NIN mükafatı (), rəsmi adı ilə İlin ən yaxşı romanı mükafatı — 1954-cü ildə NIN həftəlik jurnalı tərəfindən təsis edilmiş nüfuzlu Serbiya (əvvəllər isə Yuqoslaviya) ədəbiyyat mükafatıdır. Mükafat hər il serb dilində (əvvəllər serb-xorvat dilində) yazılmış ən yaxşı yeni romana təqdim olunur.B92: Grozdani Olujić NIN-ova nagrada (NIN Prize to Grozdana Olujić) , 15 Jan 2010
Mükafat hər ilin yanvar ayında yazıçılar və ədəbiyyat tənqidçilərindən ibarət münsiflər heyəti tərəfindən təqdim edilir. Bu mükafat yalnız yüksək nüfuzuna görə deyil, həm də qalib romanın demək olar ki, avtomatik olaraq bestseller statusu qazanmasına görə böyük maraq doğurur.B92: Najtraženije knjige - kako i zašto (The Bestselling Books: How and Why?) by SONJA GOČANIN, 31 Jan 2011 Ədəbiyyat saytı complete review 2012-ci ildə onu “Serbiyanın aparıcı ədəbi mükafatı” adlandırmışdır.
1954–1957-ci illərdə mükafat Yuqoslaviyada nəşr olunmuş ən yaxşı romana, dilindən asılı olmayaraq verilirdi. Lakin həmin dövrdə qalib olmuş bütün əsərlər serb-xorvat dilində yazılmışdı. 1958-ci ildən etibarən yalnız serb-xorvat dilində yazılmış romanlar mükafata namizəd ola bilərdi. 2012-ci ildən isə nəşr olunduğu ölkədən asılı olmayaraq yalnız serb dilində yazılmış romanlar qəbul edilir.
Laureatlar Mükafat təsis olunduğu vaxtdan yalnız bir dəfə — 1959-cu ildə təqdim edilməmişdir. Münsiflər heyəti həmin il mükafata layiq əsərin olmadığını bildirmişdi.
Oskar Daviço mükafatı üç dəfə qazanan yeganə yazıçıdır (1956, 1963 və 1964-cü illərdə). O, həmçinin ardıcıl iki il bu mükafatı qazanan yeganə müəllifdir. İki dəfə qalib olan digər yazıçılar Dobrica Çosiç, Jivoin Pavloviç, Draqan Velikiç, Svetislav Basara indiyədək mükafatın yeddi qadın laureatı olmuşdur.
Mübahisələr 1978-ci ildə Danilo Kiş mükafatı geri qaytaran ilk laureat olmuşdur. O, 1972-ci ilin “İlin romanı” mükafatını geri qaytararaq adının qaliblər siyahısından silinməsini tələb etmişdi.
1992-ci ildə isə Milisav Saviç haqqında NIN jurnalında dərc olunmuş məqaləyə etiraz olaraq ona bir ay əvvəl verilmiş mükafatı geri qaytarmışdı.
Mükafatı heç vaxt qazanmayan ən məşhur yazıçılardan biri İvo Andrić olmuşdur. O, Yuqoslaviyanın Ədəbiyyat üzrə Nobel mükafatı almış yeganə yazıçısıdır. Andriç 1954-cü ildə Prokleta avlija əsəri ilə namizəd olsa da, münsiflər onu roman deyil, povest hesab etdiklərinə görə müsabiqədən kənarlaşdırmışdılar.
2020-ci ilin yanvarında 18 yazıçı açıq məktub yayaraq NIN mükafatının boykot edilməsinə çağırmışdı. Onlar münsiflər heyətini “peşəkar və mənəvi baxımdan səriştəsiz” adlandırmış və heyətin serb romanlarını sistemli şəkildə təhlil edən tənqidçilərdən ibarət olmadığını bildirmişdilər.
Münsiflər heyətinin sədri Teofil Pançiç və keçmiş laureat Filip David isə boykotu təşkil edənləri “milliyyətçi elita” olmaqda və siyasi motivlərlə hərəkət etməkdə ittiham etmişdilər.
Münsiflər heyəti tamamilə dəyişdirildikdən sonra boykot 2024-cü ildə sona çatmışdır. Boykotçulardan bəziləri daha əvvəl də müsabiqəyə qayıtmışdılar.
Həmçinin bax NIN (jurnal) Serbiya ədəbiyyatı Oskar Daviço İvo Andriş Danilo Kiş
İstinadlar
Kateqoriya:Serbiya mükafatları Kateqoriya:Ədəbiyyat mükafatları Kateqoriya:Serbiya ədəbiyyatı Kateqoriya:Yuqoslaviya mükafatları