Qayıqçılar sütunu () — imperator Tiberinin hakimiyyəti dövründə, I əsrdə, qədim Lütesiyanın qayıqçıları tərəfindən Yupiterin şərəfinə ucaldılmış monumental Qalliya-Roma sütunudur.

Abidə XVIII əsrdə Paris Notr-Dam kafedralının yeraltı hissəsində aşkar edilmiş və hazırda Klüni termalarının soyuq hamam zalında nümayiş etdirilir.

Tarixi

"Qayıqçılar sütunu" Yupiterin şərəfinə qədim Lütesiyanın qayıqçıları tərəfindən ucaldılmışdır. Yazıdakı ithafda Tiberinin adı çəkildiyinə görə abidə I əsrə aid edilir; bu Roma imperatoru 14–37-ci illərdə hakimiyyətdə olmuşdur.

III əsrdə sütunu təşkil edən dörd daş blok iki hissəyə parçalanmış və Sena çayı boyunca yerləşən divarların bünövrəsini möhkəmləndirmək üçün istifadə edilmişdir. Zaman keçdikcə Site adası bir qədər genişlənmiş və nəticədə III əsrə aid sahil qurğuları müasir çay sahilindən təxminən on iki metr uzaqlıqda qalmışdır.

528-ci ildə I Xildebert tərəfindən qədim Qall-Roma məbədinin yerində Paris Sen-Etyen kafedralı inşa edilmişdir. Daha sonra isə 1163-cü ildə onun üzərində Paris Notr-Dam kafedralı inşa olunmuşdur.

Sonradan "Qayıqçılar sütunu" Paris Notr-Dam kafedralının altında XIII Lüdovikin nəzirinin yerinə yetirilməsi məqsədilə sərdabə tikintisi zamanı, 16 mart 1711-ci ildə aparılan qazıntılar zamanı üzə çıxarılmışdır. Sütunun bütün hissələri tapılmamışdır; dörd səviyyədən üçünün yalnız yuxarı yarısı günümüzədək çatmışdır.

Yazılar və Bədii Ədəbiyyat Akademiyası üzvü və Paris kafedral kilsəsində yaxın zamanda aşkar edilmiş qədim barelyeflərin təsviri əsərinin müəllifi Şarl Sezar Bodelo de Dayrval öz əsərində "Bütün Paris onları görməyə gəlmişdi" deyə yazmışdır.{sfn|Baudelot de Dairval|1711}} Dövrün ən görkəmli alimləri aşkar olunmuş yazılar üzərində düşünmüşdülər; məsələn, filosof Qotfrid Vilhelm Leybnits bu tapıntının filoloji əhəmiyyəti barədə Hannoverli Sofiya ilə məktublaşmışdır.

"Qayıqçılar sütunu" bu günə qədər Parisdə aşkar edilmiş ən qədim yerli tarixli abidə hesab olunur.

Təsviri

"Qayıqçılar sütunu" beş metr hündürlüyündədir və dörd blok daşıyan bir özül hissəsindən ibarətdir. Uaz bölgəsinin daşından yonulmuş bu bloklar kub formasındadır və onların dörd tərəfi müxtəlif səhnələri, eləcə də Qalliya və Roma tanrılarını təsvir edən barelyeflərlə bəzədilmişdir. Bu bloklardan birinin üzərində ithaf yazısı yerləşir.

Keçmişdə bu bloklar altar kimi şərh olunsa da, Jan-Pyer Adamın ən son rekonstruksiyasında onlar üst-üstə yerləşdirilərək sütun şəklində təqdim edilmişdir.

Yazısı thumb|300px|Sütunun latın dilli kitabəsi "Qayıqçılar sütunu" üzərində həmin dövr üçün səciyyəvi ifadə ilə "ən yaxşı və ən böyük" adlandırılan Yupiterə həsr edilmiş latınca ithaf yazısı yerləşir. İthafda həmçinin Avqustun övladlığa götürülmüş oğlu Tiberinin də adı çəkilir.

Onun burada Yupiterlə birlikdə abidənin ithaf olunduğu şəxs kimi qeyd edildiyi, yoxsa sadəcə zaman göstəricisi kimi istifadə olunduğu məlum deyil. Birinci halda adı yönlük halda ("Tiberiyə"), ikinci halda isə çıxışlıq halda ("Tiberinin hakimiyyəti dövründə") işlənmiş sayılardı.

Doğrudan da, imperatoru bildirən "Tib(erio) Cæsare Aug(usto)" söz birləşməsində bu iki hal arasında fərqlənən yeganə söz "Cæsare"dir. Buradakı "-e" sonluğu klassik latın dilində çıxışlıq halın göstəricisi olsa da, həmin dövrdə Qalliyada hələ işlənməkdə olan arxaik yönlük forması kimi də istifadə edilirdi. Klassik latın dilində yönlük forma "Cæsari" olmalı idi. Latın dilindəAzərbaycan dilindəTIB(ERIO) CAESARE AVG(VSTO) IOVI OPTVMO MAXSVMO NAVTAE PARISIACI PVBLICE POSIERVNTTiberi Sezara Avqusta / Tiberi Sezar Avqustun hakimiyyəti dövründə, Ən yaxşı, ən böyük Yupiterin şərəfinə, Parisilər tayfasının qayıqçıları Öz ümumi xəzinələrinin vəsaiti hesabına (bu abidəni) ucaltmışlar. Nautes qayıqçıları Qalliyanın çay və çayqırağı sularında üzən gəmi sahibləri və dənizçilər qardaşlığı idi. Onların kifayət qədər varlı gəmi sahibləri və ya tacirlər olduqları ehtimal edilir, çünki digər su nəqliyyatı birlikləri (məsələn, ağac daşıyanlar və dəri tulumlarla yük daşıyanlar birlikləri) adətən öz himayədarlarını onların sıralarından seçirdilər.

