"Şirak" futbol klubu () — Gümrü şəhərini təmsil edən peşəkar Ermənistan idman klubudur.

Klub daha çox 1958-ci ildə yaradılmış və Ermənistanın ən qədim futbol komandalarından biri olan peşəkar futbol komandası ilə tanınır. "Şirak" Ermənistan Premyer Liqasının yaradıldığı 1992-ci ildən 2021-ci ilə qədər bütün mövsümlərində iştirak edən yeganə komandadır.

Klub dörd Ermənistan Premyer Liqası çempionluğu, iki Ermənistan Kuboku və beş Ermənistan Superkuboku daxil olmaqla, ümumilikdə 11 daxili titul qazanaraq Ermənistanın ən uğurlu klublarından birinə çevrilmişdir.

"Şirak" hələ ki, beynəlxalq turnirlərin qrup mərhələsinə vəsiqə qazana bilməsə də, tez-tez UEFA Çempionlar Liqası və UEFA Avropa Liqasının təsnifat oyunlarında iştirak edir.

Komanda öz ev oyunlarını Ermənistanın ən qədim idman qurğusu olan 4500 azarkeş tutumlu Gümrü Şəhər Stadionunda keçirir. "Şirak"ın gənclər akademiyası da həmçinin Artur Petrosyan və Harutyun Vardanyan kimi uğurlu futbolçular yetişdirmişdir.

Tarixi "Şirak" klubu 1958-ci ildə, Ermənistan hələ Sovet İttifaqının tərkibində olarkən Gümrü şəhərində təsis edilmişdir. Klub əvvəlcə "Şirak Leninakan" adlandırılmışdı, "Leninakan" Gümrünün sovet dövründəki adı idi. Yaradıldığı vaxtdan Sovet İttifaqının dağılmasına qədər "Şirak" bütün oyunlarını SSRİ-nin üçüncü divizionu hesab edilən Birinci Liqada keçirmişdir.

Sovet İttifaqının dağılmasından və Leninakanın adının dəyişdirilməsindən sonra "Şirak" adını "Şirak Kumayri" olaraq dəyişdirdi və baş məşqçi Andranik Adamyanın rəhbərliyi altında Ermənistan Premyer Liqasında mübarizəyə başladı.

Tarixdə ilk dəfə 1992-ci ildə keçirilən Ermənistan Premyer Liqası mövsümü, hər biri 37 xal toplayan "Şirak" və "Pünik" komandalarının liderliyi ilə başa çatdı. Çempionu müəyyənləşdirəcək əlavə matçla bağlı razılıq əldə olunmadığına görə, titulu hər iki komandaya vermək qərara alındı. Beləliklə, "Şirak" Ermənistan tarixində ilk daxili liqanın qaliblərindən biri olmağı bacardı.

1992-ci ilin sonlarında Kumayri adının Gümrü ilə əvəzlənməsindən sonra klub yenidən adını dəyişdirdi. Nəticədə 1993-cü ildə komanda Ermənistan Premyer Liqasında ilk dəfə "Şirak Gümrü" adı altında çıxış etdi. 1993-cü il liqa mövsümünü ikinci yerdə başa vuran "Şirak" tarixində ilk dəfə Ermənistan Kubokunun finalına vəsiqə qazansa da, "Ararat" komandasına 3-1 hesabı ilə uduzaraq titulu əldə edə bilmədi.

Daha sonra "Şirak" 1994 və 1995-ci il mövsümlərinin qalibi oldu, lakin 1995-ci il mövsümü keçid xarakterli yaz mövsümü olduğu üçün komandaya çempionluq titulu rəsmən verilmədi.

Növbəti dörd mövsüm klub üçün elə də uğurlu keçmədi, lakin hücumçu Arayik Adamyanın 16 qol vurması sayəsində "Şirak" 1999-cu ildə yenidən liqa çempionluğunu qazandı. Həmin çempionluq, klubun 2011–12-ci illər Ermənistan Kubokuna qədər əldə etdiyi son böyük titul oldu.

