Napoleon — Corc Oruellin 1945-ci ildə nəşr olunmuş Heyvanıstan (Animal Farm) povestinin əsas mənfi qəhrəmanı və antaqonistidir. Əsərin əvvəlində adi bir ferma donuzu kimi təqdim olunan Napoleon sonradan hakimiyyət uğrunda rəqibi olan Snowballu fermadan qovur və tədricən bütün hakimiyyəti öz əlində cəmləşdirərək Heyvanıstanı diktaturaya çevirir. Əsərin sonunda o, əvvəlki insan sahibi ilə eyni dərəcədə zalım olur və görünüşcə insanlardan seçilməz hala gəlir.

İstinadlar