Andre Marsel Klavo (; ) — Fransa müğənnisi, ifaçısı, kinoaktyoru və studiya musiqiçisi. 1958-ci il Avroviziya Mahnı Müsabiqəsində Fransanı təmsil etmiş və müsabiqənin qalibi olmuşdur.O'Connor, John Kennedy. The Eurovision Song Contest - The Official Celebration. Carlton Books, 2015. . Pages 32–33
Həyatı 29 dekabr 1911-ci il tarixində Parisdə anadan olmuşdur. Karyerasına zərgərlik məmulatlarının dizayneri, dekorator və afişa rəssamı kimi başlamışdır. 1936-cı ildə həvəskar müğənnilərin müsabiqəsində qalib gəlmişdir. Onun əsl uğuru İkinci Dünya müharibəsi illərinə təsadüf edir. 1944-cü ildə Paris azad edildikdən sonra radioda fəaliyyət göstərməyə başlamışdır. Yumşaq səs tembri və sentimental mahnıları sayəsində xüsusilə qadın auditoriyası arasında böyük populyarlıq qazanmışdır. Dönəminin ən məşhur fransız şansonye sənətçilərindən biri olmaqla yanaşı, həm də bir çox filmlərdə çəkilmişdir.
1958-ci ildə Fransanın RTF milli yayımçısı tərəfindən ölkəni Niderlandın Hilversum şəhərində keçirilən üçüncü Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək üçün "Dors, mon amour" mahnısı ilə seçilmiş və 27 xal toplayaraq müsabiqənin qalibi olmuşdur. 1960-cı ildə Böyük Britaniyanın London şəhərində keçirilən müsabiqədə ölkəsinin səsvermə nəticələrini elan edən sözçüsü qismində çıxış etmişdir.
1960-cı illərin sonunda ictimai həyatdan uzaqlaşmış və ömrünün sonuna qədər Brassakda tərki-dünya həyatı yaşamışdır. 4 iyul 2003-cü il tarixində Ajen şəhərində, 91 yaşında vəfat etmişdir. Brassakda dəfn olunmuşdur.
Şəxsi həyatı Həyat yoldaşı (1936–2003) Odett Lor (1917–2004), aktrisa və müğənni olmuşdur.
Diskoqrafiya
1946 — «C'est un Soir» 1946 — «Ce n'Était qu'un Bouquet de Violettes» 1946 — «Le Destin s'Amuse» 1946 — «Pâquerette» 1946 — «Ritournelle de Paris» 1949 — «Chanson à la Diable» 1949 — «Laissez-moi mon Amour» 1949 — «Ma Gosse, ma Chérie» 1949 — «Mademoiselle de Paris» 1949 — «Mon Bonheur» 1950 — «Coeur-sur-Mer» 1950 — «Valser avec ton Souvenir» 1951 — «Coeur de Paris» 1951 — «Je n'ai qu'un Amour au Monde» 1951 — «Lali et Lila» 1951 — «Rita de Panama» 1951 — «Sage» 1951 — «Tic Tac» 1952 — «Bon Anniversaire» 1952 — «Champagne» 1952 — «Dormez Bien mon Ange» 1952 — «Je Vais à Costa Rica» 1952 — «L'Amour Passe» 1952 — «Le Rémouleur» 1952 — «Sous les Arcades» 1952 — «Un Jour avec vous» 1953 — «Mon Petit Monde à Moi» 1954 — «Joue pour Moi» 1955 — «Cerisier Rose et Pommier Blanc» 1955 — «La Vieille Rengaine» 1955 — «Les Petits Pavés» 1956 — «Chez Moi» 1956 — «La Fontaine Endormie» 1958 — «Dors, mon amour» 1960 — «Nuits de Chine» 1963 — «Malgré tes Serments» 1965 — «Domino» 1974 — «Ah ! C'qu'on s'Aimait» 1974 — «Mon Coeur est un Violon» 1976 — «J'ai Pleuré sur tes Pas» 2008 — «Marjolaine» (посмертно) 2010 — «Tout en Flânant»
İstinadlar
Kateqoriya:Avroviziya Mahnı Müsabiqəsinin qalibləri Kateqoriya:EMI Records artistləri Kateqoriya:Fransa aktyorları Kateqoriya:Fransa müğənniləri Kateqoriya:Fransanın "Avroviziya" təmsilçiləri Kateqoriya:Polydor Records artistləri