Viktoriya Nikolayevna Leleyka və ya Viktoriya Nikolayevna Kornikova ; ) — Səhnə adı Donba₴Grl və Leleyka olan Ukraynalı müğənni və bəstəkar. O, "Leleyka" folk-caz qrupunun təsisçisi və solistidir. Viktoriya Leleyka Ukraynanı 2026-cı ildə Vyanada keçirilən Avroviziya Mahnı Müsabiqəsində "Ridnym" mahnısı ilə təmsil edib və 9-cu yeri tutub.
Həyatı
Viktoriya Kornikova (müğənninin qızlıq soyadı) 10 noyabr 1990-cı ildə Ukrayna SSR-in Perşotravensk (hazırda Şaxtyorsk) şəhərində anadan olub. O, yaradıcı ailədə böyüyüb. Atası Nikolay Nikolayeviç bir neçə il "Şaxtyor" mədəniyyət sarayının direktoru olub, 30 ildən çox "Viktoriya" rəqs kollektivinə rəhbərlik edib və qızına məhz bu kollektivin adını verib. Viktoriyanın anası isə teatr dərnəyinə rəhbərlik edib və işıq rejissoru kimi çalışıb.
İ.K.Karpenko-Karol adına Kiyev Milli Teatr, Kino və Televiziya Universitetinin aktyorluq fakültəsində, Stanislav Moiseyevin emalatxanasında ifaçılıq sənəti və aktyorluq sənəti üzrə bakalavr dərəcəsi alıb. Təhsili dövründə, 2011-ci ildə Yaltada Lesya Ukrainka adına Ümumukrayna Bədii Qiraət Müsabiqəsinin Qran Prisini qazanıb.
Lakin sonradan Korniykova aktyorluq karyerasından imtina edib və bunun əvəzinə pedaqoq və müğənni Selin Rudolfun rəhbərliyi altında caz vokal təhsili alaraq ikinci bakalavr dərəcəsinə yiyələnib. O, həmçinin Drezdendəki Karl Mariya fon Veber adına Ali Musiqi Məktəbində kompozisiya üzrə magistr dərəcəsi alıb.
2026-cı il etibarilə Viktoriya Almaniyanın Potsdam şəhərindəki Babelsberq Kino Universitetinin kino kompozisiyası şöbəsində magistratura pilləsində təhsil alır.
Karyerası Karpenko-Karol adına Universitetdə oxuduğu müddətdə iki il Kiyev Gənc Teatrında aktrisa kimi çalışıb və müxtəlif tamaşalarda (o cümlədən "Qonçarovkada elçilik", "KomA", "Sevgi yallısı") rol alıb. Həmçinin Ukrayna film və seriallarında epizodik rollara çəkilib. 2016-cı ildə Viktoriya Berlinin "Young Voices Brandenburg" xorunda və Berlindəki "Flinstones" biq-bəndində oxumağa başlayıb. Elə həmin il o, "Caz standartının qeyri-adi şərhi" nominasiyasında "StuVo Jazz Contest 2016" müsabiqəsinin laureatı olub və Beynəlxalq Caz Vokal Düşərgəsində (New York Voices) iştirak etmək üçün təqaüd qazanıb.
2016-cı ilin baharında müğənni Robert Vinröder, Tomas Kolarçik və Yakob Hegner ilə birlikdə "Leleyka" qrup-folk-caz qrupunu təsis edib. O, qrupla birlikdə 2017-ci ildə "Creole — Global Music Contest" müsabiqəsinin, 2018-ci ildə isə Burqhauzendə keçirilən Beynəlxalq Caz Festivalında "Gənc Caz İstedadları üçün Avropa Mükafatı"nın qalibi olub.
2019-cu ildə Münxenin Gənc Caz Mükafatında ikinci yeri tutub. Musiqi tənqidçisi Roland Şpigel onun "ovsunlayıcı təbii güclə dolu, parlaq, yumşaq səslənməyə və xüsusi auraya malik səsini" yüksək qiymətləndirib. Ralf Dombrovskinin "Cazı sevmək üçün 111 səbəb" kitabına daxil edilən kvartet, eyniadlı Leléka (2017) mini-albomunun ardınca, 2019-cu ildə yeni pianoçu Povel Videstrand ilə birlikdə Tuman adlı debüt albomunu çıxarıb. 2021-ci ilin sentyabrında Leléka qrupu GLM leyblində Sonce u Serci adlı ikinci albomunu işıq üzü bitirib.
