İoanna Kristina Klepko (; ) — Kleo adı ilə tanınan Polşalı müğənni. O, Donatan ilə birlikdə "My Słowianie" mahnısı ilə 2014-cü ildə Danimarkanın Kopenhagen şəhərində keçirilən Avroviziya Mahnı Müsabiqəsində Polşanı təmsil edib. Həyatı İoanna Kristina Klepko 25 iyun 1983-cü ildə Şeçində anadan olub. Onun Pyotr adında əkiz qardaşı var. Uşaqlığını Varşavanın Ersinuv rayonunda keçirib. Varşava Həyat Elmləri Universitetinin məzunudur və burada landşaft memarlığı üzrə magistr dərəcəsi alıb. Tələbəlik illərində yarım il Parisdə yaşayıb.

Karyerası Klepko "Soul Connection" qospel xorunda oxuyub. O, Polşanın "Studio Garaż" müsabiqəsinin ilk mövsümündə "Ritm və blüz" (Rhythm and blues) kateqoriyasında qalib gəlib. Digərləri ilə yanaşı, Pezet, Onar, Pih, Ramona 23, WSRH, Wet Fingers və Endefis kimi ifaçılarla birlikdə çalışıb. 2011-ci ildə Polşanın "X Factor" istedad şousunun ilk mövsümündə iştirak edib. 2013-cü ildən Donatan ilə əməkdaşlıq edir.<ref></ref

25 fevral 2014-cü ildə TVP tərəfindən "Świat się kręci" tok-şousunda elan olunub ki, Kleo Donatan ilə birlikdə "My Słowianie" mahnısı ilə Danimarkanın Kopenhagen şəhərində keçirilən 2014 Avroviziya Mahnı Müsabiqəsində Polşanı təmsil edəcək. Onlar finalda 62 xal toplayaraq 14-cü yeri tutublar. Bu, mübahisələrə səbəb olub, çünki tamaşaçı səsverməsinin nəticəsində Polşa 162 xalla (Böyük Britaniya, İrlandiya, Norveç və Ukraynadan ən yüksək xalları alaraq) 5-ci yerdə qərarlaşmışdı. Lakin ictimai səsvermədə birinci olmasına baxmayaraq, Polşa Böyük Britaniya və İrlandiyadan heç bir xal ala bilməyib. Bu, həm Britaniya, həm də İrlandiya münsiflər heyətinin onları sonuncu (25-ci) yerə layiq görməsi səbəbindən baş verib. Bu hadisə "The Independent", "BBC News", "The Telegraph", "The Guardian" və "Daily Mirror" kimi müxtəlif media saytlarında geniş şəkildə şərh olunub.

2015-ci ildə Klepko Polsat telekanalında yayımlanan "Taniec z Gwiazdami" (Ulduzlarla Rəqs) şousunun dördüncü mövsümündə Yan Kliment ilə tərəfdaşlıq edərək iştirak edib. O, qalib gəlmək üçün əsas namizədlərdən biri olsa da, on bir iştirakçı arasında üçüncü yeri tutub. Həmin ilin dekabrında Kleo "Universal Music Poland" səsyazma studiyası ilə müqavilə imzalayıb və dekabrın 30-da özünün ilk "Zabiorę Nas" adlı sinqlını təqdim edib.

13 may 2016-cı ildə Kleo "Wolę być", iyulun 5-də isə "N-O-C" mahnısını təqdim edib. Sentyabrın sonunda o, "MTV Europe Music Awards 2016" müsabiqəsində "Ən yaxşı Polşa ifaçısı" kateqoriyasında namizəd göstərilib. Dekabrda isə "Na pół" sinqlının musiqili videosu işıq üzü görüb.

26 may 2017-ci ildə onun "Bastet" adlı ikinci albomunun yenidən buraxılışı baş tutub. Bura iki yeni — "Pali się" və "Serce" mahnıları, həmçinin albomdakı kompozisiyaların instrumental versiyaları daxil edilən deluxe nəşrli CD disk də əlavə olunub. İyunda Kleo "Plejada"ya verdiyi müsahibədə üçüncü studiya albomu üçün materiallar üzərində işlədiyini təsdiqləyib. Oktyabrda "Pali się" mahnısının klipi təqdim olunub. O, həmçinin "Coca-Cola" brendinin reklam kampaniyası üçün "Coraz bliżej święta" adlı Yeni il mahnısını yazdırıb. 27 noyabrda isə bu mahnının rəsmi klipi nümayiş etdirilib.

7 fevral 2018-ci ildə "Łowcy gwiazd" sinqlının musiqili videosu, iyunun 6-da isə Mesajah ilə duet şəklində yazdırdığı "EVA" mahnısının klipi buraxılıb. 18 iyun 2018-ci ildə Klepko, Dünya Çempionatında Polşa milli futbol komandasına dəstək məqsədilə yazılan və "Łowcy Gwiazd" sinqlının yeni versiyası olan "Łowcy" mahnısını təqdim edib.

2019-cu ildə o, üç sinql buraxıb: "Wrrra", "Za Krokiem Krok" və "Kły". 2019-cu ildən bəri Kleo uşaqlar üçün təşkil olunan "The Voice Kids" vokal müsabiqəsində münsif (məşqçi) kimi fəaliyyət göstərir.