Latınca yazı göstərir ki, Nautes qayıqçılarının ümumi xəzinəsi və dolayısıyla hüquqi şəxs statusu mövcud olmuşdur; bu isə onları Parisdə izi qalmış ilk təşkilat halına gətirir.

Barelyeflər thumb|200px|"Qayıqçılar sütunu"nun Klüni muzeyində nümayiş etdirilən rekonstruksiya maketi. Barelyeflərdən birində təsvir edilmiş qalxan və nizələrlə silahlanmış halda yürüş edən Nautes qayıqçıları, təşkilatın gücünü göstərən işarələrdən biri kimi qəbul edilir. Bu hüquq onlara romalılar tərəfindən verilmişdi və Qalliyanın fəthindən yarım əsrdən də az vaxt keçdiyi nəzərə alınarsa, olduqca nadir imtiyaz hesab olunurdu.

Digər barelyeflərdə isə Roma və Qalliya panteonlarına aid tanrılar təsvir edilmişdir. Roma panteonuna aid fiqurlar bunlardır:

İldırım şüası daşıyan və qartalla müşayiət olunan Yupiter; Zirehli və silahlı döyüşçü Mars; onun sərkərdə plaşı — paludamentum — qolunun üzərinə qatlanmış vəziyyətdədir; Dəmirçi tanrı Vulkan; Ticarətin himayədarı Merkuri; Uğur bəxş edən Fortuna; Bərəkət və məhsuldarlığı himayə edən Venera; Süvari qoşunlarının himayədarları Kastor və Polidevk.

Qalliya panteonuna aid olaraq aşağıdakı tanrılar təsvir edilmişdir:

Müharibə, əkinçilik və ticarət tanrısı Ezus; Əlində toppuz qaldıraraq ilanı öldürməyə çalışan müharibə tanrısı Smertros; Hakimiyyətin və gücün simvolu olan, öküz şəklində təsvir edilmiş Tarvos Triqaranus; Maral buynuzları ilə təsvir olunan təbiət və meşələr tanrısı Kernunn.

Təfsiri

Tarixçi Ann Lombard-Jurdanın fikrincə, Nautes qayıqçıları "Qayıqçılar sütunu"nu ucaltmaqla fəth edilmiş Qalliya xalqlarına romalılarla əməkdaşlıq yolunu göstərməyə çalışırdılar; onların fikrincə, artıq izlənilməsi məntiqli olan yol məhz bu idi. Sütunu Yupiterə həsr etməklə onlar Roma dinini qəbul etdiklərini nümayiş etdirir, eyni zamanda Qalliya tanrılarının adlarını qeyd etməklə yerli inanclara sadiqliklərini də vurğulayırdılar.

Sütunun tikintisi druid yığıncaqlarının qadağan olunması dövrünə təsadüf edirdi. Qalliya tanrılarına insan görnüşü verməklə Nautes qayıqçıları druidlərin tanrılarla insanlar arasındakı vasitəçi mövqeyini zəiflətməyə kömək etmiş olurdular. Ann Lombard-Jurdanın fikrincə, sütun Landi ərazisində yerləşmiş ola bilərdi; onun nəzəriyyəsinə görə, Qalliya druidləri burada toplaşırdılar. Ən qədim planlara, o cümlədən 1708-ci ildə Şarl Anselenin hazırladığı plana əsasən, Obervilye yaxınlığında "Sütun" adlı məkan və "Sütun küçəsi" () mövcud olmuşdur.

2017-ci ildə "Qladius Skutumke" ("Qılınc və Qalxan") dərnəyi tərəfindən "Qayıqçılar sütunu"nun Site adasında yenidən qurulması layihəsinə başlanılmışdır.

İstinadlar

Ədəbiyyat

Harl, Ortolf, "Kaiser Tiberius und die nautae Parisiaci: Das Pfeilermonument aus Notre-Dame de Paris und seine Stellung in Religion, Kunst und Wirtschaft Nordgalliens", Introduction by Henri Lavagne: "Le pilier des Nautes, hier et aujourd'hui" (Monuments Piot, 99, 2019, p. 71-225. Lejeune, Michel (1988) Recueil des inscriptions gauloises, volume 2-1 Textes gallo-étrusques. Textes gallo-latins sur pierre. Paris, Editions du CNRS. pp. 166–169.

Kateqoriya:I əsr kitabələri Kateqoriya:Keltlərə aid arxeoloji artefaktlar Kateqoriya:Qədim Fransa Kateqoriya:Paris Qədim Roma dövründə Kateqoriya:Qall dini Kateqoriya:Qall-Roma dini Kateqoriya:Qall-Roma incəsənəti Kateqoriya:Qall yazıları Kateqoriya:Latınca kitabələr Kateqoriya:Kernunn