Sofiya Bilyeviç-Zubovene (; ) — Litva zadəgan ailəsindən olub. O, həyat yoldaşı qraf Vladimir Zubovla birlikdə Şyaulyay yaxınlığındakı mülklərində malikanə işçilərinin və kəndlilərin uşaqları üçün altı ibtidai məktəb təsis edib və onlara himayədarlıq ediblər.
Erkən həyatı və təhsili Bilyeviç, 15 may 1860-cı ildə Kaunasda qədim Samogitiya əsilzadə ailəsi olan Bilyeviç ailəsində anadan olub. O, müstəqil Polşanın dövlət başçısı Yuzef Pilsudskinin böyük xalası olub. Gəncliyində ona və bacı-qardaşlarına riyaziyyat öyrədib. Bacısı təhsil fəalı Joanna Narutoviç idi; Joannanın həyat yoldaşı Stanislav Narutoviç isə Litvanın Müstəqillik Aktını imzalayanlardan biri olub. Atası Hipolit Bilyeviç fəlsəfə dərəcəsi alıbış və 1901-ci ildə "Tanrı və insanın taleyi haqqında düşüncələr" adlı fəlsəfi traktatını nəşr etdirib. Atası onu Qərbi Avropaya etdiyi səyahətlərə aparsa da, o, uşaqlığının böyük hissəsini indiki Tauraq Rayon Bələdiyyəsi ərazisində yerləşən kənd mülkündə keçirib. Vilnüsdəki özəl Polşa məktəbində və Vilnüs Qızlar Gimnaziyasında təhsil alıb. 1880-ci ildə Sankt-Peterburqda qadınlar üçün ali təhsil müəssisəsi olan Bestujev kurslarında təbiət elmləri üzrə təhsilinə başlayaraq ali təhsil alan ilk litvalı qadınlardan biri olub. Sankt-Peterburqda olarkən o, liberal düşüncəli qraf Vladimir Zubovla tanış olub və onlar 1884-cü ildə evləniblər. Onların hər ikisi Polşanın fəhlə partiyası olan "Proletariat"ı dəstəkləyiblər.
Aktivist fəaliyyəti
Zubovun Halle-Vittenberq Universitetindəki təhsilindən sonra cütlük Litvaya qayıdaraq, Ginkunay mülkündə məskunlaşır. Bir neçə il ərzində Zubov baxımsız qalmış bu mülkü nümunəvi, müasir bir təsərrüfata çevirir. O, müxtəlif yeniliklər tətbiq edərək, xaricdən keyfiyyətli toxumlar, heyvan cinsləri və kənd təsərrüfatı avadanlıqları gətirdir. Zubovene pedaqogika ilə maraqlanırdı və Zubovlar işçilərinin və digər kəndlilərin uşaqları üçün Şyaulyay ətrafında altı ibtidai məktəb təsis edib, onları maliyyələşdiriblər. İlk vaxtlar, Litva mətbuatına qoyulan qadağa səbəbindən məktəblər gizli fəaliyyət göstərib. O, tədris proqramına nəzarət edir, məktəblərdə latış dili, tarixi və coğrafiyasının tədris olunurdu. Zubovlar Yadvıqa Yuşkitedə daxil olmaqla, litvalı müəllimləri dəvət edərək, onlara yüksək əmək haqqı ödəyirdilər. Zubovene arabir dərs planları hazırlayıraq, valideynlərə də mühazirələr oxuyurdu. Verilən məlumatlara görə, Zubovlar məktəblərə hər il 10000 rubla qədər vəsait xərcləyirdilər.
1902-ci ildə Zubovene polyak dilində "Xoşbəxtlik" adlı bir roman nəşr etdirir. Həyat yoldaşı kitabın çap olunmuş nüsxələrini satın alaraq məhv edir. Lakin sonradan Zubovun nəsillərindən birinin şəxsi kitabxanasında qalmış yeganə nüsxəsi tapılır, latış dilinə tərcümə edilərək, 2015-ci ildə işıq üzü görür. Yarım-bioqrafik xarakter daşıyan bu romanda Varşavadan gələn bir qonağın yay tətili zamanı etdiyi ziyarətdən bəhs olunur. Əsərdə xoş bir tətil ovqatı və yüngül fəlsəfi söhbətlər yer alsa da, daxili bir gərginlik də hiss olunur.
Sonrakı həyatı və irsi ZZubovenenin: aqronom olan oğlu Vladimiras (1887–1959) və qızı Aleksandra (1891–1961) adlı iki övladı var idi. Zubovla evliliyi xoşbəxt olmadığından 1911-ci ildə onlar boşandılar. Zubov Medemrodeyə köçdüyü halda, Zubovene Ginkunayda qaldı. Birinci Dünya müharibəsi zamanı o, Rusiyaya getsə də, sonradan Litvaya qayıtdı. 9 iyun 1932-ci ildə Ginkunay malikanəsində vəfat etdi. 1932-ci ilin dekabrında dostları Şyaulyayda onun şərəfinə uşaq qiraət zalı açıb. 1933-cü ilin sentyabrında Ginkunaydakı ibtidai məktəbə Vladimir Zubov və Sofiya Zubovenebib adı verilib. Sovet dövründə onların adları silinsə də, 1989-cu ildə yenidən bərpa edilib.
References