6 mart 2020-ci ildə Kleo, prodüseri Donatan olan "Alfabet Świateł" mahnısını çıxarıb. May ayında o, 18 mart 2021-ci ildə "Za krokiem krok" mahnısının da yer alacağı "vinyLOVA" adlı yeni albom buraxmağı planlaşdırdığını elan edib. Lakin COVID-19 pandemiyası səbəbindən albomun işıq üzü görməsi təxirə salınıb. 12 avqustda David Kvyatkovski ilə birlikdə yazdırdığı "Bratnie dusze" mahnısını təqdim edib. Üçüncü albomunun premyerasına bir həftədən az qalmış o, B.R.O ilə birgə ərsəyə gətirdiyi "Znikam" sinqlını dərc edib. Sentyabrın 18-də "superNOVA" adlı albomunu buraxıb və bu albomu "Łowcy gwiazd", "EVA" və "Alfabet świateł" sinqlları ilə tanıdıb. Oktyabrın 28-də isə yeni albomdan olan "W telefonie" mahnısının klipini təqdim edib. Klepko "Media Expert" mağazalar şəbəkəsinin bir sıra reklamlarında çəkilib və 2020-ci ilin noyabrında onun bu şəbəkənin bədii rəhbəri təyin olunduğu elan edilib. Dekabrda Veronika Yuşçak ilə birlikdə ifa etdiyi "Number One" sinqlı işıq üzü görüb.

9 fevral 2021-ci ildə Klepko "Kocham" sinqlını buraxıb və bir neçə blogerin (influenserin) iştirakı ilə bu mahnıya klip çəkdirib. İyulun 23-də Leksi Çaplin (Lexy Chaplin) ilə birgə yazdırılan "Polskie Mexico" mahnısı təqdim olunub. Mahnının klipi YouTube platformasında bir saat ərzində 260 000-dən çox baxış toplayıb. Oktyabrın 22-də isə Marila Rodoviç ilə duet olan "Dalej" sinqlı buraxılıb və bu mahnı üçün klip də çəkilib.

Diskoqrafiya Studiya albomları Adı Təfərrüatlar Çartlarda yüksək mövqeyi SatışPOLHiper/Chimera Donatan ilə) Buraxılış tarixi: 7 noyabr 2014 Leybl: Urban Rec Format: CD, Musiqi yükləmə 1 ZPAV: 3× PlatinumBastet Buraxılış tarixi: 2 sentyabr 2016 Leybl: Universal Music Polska Format: CD, Musiqi yükləmə 3ZPAV: PlatinumsuperNOVA Buraxılış tarixi: 18 sentyabr 2020 Leybl: Universal Music Polska Format: CD, Musiqi yükləmə 9 N/AvinyLOVA Buraxılış tarixi: 18 sentyabr 2021 Leybl: Universal Music Polska Format: CD, Musiqi yükləmə TBR

Sinqllar Adı İl Çartlarda yüksək mövqeyi Satış Albom POL POLNew ":en:My Słowianie"(Donatan ilə) 2013 2 2Hiper/Chimera "Cicha woda"(Donatan ilə 2014 11 1 "Slavica"(Donatan ilə) — — "Ten czas"(Donatan ilə) — — "Brać"(Donatan ilə) — 1 "Sztorm"(Donatan ilə) — — "Zabiorę nas" 2015 8 2 ZPAV: DiamondBastet "Wolę być" 2016 34 1 ZPAV: Platinum "N-O-C" 28 4 ZPAV: 3× Platinum "Na pół" 35 2 ZPAV: Gold "Serce" 2017 — — "Pali się" — — "Łowcy gwiazd" 2018 6 1 ZPAV: 3× PlatinumsuperNOVA "Eva" — — "Film" 54 2 "—" həmin ərazidə yayımlanmamış və ya siyahıya alınmamış səsyazmanı bildirir.

Musiqili videları İl Adı Studiya Albom Qeyd2013"My Słowianie" Piotr SmoleńskiHiper Chimera2014"Cicha Woda" "Slavica" "Brać" "Sztorm" 2015"B.I.T." "Zabiorę nas" Bastet2016"Zabiorę Nas" Joshua Grospeck"Wolę być"Michał Konrad, Piotr Smoleński"N-O-C""Mi-Sie"Recorded by phone"Na pół"Michał Konrad, Piotr Smoleński2017"PALI SIĘ" Michał Konrad2018"Łowcy Gwiazd"superNOVA"EVA" "Film"2019"WRRRA""Za Krokiem Krok"vinyLOVA"KŁY" STAMINA "DOM"2020"Alfabet Świateł"superNOVA"W Telefonie""Bratnie Dusze" vinyLOVA2021"KOCHAM""Number One" Roman Przylipiak"POLSKIE MEXICO" Michał Konrad"DALEJ / NEONY" vinyLOVA2022"MNIEJ ZNACZY WIĘCEJ" "ŻYWIOŁY" Filmoqrafiya +Film və televiziya İl Adı Rol Qeydlər 2011 X Factor Müsabiqə iştirakçısı İstedad müsabiqəsi 2014 2014 Avroviziya Mahnı Müsabiqəsi Müsabiqə iştirakçısı Televiziya şousu 2015 :en:Dancing with the Stars: Taniec z gwiazdami Müsabiqə iştirakçısı Televiziya şousu 2019– The Voice Kids Hakim İstedad müsabiqəsi

İstinadlar

Xarici keçidlər

Kateqoriya:"Avroviziya" iştirakçıları Kateqoriya:Polşa müğənniləri Kateqoriya:Polşanın "Avroviziya" təmsilçiləri