Kaiya Kyarkinen (; ) — finlandiyalı müğənni və aktrisa, 1991 Avroviziya Mahnı Müsabiqəsində Finlandiyanın təmsilçisi. Həyatı Müğənninin musiqi karyerası 1982-ci ildə, «Lato-group» pop qrupunun solisti olduqdan sonra başlayıb. 1991-ci ildə o, 1991 Avroviziya Mahnı Müsabiqəsinin Finlandiya milli seçimlərinə dəvət alıb. Seçimlərin qalibi olaraq, «Hullu yö» kompozisiyası ilə mahnı müsabiqəsində ölkəsini təmsil etmək hüququ qazanıb.

Dünya şöhrətli müğənni Toto Kutunyonun ifa etdiyi "Insieme: 1992" mahnısı ilə 1990 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1991-ci ildə İtaliya 26 il sonra ikinci dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanıb. Müsabiqə İtaliyanın paytaxtı Roma şəhərində "Cinecittà" zalında keçirilib. Avroviziya 1991-in aparıcıları müsabiqədə İtaliyaya qələbə qazandırmış Cilyola Çinkvetti və Toto Kutunyo olub .Müsabiqə 1991-ci ilin 4 may tarixində baş tutub. Çıxışı on altıncı nömrə altında baş tutan müğənni Kyarkinen, iyirminci pillədə (6 xal) yer alıb. Ümumilikdə 22 ölkənin iştirak etdiyi müsabiqədə İsveçi ikinci dəfə təmsil etmək hüququ qazanan Karola ifa etdiyi "Fångad av en stormvind" adlı mahnı ilə müsabiqənin qalibi seçilmişdir. Müsabiqənin maraqlı məqamlarından biri səsvermənin sonunda İsveç və Fransa təmsilçilərinin bərabər səslə birinci yerdə qərarlaşmaları olmuşdur. Bənzər hal sonuncu dəfə Avroviziyada 1969-cu ildə baş vermişdir. Həmin il Avroviziyada səslərin bərabərliyi halında müsabiqədə ümumi qayda olmadığı üçün birinci yerdə qərarlaşan dörd ölkə müsabiqənin qalibi elan edilmişdir, lakin 1991-ci ildə qalibin seçilməsi üçün xüsusi hesablama aparılmışdı. Belə ki, hər iki ölkə bərabər sayda 12 xal qazansa da, Fransa təmsilçisi dörd 10 xal, İsveç təmsilçisi isə beş 10 xal qazanmışdı. Nəticə olaraq, İsveç təmsilçisi Karola müsabiqənin qalibi elan edilmişdir. Bu sonuncu dəfə Avroviziyada 1984-cü ildə "Herreys" qrupunun təmsilində qalibiyyət əldə etmiş İsveçin müsabiqədə ümumilikdə üçüncü qələbəsi idi.

Avroviziyadan sonra İle Kallio ilə əməkdaşlığa başlayaraq, bu günə qədər fəaliyyətini davam etdirən "Kaija Kärkinen & Ile Kallio" qrupunun üzvü olub.

Diskoqrafiyası Albomları 1991: Mustaa vettä 1995: Sade 1996: Lupaus 1997: Suuri salaisuus 1999: Noitavoimaa 2000: Kaikki oikeudet 2002: Kymmenen laulua 2004: Kuka saa kyyneleet 2005: Sodassa ja rakkaudessa 2008: Saman taivaan alla 2012: Köyhän naisen paratiisi

İstinadlar

Kateqoriya:"Avroviziya" iştirakçıları