Nəhayət, sonrakı dövrlərdə "Şirak" uğurlarını bərpa edərək 2012–13-cü illər Ermənistan Premyer Liqasının və 2016–17-ci illər Ermənistan Kubokunun qalibi oldu.

1992-ci ildən bəri daxili turnirlərin tarixi Mövsüm Liqa Ölkə Kuboku Ən çox qol vuran Baş məşqçi Div. Mövqeyi O Q H M VQ BQ X Ad Liqa1992Ermənistan Premyer Liqası1-ci2217325814371/2 final Qriqor Qriqoryan19 Andranik Adamyan19932-ci2824131012049Finalçı Abraham Xaşmanyan1419941-ci282440831952Finalçı Artur Petrosyan1519951-ci10730236241/2 final Ovanes Tahmazyan Samvel Nikolyan Qriqor Qriqoryan41995–962-ci2216336723511/2 final Arayik Adamyan151996–974-cü2215255711471/4 final Artur Petrosyan1119972-ci18125146841Keçirilməyib Artur Petrosyan1819982-ci2619437225611/4 final Arayik Adamyan1319991-ci322345932973Finalçı Arayik Adamyan1620003-cü2817746421581/4 final Artur Petrosyan1520014-cü2214535219471/2 final Ararat Harutyunyan Tiqran Davtyan920022-ci2216334915511/4 final Ararat Harutyunyan1020033-cü2817296334531/2 final Tiqran Davtyan1520048-ci2849152749211/2 final Yervand Hakobyan720058-ci1833121936121/4 final Karen Q. Xaçatryan Andranik Barikyan5 Jora Barseqyan20067-ci2847172164191/4 final Ara Mkrtçyan520076-cı2897122737341/4 final Artyom Bernetsyan720087-ci2854191540191/4 final Andranik Barikyan420096-cı2858152455231/4 final Andranik Barikyan820108-ci2824222268101/4 final Mkrtıç Nalbəndyan9 Vardan Biçaxçyan20117-ci286715274225Finalçı Andranik Barikyan10 Samvel Petrosyan 2011–12 Yalnız kubok yarışları keçirildiQalib Vardan Biçaxçyan2012–131-ci4226106703888Finalçı Yoro Lamin Li182013–142-ci2813874831471/4 final Serj Deble152014–153-cü2814775132491/4 final Jan-Jak Buqui212015–162-ci2815764127521/4 final Konan Odilon Kuaku62016–173-cü301659312453Qalib Viulen Ayvazyan82017–184-cü3014883731381/2 final Musa Bakayoko72018–197-ci3271510263036Birinci mərhələ Musa Bakayoko Aram Muradyan42019–204-cü281378403046İkinci mərhələ Mori Kone232020–219-cu242715195313Birinci mərhələ Artyom Mikayelyan, İqor Stanoyeviç, Arman Aslanyan2 Tiqran Davtyan2021–22Ermənistan Birinci Liqası2-ci282233831969Birinci mərhələ Artyom Gevorkyan122022–23Ermənistan Premyer Liqası7-ci3610620255536Finalçı Musa Bakayoko72023–248-ci3689192846331/2 final Donald Kodia62024–257-ci3010515305035İkinci mərhələ Lyova Mryan5

Avropa kubokları

TurnirOQHMVQBQT-F UEFA Çempionlar Liqası 6 1 3 2 6 5 +1 UEFA Kuboku və UEFA Avropa Liqası 29 4 5 20 15 53 –38 UEFA İntertoto Kuboku 4 1 1 2 7 10 –3Ümumi3969242868–40

