"Aijā" – Latviyanın "Sudden Lights" indi-rok qrupunun 27 yanvar 2023-cü il tarixində buraxılmış mahnısı. Kompozisiya Latviyanın həmin il üçün təşkil etdiyi "Supernova 2023" adlı milli seçim turunda qalib gələrək 2023-cü il Avroviziya Mahnı Müsabiqəsində ölkəni təmsil etmək hüququ qazanmışdır.
Tarixi Müsahibələr zamanı qrup üzvləri "Aijā" kompozisiyasının laylay xarakteri daşıması və insanların daha rahat uyumasına kömək etməsi məqsədilə bəstələndiyini bildirmişdilər. "That Eurovision Site" adlı "Avroviziya" pərəstişkar saytına verilən müsahibədə, dünyada baş verən mənfi hadisələr fonunda dinləyiciləri bu problemlərdən uzaqlaşdıracaq bir mahnı ərsəyə gətirmək istədikləri qeyd olunmuşdur. Digər bir platforma olan "Eurovision Fun" saytına verilən açıqlamada qrup dinləyicilərin özlərini səhnədəki bir rok konsertindəymiş kimi hiss etmələrini hədəflədiklərini vurğulamışdır.
Avroviziya Mahnı Müsabiqəsi Supernova 2023 "Supernova 2023" 2023-cü il Avroviziya Mahnı Müsabiqəsi üçün Latviyanın milli seçim turu rolunu oynamışdır. Yarışma formatı yarımfinal və final olmaqla iki mərhələdən ibarət təşkil edilmişdir. 4 fevral 2023-cü il tarixində keçirilən yarımfinalda 14 kompozisiya mübarizə aparmış və onlardan ən yaxşı nəticə göstərən on mahnı finala vəsiqə qazanmışdır. 11 fevral 2023-cü il tarixində baş tutan final mərhələsində Liverpul şəhərinə göndəriləcək Latviya təmsilçisi müəyyənləşdirilmişdir. Yarımfinal və final mərhələlərinin nəticələri münsiflər heyəti və xalq səsverməsinin yarıbayarı nisbətdə (50/50) birləşmiş xalları əsasında formalaşmışdır.
"Aijā" yarımfinal mərhələsində 14-cü nömrə altında çıxış edərək ilk onluğa daxil olmuş və finala adlamışdır. Finalda yeddinci sırada səhnəyə çıxan kompozisiya, səsvermənin yekununda yarışmanın qalibi elan edilmiş və beləliklə, 2023-cü il Avroviziya Mahnı Müsabiqəsinə vəsiqə qazanmışdır. Bu əsər, 2004-cü ildən sonra müsabiqə tarixində daxilində Latviya dilində sözlər barındıran ikinci kompozisiya olmuşdur.
Avroviziyada çıxış Avroviziya qaydalarına əsasən, ev sahibi ölkə və "Böyük Beşlik" (Fransa, Almaniya, İtaliya, İspaniya və Böyük Britaniya) istisna olmaqla, bütün iştirakçı dövlətlər finala vəsiqə qazanmaq üçün iki yarımfinalın birində mübarizə aparmalıdılar. Hər yarımfinaldan ən yaxşı nəticə göstərən on ölkə final mərhələsinə keçid edir. Avropa Yayım İttifaqı əvvəlki müsabiqələrin səsvermə statistikasını əsas götürərək iştirakçı ölkələri altı fərqli səbətə bölmüşdür. 31 yanvar 2023-cü il tarixində keçirilən püşkatma nəticəsində Latviyanın birinci yarımfinalın ilk hissəsində çıxış edəcəyi müəyyənləşmişdir.
"Aijā" mahnısı 9 may 2023-cü il tarixində keçirilən birinci yarımfinal mərhələsində dördüncü nömrə altında ifa olunmuş, lakin böyük finala vəsiqə qazana bilməmişdir.
Həftəlik qrafiklər +"Aijā" mahsının qrafiklərdə mövqeyi Qrafik (2023) Pikmövqe Latvia Domestic Airplay (LaIPA) 3 Latvia Domestic Streaming (LaIPA) 2 Latvia Streaming (LaIPA) 3
İstinadlar
Kateqoriya:2023 Avroviziya Mahnı Müsabiqəsinin mahnıları Kateqoriya:2023-cü ilin mahnıları Kateqoriya:2023-cü ilin sinqlları