinə qarşı müharibənin tərəfdarı olmuşdur. Bu, 1792-ci ildə Birinci Koalisiya müharibəsinə yol açmışdır. O, XVI Lüdovikin dərhal edam edilməsinin əleyhinə səs vermiş, bu addımı isə onu montanyarlar arasında nüfuzdan salmışdır. Jan-Pol Marat ilə dostluq münasibətlərində olmuşdur, lakin 1793-cü ildə onlar ən böyük düşmənə çevrilmişdilər.

3 aprel 1793-cü il tarixində Maksimilian Robespyer Konventdə bəyan etmişdir ki, bütün bu müharibə Birinci Fransa Respublikasını devirmək üçün Şarl Fransua Dumurye ilə Brisso arasında əvvəlcədən hazırlanmış bir oyundur. Onu royalizmdə ittiham edən Robespyer ilə olan ixtilaflar nəticədə onun süqutuna səbəb olmuşdur.Wikisource: Œuvres complètes de Maximilien Robespierre. Speech Robespierre against Brissot and the girondins Delivered to the Convention on 10 April 1793 Discours contre Brissot & les girondins Oktyabrın 8-də Konvent Brissonun həbs edilməsi barədə qərar qəbul etmişdir. Madam Rolan və Jerom Petion kimi, Brisso da diqqətçəkən şam yeməkləri təşkil etməkdə (və ya onlarda iştirak etməkdə) ittiham olunmuşdur. 1793-cü ilin oktyabr ayının sonunda o, digər 28 jirondist ilə birlikdə Şarl-Anri Sanson tərəfindən gilyotinlə edam edilmişdir.Sanson Memoirs Vol II p.70

Ailəsi Jak-Pyer Brissonun ailəsi Bos vilayətinin Şartr şəhərindən idi. Onun 24 dekabr 1779-cu il tarixində vəfat edən atası Giyom Brisso usta iaşəçi və aşpaz peşəsi ilə məşğul olmuş, bu sənəti öz atası, notarial aktlarda usta aşpaz kimi qeyd edilən Jak Brissodan miras almışdır. Giyom 24 iyul 1800-cü il tarixində Şartr şəhərində vəfat edən Mari-Luiz Leqran ilə evlənmişdir. 23 fevral 1740-cı il tarixində Sen-Andre kilsə icmasında evlənən cütlüyün on altı övladı dünyaya gəlmiş, onlardan yalnız yeddisi yetkinlik yaşına çata bilmişdir.Robert C. Darnton, "The Grub Street Style of Revolution: J.-P. Brissot, Police Spy", p. 301 in The Journal of Modern History vol. 40, no. 3 (Sept. 1968)

Onun böyük bacı və qardaşlarından üçü özündən yaşca böyük olmuşdur. 1741-ci ildə anadan olan böyük bacısı Mari-Luiz subay yaşamış və 1805-ci ildə Şartr şəhərində vəfat etmişdir.Coue Marie Françoise, comme sa marraine et tante Marie Françoise Brissot. Elle est ainsi appelée Marie Françoise dans le contrat de mariage de sa sœur Adélaïde avec Jacques Bonnet, reçu par Maître Marchand, notaire à Chartres, le 24 octobre 1779. Et dans le codicille en date du 26 mars 1779 de son testament authentique reçu par Maître Chevard, notaire à Chartres, le 14 décembre 1777, il nomme Marie Françoise Brissot "sa fille aînée", exécuteur testamentaire. Archives départementales d'Eure-et-Loir, cote 2E8 654. 1744-cü ildə anadan olan kiçik bacısı Mari-Janna da subay bir ömür sürmüş və 1788-ci ildə eyni şəhərdə dünyasını dəyişmişdir. 1752-ci ildə anadan olan qardaşı Simon-Antuan kilsə karyerasına yönləndirilmişdir. O, ilkin olaraq 1780-ci ildə Juidə keşiş kimi fəaliyyət göstərmiş, daha sonra 1783-cü ildə Şartrın Otel-Dyo xəstəxanasında, ardınca isə Sen-İlarionda xidmət etmişdir. 1792-ci ildə deportasiya edilən Simon-Antuan sonradan Şartr şəhərinə qayıtmış və 1810-cu ildə burada vəfat etmişdir.