Mövsüm Turnir Mərhələ Klub Ev Səfər Ümumi 1995–96 UEFA Kuboku Təm. Zaqlembe Lübin 0–1 0–0 0–1 1996–97 UEFA Kuboku Təm. Anortosis Famaqusta 2–2 0–4 2–6 1998–99 UEFA Kuboku 1T Malmö 0–2 0–5 0–7 1999–00 UEFA Kuboku 1T HJK Helsinki 1–0 0–2 1–2 2000–01 UEFA Çempionlar Liqası 1T BATE Borisov 1–1 1–2 2–3 2001 UEFA İntertoto Kuboku 1M Tatabanya 1–3 3–2 4–5 2002 UEFA İntertoto Kuboku 1M Santa Klara 3–3 0–2 3–5 2003–04 UEFA Kuboku Təm. Nordsyelland Farum 0–2 0–4 0–6 2004–05 UEFA Kuboku 1T Tiraspol 1–2 0–2 1–4 2012–13 UEFA Avropa Liqası 1T Rudar Plevlya 1–1 1–0 2–1 2T Bney Yehuda Təl-Əviv 0–1 0–2 0–3 2013–14 UEFA Çempionlar Liqası 1T Tre Penne 3–0 0–1 3–1 2T Partizan Belqrad 1–1 0–0 1–1 2014–15 UEFA Avropa Liqası 1T Şaxtyor Qarağandı 1–2 0–4 1–6 2015–16 UEFA Avropa Liqası 1T Zrinski Mostar 2–0 1–2 3–2 2T AİK Futbol 0–2 0–2 0–4 2016–17 UEFA Avropa Liqası 1T Dila Qori 1–0 (ə.v.) 0–1 1–1 (4–1 p.) 2T Spartak Trnava 1–1 0–2 1–3 2017–18 UEFA Avropa Liqası 1T Qoritsa 0–2 2–2 2–4 2020–21 UEFA Avropa Liqası 1T FKSB 0–3

Forma və emblem "Şirak"ın tarixinin böyük bir hissəsində komandanın geyim rəngləri, Gümrü memarlığında, xüsusən də şəhərdə yerləşən Xilaskar kilsəsində üstünlük təşkil edən rənglərdən ilhamlanaraq narıncı və qara olmuşdur.

2019-cu ildən etibarən "Şirak" bütün oyun və məşq geyimlərini təmin etmək üçün İsveçrənin idman geyimləri şirkəti "Fourteen" ilə razılıq əldə etmişdir.

Forma istehsalçıları və sponsorları DövrForma istehsalçısıForma sponsoru2005–11KappaGyumri Beer2012–14KappaSovrano, Fine2014Adidas2014–15VTB Bank2015–16Anelik Bank2016–17Menu.am2017–18TotoGaming2018–192019–Fourteen

Emblem Klubun hazırkı embleminin dizaynı Gümrü şəhərinin gerbindən ilhamlanaraq hazırlanmışdır, əsas element isə Orta əsrlərdə Baqratuni Ermənistanını idarə etmiş Baqratuni sülaləsinin bayrağındakı şir və xaç təsvirləridir.

Stadion 250px|thumb|Gümrü Şəhər Stadionu "Şirak"ın ev stadionu həmişə 1924-cü ildə tikilmiş və hazırda ölkənin ən qədim futbol arenası hesab edilən Gümrü Şəhər Stadionu olmuşdur. 1999-cu ildə aparılan təmir işlərindən sonra stadion tam olaraq oturacaqlarla təchiz olunmuş və azarkeş tutumu 2844 nəfərə çatdırılmışdır. 2012-ci ildə stadionun meydançası və obyektləri UEFA stadion qaydalarına uyğunlaşdırılmaq üçün təkmilləşdirilmiş və bu, "Şirak" komandasına UEFA Çempionlar Liqası və UEFA Avropa Liqasının təsnifat matçlarını öz evində keçirməyə imkan yaratmışdır.

Stadionun tutumu 2019-cu ildəki ikinci təmir mərhələsindən sonra yenidən artırılaraq hazırkı 4500 nəfərlik göstəriciyə çatdırılmışdır. Bu təmir işlərinə stadionun cənub hissəsində yeni oturacaqların quraşdırılması da daxil idi.

