Çon-Alay rayonu () — Qırğızıstanın Oş vilayətində rayon. İnzibati mərkəzi Daraut kurqanı kəndidir.
Haqqında Rayonun sahəsi 4860 km² təşkil edir, bu da Oş vilayətinin 16,6 %-i deməkdir. Ümumi əhalinin sayı 24,5 min nəfər dir. Oş vilayəti əhalisinin 2,0 %-ni təşkil edir (2007). Rayon 3 kənd dairəsinə (ayılnı okruq) bölünür: Jekendi, Çon-Alay və Kaşka-Suu. İqlimi kəskin kontinentaldır, qışları soyuq keçir. İllik yağıntı miqdarı 500 ilə 600 mm arasında dəyişir. İyul ayında orta temperatur 19-22°C, dekabrda isə 10-15°C-dir. Rayonun əsas iqtisadi fəaliyyəti qoyunçuluq və maldarlıqdır.
Coğrafiyası Rayon Qızılsu dağ çayının vadisində yerləşir. Rayonun sərhədləri cənubdan və şimaldan Alay və Trans-Alay dağ silsilələri boyunca uzanır. Şərqdən Alay rayonu, qərbdən isə Tacikistanın Laxş rayonu ilə həmsərhəddir.
Tarixi 1928-ci ildə Alay-Gülçün rayonu kimi yaradılmışdır. 1936-ci ildə iki rayona Alay və Con-Alay rayonlarına bölünmüşdür. 1956-cı ildə hər iki rayon yenidən birləşdirilərək Alay rayonu adlandırılmışdır, lakin elə həmin il iyulun 25-i tarixli fərmanla Çon-Alay rayonu yenidən bərpa edilmişdir. 23 iyul 1958-ci ildə Çon-Alay rayonu yenidən ləğv edilmişdir.
1992-ci ildə Qırğızıstanın müstəqilliyi elan edildikdən sonra bu rayon yenidən iki rayona — Alay və Çon-Alay rayonlarına bölündü.
İnzibati bölgü Rayon 3 kənd dairəsinə (ayıl) bölünür ki, onlarda da 23 kənd (ayıl) yerləşir:
Cekendi kənd dairəsi: — Karamık (mərkəz), Cekendi, Qara-Teyit, Şibee, Çuluk: Qaşqa-Su kənd dairəsi: — Qaşqa-Su (mərkəz), Açık-Su, Kabık, Qara-Qabaq, Burqan-Su, Cayılma, Kiçi-Cayılma: Çon-Alay kənd dairəsi: — Daroot-Korqon (mərkəz), Car-Başı, Caş-Tilek, Caman-Car, Koçkorçu, Kulçu, Qızıl-Tuu, Sarı-Bulaq, Çak, Qızıl-Eşme, Qara-Şıbaq.
İstinadlar
Kateqoriya:Qırğızıstan rayonları