Fəthiyyə bint Fuad (; ) — Misir və Sudan kralı I Fuadın qızı.
1930-cı ildə Qahirədəki Qübbə sarayında dünyaya gəldi. Atası Misir və Sudan kralı I Fuad, anası isə onun ikinci xanımı Nazlı Səbridir. 1936-cı ildə atası vəfat etdi və böyük qardaşı I Faruq taxta çıxdı. 1948-ci ildə anasının səhhətiylə bağlı bacısı Faiqə ilə birlikdə ABŞ-a səyahət etdi. Anasının burada əməliyyatından sonra burada daimi məskunlaşdı. 25 aprel 1950-ci ildə San-Fransiskoda qipti xristian Riyad Qali ilə evləndi. Nigah münasibətilə Fəthiyyə xanım xristianlığı qəbul etdi. Nəticədə qardaşı I Faruq bacısına qəzəbləndi və onun Misirə girişini qadağan etdi. Cütlüyün bu nigahdan 3 övladı doğuldu.
Rafiq Qali (1952-) Rayed Qali (1954-) Ranya Qali (1956-2025)
1951-ci ildə cütlük Qahirəyə səyahət etdi və I Faruq tərəfindən bağışlandı. Ancaq qalan həyatını ABŞ-da yaşadı. 1973-cü ildə cütlük boşandı. 1976-ci ildə keçmiş həyat yoldaşı Riyad Qali tərəfindən qətlə yetirildi. Cənazəsi Los-Ancelesdəki yerli məzarlıqlardan birinə dəfn olundu.
Mənbə
Ədəbiyyat
Ph.D, Mona L. Russell (11 January 2013). Egypt. Bloomsbury Publishing USA. p. 67. ISBN 978-1-59884-234-0 Montgomery-Massingberd, Hugh, ed. (1980). "The French Ancestry of King Farouk of Egypt". Burke's Royal Families of the World. Vol. II: Africa & the Middle East. London: Burke's Peerage. p. 287. ISBN 978-0-85011-029-6
İstinadlar
Kateqoriya:Məhəmməd Əli sülaləsinin qadın şahzadələri