Jak-Pyerin həmçinin özündən kiçik üç bacı və qardaşı da var idi. Onlardan 1754-cü ildə anadan olan Mari-Luiz-Adelaid Şartrda tacir və baqqal olan Jak Bonne ilə ailə həyatı qurmuşdur.Maître Marchand, notaire à Chartres, le 24 octobre 1779. Archives départementales d'Eure-et-Loir, cote 2E8 658. 1759-cu ildə anadan olan digər qardaşı Pyer-Lui fəaliyyətinə mebel satışı üzrə andlı qiymətləndirici kimi başlamışdır,Acte d'inventaire notarié à Chartres du 27 mai 1789. lakin Fransa inqilabı dövründə maliyyə idarəçiliyində yüksəlmiş, ardıcıl olaraq Ör və Luarın baş xəzinədarı, bir neçə hərbi diviziyanın hərbi ödənişlər üzrə məmuru və nəhayət, 1813-cü ildə Ruanda baş vergi yığıcısı vəzifələrini icra etmişdir. Nəhayət, 1761-ci ildə anadan olan ən kiçik bacısı Mari Luiz Oqustin 1783-cü ildə subay olaraq vəfat etmişdir.

Erkən həyatı Jak-Pyer Brisso 15 yanvar 1754-cü ildə Şartrda anadan olmuşdur. Ailənin on üçüncü övladı və sağ qalanlar arasında dördüncüsü olan Jak-Pyer Qrand-Buşri küçəsi ev 16 ünvanında (hazırda Sini küçəsi) yerləşən evdə doğulmuşdur. O, elə anadan olduğu gün Sen-Saturnin kilsəsində vəftiz edilmişdir. XV Lüdovikin (hakimiyyəti: 1715–1774-cü illər) hakimiyyətinin sonlarına yaxın Şartr şəhərində 3,000 ev, yəni 10,000-dən bir qədər çox sakin qeydə alınmışdır. Jak-Pyer ilk əvvəl kəndli bir ailənin himayəsinə verilmiş, lakin burada ona qarşı yetərincə qayğı göstərilməmişdir. Zəif bədən quruluşuna sahib olan uşağın səhhəti pisləşdiyindən, anası onun tərbiyəsi ilə özü məşğul olmaq qərarına gəlmişdir. Brisso öz xatirələrində ilk illərini xatırlayan zaman amansız şəraitdə böyüdüldüyünü qeyd etmişdir. O, sonralar uşaqlıq dövründən bəhs edərkən atasının nəvazişini heç vaxt görmədiyini və illər keçdikcə bu vəziyyətin daha da pisləşdiyini vurğulamışdır. Mülayim və uzaqgörən bir qadın kimi təsvir etdiyi anası bu sərt tərbiyə üsulunu yumşaltmaq üçün əlindən gələni etmişdir.

Özü yalnız oxumağı və yazmağı bacaran Giyom Brisso oğullarının orta təhsil alacaqları təqdirdə gələcəkdə ondan utana biləcəklərini düşünərək onların kollecə getməsini istəməmişdir, lakin həyat yoldaşı onu bu fikrindən daşındırmağa nail olmuşdur. Bir tornaçının qızları tərəfindən açılmış kiçik məktəbdə təhsil aldıqdan sonra Jak-Pyer böyük qardaşı ilə birlikdə Ekuble keşişi olan əmisi Pyer Brissonun yanına göndərilmişdir. O, burada kənd həyatının gözəlliklərini kəşf etmiş və ömrünün sonunadək qoruyub saxlayacağı kənd mühitinə olan sevgisini qazanmışdır.

Latın dilini öyrənməyə başlamaq üçün Brisso Şartrdakı bir pansionat rəhbərinin yanına yerləşdirilmişdir. O, yeddi-səkkiz yaşlı uşaqlar üçün xüsusilə ağır bir tapşırıq olan hal dəyişmələri və feil təsriflərinin öyrənildiyi uzun dərsləri sonralar dəhşətlə xatırlamışdır. Buna baxmayaraq, o, qeyd olunan hazırlıq mərhələsindən sonra kollecə daxil olmaq imkanı əldə etmişdir.

