Mariya (Maşa) Aleksandrovna Efrosinina (; ) — Ukraynalı jurnalist, televiziya aparıcısı, ictimai xadim, influenser. O, Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun Ukraynadakı Fəxri səfiri (2018-ci ilin may ayından), "Maşa Fondu" ictimai təşkilatının təsisçisidir. Mariya Efrosinina 2005 Avroviziya Mahnı Müsabiqəsinin aparıcısı olub.

Efrosinina 15 sentyabr 2023-cü ildə Moskvanın Basmannı Rayon Məhkəməsi tərəfindən qiyabi olaraq yeddi il həbs cəzasına məhkum edilib. O, Rusiya ordusu haqqında "siyasi nifrətdən qaynaqlanan" "saxtakarlıqlar" yaymaqda günahkar bilib. Rusiya Ədliyyə Nazirliyi tərəfindən "Xarici agent" elan olunub.

Həyatı

Maşa Efrosinina Kerç şəhərində anadan olub və orada böyüyüb. Məktəbi qızıl medalla bitirib, daha sonra Taras Şevçenko adına Kiyev Milli Universitetinin xarici dillər fakültəsində tərcüməçi ixtisası üzrə təhsil alıb. 19 yaşında Ukraynanın "Birinci Milli" (UT-1) kanalında "Xoşbəxt zəng" proqramı ilə debüt edib. Tezliklə "Novıy Kanal"dan dəvət alaraq "Podyom" (Подъём) səhər verilişinin aparıcısı olub. 2002-ci ildə bu proqram "Ən yaxşı televiziya şousu" nominasiyasında "Teletriumf" mükafatını qazanıb.https://gordonua.com/amp/bulvar/publications/ja-s-vami-spat-ne-budu-kak-efrosinina-v-zhestkom-mini-pokorjala-tv-i-pochemu-s-nej-ne-obshchalsja-otets-1779050.html

2005-ci ildə Pavlo Şilko ilə birlikdə 50-ci yubiley "Avroviziya" mahnı müsabiqəsinin aparıcısı olub. Həmin ilin oktyabrında ICTV kanalına ("Münaqişə xətti" proqramı) keçib. 2006-cı ildə fotoları "ELLE" jurnalının üz qabığında yer alıb. Sentyabr ayından etibarən isə "İnter" kanalında "Sahədə tək" (Один в поле) şousunu aparib. Rusiyanın "Muz-TV", NTV və DTV kanalları ilə də əməkdaşlıq edib.ictv

Təbii marağı və bir neçə dil bilməsi sayəsində Maşa bir çox dünya ulduzlarından — Sezariya Evora, Paolo Koelyo, Anni Jirardo, Enrike İqlesias, Jerar Depardye və Robertino Loretti kimi şəxsiyyətlərdən müsahibələr alıb. 2006-cı ildə "Fokus" jurnalının "Ukraynanın ən nüfuzlu qadınları" Top-100 siyahısına daxil olub. Nəşr onun təsir gücünü uğurlu karyerası və populyarlığı ilə əsaslandırıb.

2007-ci ildə "Uşaqlar haradan gəlir" adlı komediya tamaşasında surroqat ana rolunda çıxış edərək teatr səhnəsinə addım atıb. Hazırda vaxt darlığı səbəbindən teatrda çalışmasa da, gələcəkdə geri qayıtmaq istədiyini bildirib. 2007-ci ilin sonunda rejissor Alan Badoyevin çəkdiyi Vitali Kozlovskinin "Sən istədin" (Ты хотела) klipində rol alıb.

2008-ci il martın 2-də "İnter" kanalında "Moda hökmü" (Модный приговор) tok-şousunun çəkilişləri başlayıb və Maşa orada vəkil rolunda çıxış edib. 2009-cu ildə o, "EGO" jurnalının versiyasına görə "İlin teleaparıcısı" seçilib.

2009-cu ildən 2013-cü ilə qədər teleaparıcı "Novıy Kanal"da aparıcı və prodüser kimi çalışıb. Orada əvvəlcə Andrey Domanski ilə "Ulduzlar fabriki 3", sonra isə Serqey Pritula və Aleksandr Pedan ilə birlikdə "Ukrayna göz yaşlarına inanmır" şousunu aparib. Daha sonra "Məni güldür" yumoristik şousunun daimi iştirakçısı olub.

2011-ci ilin fevralından "İstəyirsən? Oxu!" və "Bacarırsansa oxu!" şoularının aparıcısı kimi fəaliyyət göstərib. Həmin ilin martında "Arzular çin olur" şousunun rəhbəri və aparıcısı təyin edilib. 2012-ci ildə "Novıy Kanal"da prodüseri və aparıcısı olduğu "ShowmaStgoon" şousunu təqdim edib. Həmçinin onun rəhbərliyi altında müasir Ukrayna kumirlərindən bəhs edən "Məşhur oyanmaq" adlı filmlər silsiləsi işıq üzü görüb.