Klubun istifadə etdiyi stadionların siyahısı Gümrü Şəhər Stadionu: 1958–

Azarkeşlər "Şirak"ın azarkeşləri Baqratuni sülaləsinin bayrağındakı panterin şərəfinə "Qara panterlər" (Black Panthers) kimi tanınırlar. "Şirak" azarkeşləri həm də matçlarda yüksək iştirak göstəricilərinə və fəallıqlarına görə Ermənistan futbolunun ən yaxşı fanat qruplarından biri hesab olunurlar. Keçmişdə klub istənilən nəticəni əldə edə bilmədikdə azarkeşlər klub rəhbərliyinə qarşı etiraz aksiyaları keçirmişlər.

Rəqabət "Şirak"ın əsas rəqibi "Qandzasar" klubu hesab olunur. Hər iki komandanın liqada İrəvan şəhərini təmsil etməyən yeganə kollektivlər olması və bölgələrin ən yaxşısı olmaq uğrunda mübarizə aparması bu rəqabəti daha da gücləndirmişdir.

Heyət

Cari heyət

İcarəyə verilənlər

Məşqçilər qərargahı VəzifəAd Baş məşqçi Vardan Biçaxçyan Birinci köməkçi məşqçi Feliks Xocoyan Köməkçi məşqçi Ovanes Tahmazyan Qapıçı məşqçisi Artur Ovanesyan Komanda meneceri Ararat Harutyunyan Masajçı Armen Sukiasyan Tərcüməçi Harutyun Harutyunyan Şirak-2 baş məşqçisi Tiqran Davtyan

İnstitusional

İdarə heyəti Arman Sahakyan klubu 2010-cu ildə aldıqdan bəri "Şirak"ın prezidentidir.

İşçi heyəti Texniki direktor: Georgi Matevosyan İdman direktoru: Andranik Adamyan Mətbuat katibi: Arman Maloyan Administrator: Suren Simonyan

Uğurları

Daxili Liqa Ermənistan Premyer Liqası Çempion (4): 1992, 1994, 1999, 2012–13

Kubok Ermənistan Kuboku Qalib (2): 2011–12, 2016–17 Ermənistan Superkuboku Qalib (6): 1997, 2000, 2003, 2013, 2017, 2023

Digər idman bölmələri

Əvəzedicilər və akademiya "Şirak"ın gənclər akademiyası tarixi boyu bir sıra tanınmış futbolçular yetişdirmişdir. Akademiyanın ən məşhur yetirməsi Ermənistanda və Avropa futbolunda uğurlu karyera qurmuş Artur Petrosyandır.

"Şirak"ın əvəzedici komandası Ermənistan futbolunun ikinci divizionu sayılan Ermənistan Birinci Liqasında mübarizə aparır. Əvəzedici komandaya hazırda Tiqran Davtyan rəhbərlik edir və komanda ev oyunlarını Gümrü Şəhər Stadionunda keçirir.

Futzal 8 sentyabr 2017-ci ildə, 2017–18-ci illər Ermənistan Futzal Premyer Liqası mövsümünün başlanmasından əvvəl "Şirak" İdman Klubu Ermənistanda 1998-ci ildən keçirilən daxili futzal çempionatının qurucu üzvlərindən biri olan "Gümrü" futzal klubunu öz tərkibinə qatdı. Bunun nəticəsində futzal komandası "Şirak" Futzal Klubu olaraq yenidən adlandırıldı.

Basketbol 19 sentyabr 2017-ci ildə "Şirak" yeni yaradılmış Ermənistan Basketbol A Liqasında mübarizə aparacaq basketbol komandasının yaradıldığını elan etdi.

Həmçinin bax

İstinadlar

Xarici keçidlər Rəsmi saytı Şirak Kateqoriya:1958-ci ildə yaradılmış futbol klubları