Kollecdə Brisso 1762-ci ildə səkkiz yaşında kollec təhsilinə başlamış və böyük uğurlar qazanaraq həmyaşıdlarından seçilmişdir. Daha yaxşı öyrənmək üçün gecə-gündüz mütaliə etmişdir. Jak-Pyer ona öz kitabxanasından istifadə imkanı yaradan və latın dili dərslərində ona rəhbərlik edən abbat Komusla borclu olduğunu da qeyd etmişdir. İlk dövrlərdə o, kollecin direktoru, kiçik xətalarına görə şagirdləri ağır şəkildə cəzalandıran sərt bir insan olan Fransua Bertinonun yanında yarım-pansionatda qalmışdır. Jak-Pyer qamçılanma cəzasını böyük hiddət və ədalətsizlik hissi ilə qarşılamışdır. O, bu barədə anasına şikayət etmiş, anası isə onu bu qəddar müstəbidin yanından uzaqlaşdırmışdır. Yeddi il davam etmiş təhsili müddətində mükafatları ard-arda qazanan Jak-Pyer müəllimlərinin və sinif yoldaşlarının rəğbətini qazanmışdır. Bununla belə, o, həqiqi bir müəllimi olmayan, yalnız kitablara əsaslanan təhsil sisteminin qurbanına çevrildiyini və əyalət təhsilinin onu bir köçürmə maşını etdiyini sonralar təəssüflə qeyd etmişdir. Ailə ənənəsinə sadiq qalan Jak-Pyer həmin dövrdə olduqca dindar bir gənc olmuşdur. Onun sinif yoldaşlarından biri, gələcək şair Nikolya-Fransua Giyyar dini fədakarlığına görə tez-tez onunla lağ etmişdir. Ritorika sinfində oxuyarkən bir yoldaşı ilə yaxınlığı və bəzi kitabların mütaliəsi onu dindən uzaqlaşdırmışdır. Ailəsinin onun gələcəkdə ruhanilik formasını geyinməsini istəməsinə baxmayaraq, o, tədricən Volter, Didro, eləcə də Russonun ideyalarının ardıcılına çevrilmişdir. Russonun "Emil və ya tərbiyə haqqında" əsəri onun üçün "yeni bir incil" kimi qəbul edilmişdir.

İngiltərə kralı I Karlın və Oliver Kromvelin tarixi onu dərindən sarsıtmış və onda despotizmə qarşı nifrət oyatmışdır. O, krallara hələ erkən yaşlarından nifrət etdiyini bildirmişdir. XVI Lüdovik ilə eyni yaşda olduğu üçün o, özünün bir iaşəçi oğlu olduğu halda, digərinin niyə taxtda əyləşdiyini öz-özünə sorğulamışdır.

O, 1768/1769-cu illərdə abbat Tyerri rəhbərliyi altında bir illik fəlsəfə təhsilini tamamladıqdan sonra kolleci tərk etmişdir. Kollec illərində o, Lionda Fransa inqilabının aparıcı şəxslərindən birinə çevriləcək Pyer-Şarl Blo, Giyyar, Bridel, Vajoa, Buve, Butru, Serjan, abbat Şarl və xüsusilə Şartr rəyasət məhkəməsinin prokurorunun oğlu, 1792-ci ildə Parisin meri olan Jerom Petion de Vilyonöv ilə dostluq münasibətləri qurmuşdur.

Hüquq praktikası Zadəganlıq mənşəyinə və böyük sərvətə sahib olmayan dövrün orta burjuaziyası üçün bir çox yollar qapalı qalmışdır.Jean-Clément Martin, Nouvelle histoire de la Révolution française, Paris, Perrin, 2012, page 73. Notamment : pas d'accès direct à des fonctions d'officier d'infanterie ou de cavalerie. En revanche, un roturier peut devenir officier du génie (Lazare Carnot par exemple) Bacısı ona kilsə karyerasına başlamağı təklif etmişdir, lakin bu, inancını itirmiş və bilərəkdən fırıldaqçı olmaq istəməyən bir Maarifçilik dövrü insanı üçün qeyri-mümkün idi. O, hüquq sahəsini seçmiş və məhkəmə çəkişmələrinin labirintindən keçmək məqsədilə Şartrın mühüm prokurorlarından biri olan Lui-Anri Horonun yanında işə başlamışdır.

O, burada rəhbərinin elmə böyük maraq göstərən və öz kitabxanasını onun üzünə açan oğlu Mişel-Klod ilə dostluq münasibətləri qurmuşdur. Brisso fizika, italyan və ingilis dillərini öyrənməyə başlamışdır. O, kral mütləqiyyətindən çox erkən xilas olan İngiltərə tarixinə və idarəetmə sisteminə uzun müddətdir böyük maraq bəsləyirdi. Beləliklə, o, müxtəlif sahələrdəki araşdırmalara meyil edərək özünü məhkəmə işlərinin can sıxıcı vəzifələrindən uzaqlaşdırmışdır. Həmin dövrdə o, sonradan çap olunacaq "Maskası yırtılmış Roma və ya Kanon hüququ haqqında qeydlər" adlı ilk broşürünü qələmə almışdır.

O, özündə elmi araşdırmalara, xüsusilə də dilçiliyə qarşı böyük bir maraq kəşf etmişdir. Bu səbəbdən, ateist olmasına baxmayaraq, bir müddət qədim mətnlərin nəşri və tədqiqi ilə məşğul olan Sent-Mor monastır icmasının mənsub olduğu Benediktin ordeninə daxil olmaq barədə düşünmüşdür, lakin dostu, filosof rahib dom Mule onu bu fikrindən daşındırmışdır.Mémoires de Brissot, Paris, Ladvocat, 1830, page 82.