Maşa Efrosinina dəfələrlə Ukraynanın "Ən dəbli aparıcısı" adına layiq görülüb. O, "Qara inci", "ELLE-kumir" və əyləncəli proqramların sevilən aparıcısı kimi "Teleurduz" mükafatlarını qazanıb. 2013-cü ildə üçillik fasilədən sonra teatr səhnəsinə qayıdıb və "Teatr na Podole"nin tamaşasında rol alıb. 250px|thumb|right|Mariya Efrosinina 2009-cu ildə 2014-cü ilin yazında "Maşa Efrosinina ilə üç ürək" realiti-şousu efirə çıxıb. Həmin ilin mayında ailəsinə vaxt ayırmaq və ikinci övladını dünyaya gətirmək üçün karyerasına fasilə verib. 2015-ci ildə "Ukrayna" telekanalında "Maşa Efrosinina ilə açıqcasına" adlı müəllif tok-şousu ilə televiziyaya möhtəşəm dönüş edib. Onun verilişində Vitali Kliçko, İrina Bilık və Nadya Dorofeyeva kimi ulduzlar öz hekayələrini səmimi şəkildə bölüşüblər.

2016-cı ildə rejissor Anatoli Mateşkonun "Üçqat müdafiə" serialında baş rola çəkilib. 2017-ci ildə "STB" kanalında ukraynalıların arzularını gerçəkləşdirən "Sürpriz, sürpriz!" layihəsinin aparıcısı olub.

2018-ci ildə öz YouTube kanalını fəal şəkildə inkişaf etdirməyə başlayıb və qısa müddətdə "Gümüş düymə" mükafatını alıb. Həmin il o, BMT-nin Ukraynadakı əhali sahəsi üzrə xoşməramlı səfiri seçilib (bu səlahiyyət 2024-cü ilə qədər uzadılıb). Maşa Ukraynanın 12 şəhərini gəzərək on minlərlə qadınla motivasiya görüşləri keçirib.

2021-ci ildə "Novoye Vremya" jurnalının versiyasına görə Ukraynanın ən uğurlu 100 qadını siyahısına daxil olub. Həmin il o, "Ulduzlarla rəqs" şousunda həmaparıcı kimi iştirak edib və "Maska-rad" layihəsinə qatilib.

Sosial layihələr və xeyriyyəçilik Maşa Efrosinina uşaqlara və ümummilli tibb müəssisələrinə yardım göstərilməsində fəal iştirak edir. 2014-cü ilin yayında o, sağlamlıq imkanları məhdud olan uşaqlara və yetimlərə kömək edən "Tvoya Opora" fondu ilə əməkdaşlığa başlayıb. Efrosinina bu fondla birlikdə məşhur insanlarla görüşlərdən, ustad dərslərindən və müsahibələrdən ibarət "Charity weekend" layihəsini yaradıb. Bu tədbirlərin əsas mövzusu qadın dünyası — ailə, sağlamlıq, karyera və gözəllikdir.

Xeyriyyə tədbirlərinin zirvə nöqtəsi ildə bir dəfə keçirilən və minlərlə insanı cəlb edən "Charity weekend. Sağlam gün" musiqi və idman festivalıdır. MONATIK, Olya Polyakova, Nastya Kamenskix və digər ulduz dostlar festivalı dəstəkləyərək orada çıxışlar edib, məşqlər keçirib və "Ulduz dükanı"nda faydalı qidalar satıblar. Bu tədbirlərdən əldə olunan bütün vəsait "Charity weekend" tərəfindən uşaq evlərinə və uşaq reanimasiyaları üçün həyati əhəmiyyətli avadanlıqların alınmasına yönəldilib. Layihə sayəsində uşaqlara kömək məqsədilə fonda 10 milyon qrivnadan çox vəsait köçürülüb.

BMT-dəki fəaliyyəti və şəxsi fondu 250px|thumb|right|Mariya Efrosinina 2022-ci ildə xeyiyyə konsertində 2018-ci ilin may ayında Maşa Efrosinina BMT-nin Əhali Fondunun Ukraynadakı ilk Fəxri Səfiri olub. Bu əməkdaşlıq çərçivəsində o, çox sayda qadın sığınacağına baş çəkib. Daimi olaraq qadınlarla görüşlər keçirib və məişət zorakılığına necə müqavimət göstərmək barədə onlarla söhbətlər aparib.

