– Yaponiya qadın basketbolçusu. Əsasən 3x3 basketbolla məşğul olur. 2026-cı ildən Azərbaycanın "Neftçi SOCAR" klubunda çıxış edir.

İlk illəri Aoi Katsura 2 sentyabr 1992-ci ildə Tokioda doğulmuşdur. Almaniyada üçillik ibtidai təhsil almışdır. Yaponiyaya qayıtdıqdan sonra basketbolla məşğul olmağa başlamışdır. Oka Qakuen liseyindən məzun olduqdan sonra Vaseda Universitetinə daxil olmuşdur.

Karyerası Tələbəlik illərində Yaponiya milli komandasının üzvü olmuşdur. 4-cü kursda oxuyarkən Vaseda Universitetinin heyətində Yaponiya universitetlərarası çempionatının qalibi olmuş və turnirin MVP-si seçilmişdir. Məzun olduqdan sonra "Mitsubishi" şirkətində işləmişdir. Basketbola 3 illik fasilə vermiş və bizneslə məşğul olmağa başlamışdır. 3x3 basketbol Tokio Yay Olimpiya Oyunlarının rəsmi proqramına daxil ediləndən sonra 2018-ci ildə basketbola qayıtmağa qərar vermiş və "Şonan Sans" 3x3 basketbol klubunun heyətinə qatılmışdır. Yaponiya Turu Finalında iştirak etdikdən sonra 2020-ci ildə "Bifman" klubuna keçmişdir. 2021-ci ildə Yaponiyanın 3x3.EXE Premyer Liqası turnirinin qalibi olmuş və mövsümün MVP-si adına layiq görülmüşdür.

2023-cü ildə sahibi və oyunçusu olduğu "Düsseldorf ZOOS" klubunun heyətində FİBA 3x3 Qadınlar Seriyasında iştirak etmişdir. Bakı turnirində ilk çempionluğunu əldə etmişdir. 2024-cü ilin sentyabrında Qadınların Yaponiya Basketbol Liqasında çıxış edən "Toyota Antelops" klubuna qoşulmuş və 10 ildən sonra 5x5 basketbola qayıtmışdır. Qadınların Yaponiya Basketbol Liqasında debütünü 32 yaşında – 11 oktyabr 2024-cü ildə "Enoes Sanflovers" klubuna qarşı baş tutan oyunda gerçəkləşdirmişdir. Debüt oyununda 6 xal, 1 ribaund və 2 topalma ilə yadda qalmışdır. 2025-ci ildə klubdan ayrılmışdır. 2025-ci ildə Qadınların Yaponiya Basketbol Liqasında çıxış edən "Toyota Boşku Sanşayn Rabbits" klubuna qoşulmuşdur. Lakin klubda çox az oyuna çıxmış və 2026-cı ilin aprelində komandadan ayrılmışdır. 2026-cı ilin mayında 3x3 basketbola qayıdaraq Azərbaycanın "Neftçi SOCAR" klubuna qoşulmuşdur.

Milli komanda karyerası Aoi Katsura Yaponiya qadın milli basketbol komandasının U-18 və U-19 komandalarında çıxış etmişdir. U-18 komandasında Asiya çempionatının gümüş medalını qazanmışdır. U-19 komandası ilə Dünya çempionatında 7-ci yeri tutmuşdur.

Şəxsi həyatı 2022-ci ildə "Mitsubishi" şirkətindəki işindən ayrılaraq "ZOOS" şirkətini qurmuşdur və bizneslə məşğul olur.

İstinadlar

Xarici keçidlər Qadınlar Yaponiya Basketbol Liqasında profili FIBA 3x3 profili

Kateqoriya:Yaponiyanın qadın basketbolçuları Kateqoriya:Azərbaycanda legioner Yaponiya idmançıları Kateqoriya:3x3 basketbolçular Kateqoriya:Yaponiyanın iş qadınları Kateqoriya:Vaseda Universitetinin məzunları