2024-cü ildə Viktoriya Leleka art-pop və elektron musiqi layihəsi olan Donba₴Grl-ü işə salıb və Lesya Ukrainkanın şeirinə bəstələnmiş, depressiya mövzusuna həsr olunmuş musiqi videosu ilə müşayiət olunan "Zbroya" sinqlı ilə debüt edib.2025-ci ildə Donbasgrl Niderlandda keçirilən "Eurosonic Noorderslag şoukeys" festivalında iştirak etmək üçün seçilib və burada alman musiqi prodüseri Jakohitsdifferent ilə əməkdaşlıq çərçivəsində hazırladığı tam proqramla çıxış edib. Elə həmin il, iyunun 26-da o, yenə Jakohitsdifferent ilə birgə ərsəyə gətirdiyi "Jıva" sinqlını təqdim edib. Həmin ayın sonunda o, Böyük Britaniyadakı Qlastonberi festivalında "Green Futures" səhnəsinin hedlayneri olub.
Leleyka Avroviziya Mahnı Müsabiqəsi 2026-da 24 noyabr 2025-ci ildə Ukraynanın ictimai yayımçısı "Suspilne" Viktoriyanın Leleyka təxəllüsü ilə Avroviziya 2026-nın seçim turunun uzun siyahısına daxil edildiyini elan edib. Canlı dinləmələrdən sonra o, 7 fevral 2026-cı ildə baş tutan milli seçim turunun finalistləri sırasına yüksəlib. Viktoriya Leleyka "Ridnym" mahnısı ilə həm münsiflər heyətindən, həm də tamaşaçılardan maksimum xal alaraq seçimin qalibi olub. O, Vyanada keçirilən Avroviziya Mahnı Müsabiqəsi 2026-da Ukraynanı təmsil edərək 9-cu yeri tutub.
Şəxsi həyatı Karpenko-Karol adına Universitetdə oxuyarkən müğənni Sebastian Anton ilə tanış olub, onunla ailə quraraq yoldaşının soyadını götürüb. 24 yaşında həyat yoldaşı ilə birlikdə Berlinə köçüb. Sonradan onlar boşanıblar və Viktoriya soyadını "Leleyka" olaraq dəyişdirib.
Diskoqrafiya
Studiya albomları Leleyka qrupunun üzvü kimi Adı TəfərrüatlarSonce u Serci Buraxılış tarixi: 17 sentyabr 2021 Leybl: Fine Music Format: Musiqi yükləmə, StriminqRizdvo Buraxılış tarixi: 8 dekabr 2023 Leybl: Edition Collage Format: Musiqi yükləmə, StriminqKolysanky Buraxılış tarixi: 7 mart 2025 Leybl: Edition Collage Format: Musiqi yükləmə, Striminq
Kiçik albomlar Adı TəfərrüatlarLeléka Buraxılış tarixi: 5 noyabr 2017 Leybl: İndi Format: Musiqi yükləmə, StriminqTuman Buraxılış tarixi: 14 iyun 2019 Leybl: İndi Format: Musiqi yükləmə, Striminq
Maksi sinqllar Adı Təfərrüatlar Trek siyahısı«І будуть люди» Buraxılış tarixi: 16 oktyabr 2020 Leybl: İNDİ Format: Musiqi yükləmə, Striminq «Zozulja» «Zapizno»
Siyahılara düşən sinqllar İl Adı Çartlarda yüksək mövqeyi AlbomУКРТоп 100 Наивысшая позиция в чарте: Для «Рідним»: 2026 «Рідним» 55 Albom olmayan sinql
Donba₴Grl kimi 2024 — «Зброя» 2025 — «Жива»
OST (film saundtrekləri)
Bəstəkar kimi 2020 — İ budut lyudi (İnsanlar olacaq), teleserial (rej. Arkadi Nepitalyuk) — "Zozulya" və "Zapizno" mahnıları 2023 — Berdyansk, qısametrajlı film (rej. Katerina Payda) 2023 — Mama (Ana), qısametrajlı film (rej. Mariya Felenko) 2024 — Bitte. Danke. Genau, qısametrajlı film (rej. Polina Kundirenko) 2025 — Ptıtsı i zveri. Vselennaya Gnezdovskogo (Quşlar və heyvanlar. Qnezdovskinin kainatı), sənədli film (rej. Nadejda Parfan) 2025 — A Million Yard Stare, bədii film (rej. Ravi Qautam)
İstinadlar
Xarici keçidlər
Kateqoriya:2026 Avroviziya Mahnı Müsabiqəsi iştirakçıları Kateqoriya:Ukrayna müğənniləri Kateqoriya:Ukraynanın "Avroviziya" təmsilçiləri Kateqoriya:Ukrayna cazmenləri