Josefa Fabianna Kodis (; ) — qadınların azadlığı və bərabər hüquqları uğrunda mübarizə aparan polyak filosof, psixoloq və qadın hüquqları müdafiəçisi. O, Missuri ştatının Sent-Luis şəhərində polyak mühacirlər üçün Xalq Universitetinin təşkilatçılarından biri olub. Minskdə isə Azad Polşa Universiteti və kütləvi kitabxananı təşkil edib.
Həyat və fəaliyyəti Jozefa Kşijanovska 19 aprel 1865-ci ildə Minskin qərbində, Novoqrudokdakı Zalutçe mülkündə, Belarusda yaşayan polyak torpaq sahibi və ruhani ailəsində anadan olub. Onun valideynləri Erazm Kşijanovski və Zofiya Kozelska Rusiya imperiyasına qarşı uğursuzluqla nəticələnən Noyabr və 1863-1864-cü illər Yanvar üsyanlarından sonra əmlaklarının müsadirə edilməsi səbəbindən müflisləşiblər.
1881-ci ildə o, dövlət müəllimlik imtahanından keçdikdən, atasının vəfatından sonra Litvada müəllim kimi fəaliyyətə başlayıb. 1886-cı ildə təhsil almaq üçün İsveçrənin Cenevrə şəhərinə gedib, bir il sonra isə fəlsəfə təhsili üçün Sürixə köçüb. 1893-cü ildə Sürixdə Rixard Avenariusun rəhbərliyi altında "empirik tənqid" və ya empirio-kritisizm təlimi üzrə dissertasiyanı müdafiə edərək psixologiya sahəsində ilk qadın doktorant kimi doktorluq dərəcəsini alıb. Sürixdə o, Stanislav Mendelson tərəfindən Cenevrədə nəşr olunan "Walka Klas" jurnalının ətrafında toplaşan tələbə dərnəyinə qoşulub, "Olimp" adlanan bu dərnək sosialist baxışlı: Zofiya Daşinska-Qolinskaya, Feliks Daşinski, Stanislava Poplavskaya və həyat yoldaşı, Mariya Kozlovskaya, Aleksander Tupalski, Qabriel Narutoviç, Joanna Narutoviç, Teodor Kodis, Aleksandır Dembski və Barbora Burbaite kimi gənclərdən ibarət idi.
Yazıçı Gerhart Hauptmanın sözlərinə görə, Josefa onun "Tənha insanlar" (1890) pyesindəki 24 yaşlı Anna Mar obrazının prototipi olub. Jozefa Gerhartın qardaşı Karl Hauptmanın tələbə yoldaşı və dostu idi. Pyesdə Karl Hauptmanın şəxsiyyətinə əsaslanan baş qəhrəman əvvəlki həyatından və ailəsindən uzaqlaşır. Son dərəcə cazibədar və intellektual cəhətdən heyranedici bir qadın kimi təsvir olunan Anna Marın ziyarətindən sonra, Karl Kursiv mətnintihar edir.
Ailəsi 1889-cu ildə Jozefa Kşijanovska, Leypsiq, Strasburq və Sürixdə tibb təhsili almış litvalı həkim Teodor Kodis (1861–1917) ilə ailə qurub. Teodor həmçinin sosialist sol qanadı ilə əlaqəli olan bir aktivist idi. 1894-cü ildə Jozefa həyat yoldaşının ardınca Missuri ştatının Sent-Luis şəhərinə köçüb, orada Amerikadakı polyakların birliyində fəaliyyət göstərərək, polyak mühacirlər üçün Xalq Universiteti təşkil edib. Jozefa elmi-tədqiqat fəaliyyətini davam etdirib, Avropa və Amerika Birləşmiş Ştatlarının elmi jurnallarında məqalələr dərc etdirib. Onun qızı Zofiya Kodis-Freyer (1899–1992) rəssam və toxucu olub. Jozefanın bacısı Eva Kşijanovskaya isə siyasətçi və Polşanın ilk prezidenti Qabriel Narutoviçin həyat yoldaşı olub.
Azad Polşa Universiteti 1901-ci ildə o, həyat yoldaşı və qızı ilə birlikdə doğma Polşasına qayıdaraq, yenidən Minskdə məskunlaşıb. Orada elmi fəaliyyətini davam etdirməklə yanaşı, həm də qadınların azadlığı və bərabər hüquqları uğrunda fəal mübarizə aparıb. O, həmçinin pasifist hərəkatda iştirak edirbvə Minskin polyak əhalisi üçün geniş maarifləndirmə tədbirlərin təşkilatçısı olub. 1907-ci ildən etibarən o, Azad Polşa Universitetində dərs deməyə başlayıb. Bu, 1906-cı ilə qədər Rusiya imperiyasında polyakların xalq maariflənməsi üçün fəaliyyət göstərən gizli məktəb olub. O, ilk növbədə, 1863-cü ildən bəri Rusiya imperiyasında universitetlərə daxil olması qadağan edilən polyak qadınları üçün nəzərdə tutulmuş təhsil ocağı idi.
1918-ci ildə həyat yoldaşının vəfatından sonra o, Varşavaya köçüb. Orada 1919–1921-ci illərdə İctimai İşlər Nazirliyində kitabxanaçı kimi çalışıb. 1921-1930-cu illərdə isə Varşava Şəhər Şurasının əməkdaşı olub.
Jozefa 30 dekabr 1940-cı ildə Varşavada vəfat edib və Valbjiyska küçəsindəki Slujev qəbiristanlığında dəfn olunub.
Seçilmiş əsərləri Kodis, J. (1894). Zur Analyse des Apperceptionsbegriffes. Philosophical Review, 3(a). Kodis, J. (1896). Richard Avenarius. Kodis, J. (1898). Der Emfindungsbegriff auf empiriokritischer Grundlage betrachtet. Philosophical Review, 7(a)
İstinadlar
Kateqoriya:Rusiya imperiyası siyasətçiləri Kateqoriya:Polşa psixoloqları