Aksel İrsu (; ) — Belçika müğənnisi. O, Danimarkanın Kopenhagen şəhərində keçirilən 2014 Avroviziya Mahnı Müsabiqəsində Belçikanı "Mother" mahnısı ilə təmsil etmişdir. Yerli seçim turu olan "Eurosong" yarışmasının finalında o, tamaşaçı səsverməsinin 50 faizindən çoxunu qazanmış və beynəlxalq münsiflər heyətindən 4 dəfə maksimum 12 xal almışdır.
Karyerası The Voice Belgique Müğənni 2013-cü ildə Valloniyanın istedad şoularında, o cümlədən "The Voice Belgique" yarışmasında iştirak etmiş, lakin ikinci mərhələdə mübarizəni dayandırmışdır.
Avroviziya Mahnı Müsabiqəsi 2014-cü ildə Aksel İrsunun Belçikanın VRT yayım şirkəti tərəfindən təşkil olunan və 2014 Avroviziya Mahnı Müsabiqəsi üçün milli seçim turu olan "Eurosong 2014" yarışmasında iştirak edəcəyi elan olunmuşdur. İlk kastinq şousunda "Mother" mahnısını ifa edən sənətçi yarımfinala vəsiqə qazanmışdır. 9 mart 2014-cü ildə üçüncü yarımfinalda çıxış edərək final mərhələsinə yüksəlmişdir. Müsabiqənin finalı 16 mart 2014-cü ildə Antverpendəki "Sportpaleis" arenasından keçirilmişdir. Aksel İrsu yarışmanın qalibi elan edilmiş və Danimarkanın Kopenhagen şəhərindəki "B&W Hallerne" arenasında keçirilən 2014 Avroviziya Mahnı Müsabiqəsində Belçikanı təmsil etmək hüququ əldə etmişdir. 20 yanvar 2014-cü ildə Kopenhagen şəhər meriyasında keçirilən püşkatma nəticəsində Belçikanın 6 may 2014-cü ildə baş tutan birinci yarımfinalın ikinci hissəsində çıxış edəcəyi müəyyənləşmişdir. Mahnı final mərhələsinə adlaya bilməmiş, birinci yarımfinalda 28 xalla 14-cü yeri tutmuşdur. Müsabiqədən sonra, 7 iyul 2014-cü ildə müğənni "Bellissimo" sinqlını buraxmışdır.iTunes – Music – Bellissimo – Single by Axel Hirsoux 2014-cü ilin noyabrında Aksel İrsu və Kamil Beniest "Because You Need Me" sinqlını təqdim etmişdilər.iTunes – Music – Because You Need Me – Single by Axel Hirsoux & Camille 1 iyun 2015-ci ildə isə onun "Haut l'humain" adlı sinqlı işıq üzü görmüşdür.
Şəxsi həyatı Avroviziya Mahnı Müsabiqəsi zamanı Kopenhagendə olarkən Aksel İrsu "OUTtv" telekanalına verdiyi müsahibədə bir kişi ilə evli olduğunu bildirmişdir.
Diskoqrafiya
Sinqllar Başlıq İl Pik çart mövqeyi Albom BEL (Vl) BEL (Wa) "Mother" 2014 7 32 rowspan="6" "Bellissimo" 49 — "Because You Need Me"(with Camille Beniest) 83 — "Haut l'humain" 2015 — — "Après l'hiver" 2015 — — "Au plus près de mes rêves" 2016 — — "—" siyahıya daxil olmayan və ya buraxılmamış sinqlı ifadə edir.
İstinadlar
Kateqoriya:Belçika müğənniləri Kateqoriya:Belçikanın "Avroviziya" təmsilçiləri Kateqoriya:XXI əsr müğənniləri