Məqsəd Esenoviç Çarıyev (; ) — Türkmənistan diplomatı. O, 2022-ci ildə fövqəladə və səlahiyyətli səfir rütbəsinə layiq görülmüşdür.
Həyatı Məqsəd Çarıyev 2002-ci ildə Maxtumqulu adına Türkmənistan Dövlət Universitetinin Beynəlxalq biznes və menecment fakültəsini bitirmişdir.
Karyerası 2002–2003-cü illərdə Maxtumqulu adına Türkmənistan Dövlət Universitetinin Beynəlxalq iqtisadiyyat fakültəsində müəllim kimi fəaliyyət göstərmişdir. 2003–2005-ci illərdə Türkmənistanın Almaniyadakı səfirliyinin birinci katibi vəzifəsində çalışmışdır.n2005–2013-cü illərdə Türkmənistanın Fransadakı səfirliyinin birinci katibi olmuşdur. 2013–2019-cu illərdə Türkmənistan Təhsil Nazirliyinin İqtisadi təhlil və maliyyələşdirmə şöbəsinin böyük iqtisadçısı vəzifəsini icra etmişdir.
2019–2022-ci illərdə Türkmənistan Xarici İşlər Nazirliyinin Beynəlxalq iqtisadi əməkdaşlıq idarəsinin rəisi olmuşdur. 7 iyul 2022-ci il tarixindən Türkmənistanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir.
O, 13 oktyabr 2022-ci il tarixində etimadnaməsini Fransa Prezidenti Emmanuel Makrona təqdim etmişdir.
23 sentyabr 2022-ci il tarixindən Türkmənistanın Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Məsələləri üzrə Təşkilatı (YUNESKO) yanında daimi nümayəndəsi vəzifəsini icra edir.
2 fevral 2023-cü il tarixindən eyni zamanda Türkmənistanın Portuqaliyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunmuşdur. 7 sentyabr 2023-cü il tarixində etimadnaməsini Portuqaliya Prezidenti Marselu Rebelu de Souzaya təqdim etmişdir.
Təltifləri 11 dekabr 2020-ci il: "Türkmənistanın bitərəfliyinini 25 illiyi" medalı. 25 sentyabr 2021-ci il: "Türkmənistanın müstəqilliyinin 30 illiyi" medalı. 10 dekabr 2024-cü il: "Maxtumqulu Firaqinin 300 illiyinə" xatirə nişanı. Diplomat bu mükafata klassik türkmən şairi Maxtumqulu Firaqinin irsinin öyrənilməsi və dünyada təbliği işinə verdiyi şəxsi töhfələrə, gənc nəslin milli dəyərlər, vətənpərvərlik və humanizm ruhunda tərbiyə olunmasında göstərdiyi xidmətlərə görə layiq görülmüşdür.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Türkmənistan diplomatları Kateqoriya:XXI əsrin diplomatları