2020-ci ildə o, özünün "Maşa Fondu" adlı ictimai təşkilatını təsis edib.

Ailəsi Atası: Aleksandr Borisoviç Efrosinin — inşaat mühəndisi olub, 2000-ci ildə vəfat edib.День бракосочетания Андрей Ющенко и Елизавета Ефросинина выбрали неудачноМедовый месяц отпрыск Ющенко отгуляет на Сейшелах за счёт тёщи Anası: Lyudmila Pavlovna Efrosinina — iqtisadçıdır, "Privatbank"da çalışıb, hazırda bizneslə məşğul olur. Həyat yoldaşı: Timur Zaurbekoviç Xromayev (1975 təvəllüdlü) — tanınmış biznesmendir. O, Nyu-Yorkdakı Union Kollecini və Kiyev Beynəlxalq Münasibətlər İnstitutunu bitirib. 1997–2001-ci illərdə Maliyyə Nazirliyində rəhbər vəzifələrdə çalışıb. Bir neçə bankda idarə heyəti sədrinin müavini vəzifəsini tutub. "ARTA İnvestisiya Tərəfdaşları" şirkətinin tərəfdaşıdır.Ефросинина с мужем преодолели семейный кризис Qızı: Nana Xromayeva (16 fevral 2004 təvəllüdlü). 2025-ci ilə olan məlumata görə, Madriddəki universitetlərdən birində magistratura pilləsində təhsil alır.Украинские телеведущие отправили детей в школу Oğlu: Aleksandr Xromayev (25 avqust 2014 təvəllüdlü). Kiçik bacısı: Elizaveta Yuşşenko (Efrosinina) (1986 təvəllüdlü).

Televiziya Layihələri Maşa Efrosinina Ukraynanın ən aparıcı telekanallarında müxtəlif janrlı proqramların aparıcısı və prodüseri kimi çalışıb: UA:PERŞİЙ (UT-1): "Xoşbəxt zəng" və "Avroviziya" mahnı müsabiqəsinin aparıcısı olub. ICTV: "Münaqişə xətti" proqramını aparib. İnter: "Sahədə tək" və "Moda hökmü" layihələrində iştirak edib. Novıy Kanal: Yuri Qorbunovla "Podyom", Andrey Domanski ilə "Ulduzlar fabriki", həmçinin "Ukrayna göz yaşlarına inanmır", "Arzular çin olur", "ŞoumaStgoon" və "Üç ürək" kimi bir çox populyar şouların aparıcısı və rəhbəri olub. Ukrayna: "Maşa Efrosinina ilə açıqcasına" və "Möhtəşəm insanlar" layihələrini təqdim edib. STB: "Sürpriz, Sürpriz!" verilişi ilə insanların arzularını gerçəkləşdirib. 1+1: "Maska-rad" şousunda iştirak edib.

Teatr və filmoqrafiya O, həm teatr səhnəsində, həm də kino sahəsində özünü sınaqdan keçirib: Teatr: Kiyevdəki "Teatr na Podole"də "Uşaqlar haradan gəlir" tamaşasında surroqat ana olan Oksana rolunu ifa edib. Kino: "Sabah sabah olacaq" (2003), "Metronun beş dəqiqəliyində" (2006), "Qar qadın üçün boyunbağı" (2007), "Üçqat müdafiə" (2016) və "Müqəddəs Nikolayın macəraları" (2018) kimi film və seriallarda müxtəlif rolları canlandırıb.

Rəqəmsal platformalar (YouTube) Maşa Efrosinina öz YouTube kanalında bir neçə uğurlu layihə təsis edib: "Maşa Efrosinina ilə səmimiyyət imtahanı" Olya Polyakova ilə birgə hazırladığı "Böyük qızlar" (Взрослые Девочки) "Hər kəs onlar haqqında danışır..."

Mükafatları 2020-ci ildə Ukrayna dövləti tərəfindən III dərəcəli "Xidmətlərə görə" ordeni ilə təltif edilib.

Hüquqi təqib Mariya Efrosinina Rusiyada hüquqi təqiblərlə üz-üzə qalıb. 15 sentyabr 2023-cü ildə Moskva şəhərinin Basmannı rayon məhkəməsi "siyasi nifrət zəminində Rusiya ordusu haqqında saxta məlumat yaymaqda" təqsirli bilərək, Maşa Efrosinini qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib. Bundan əvvəl isə o, Rusiya hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilib və 2023-cü ilin mayında qiyabi həbs olunub.

İstinadlar

Xarici keçidlər

Brief biography and pictures Офшор допоможе "Нафтогазу" реструктурувати борги (Association of Gas Traders of Ukraine, AGTU) Про консультантів, євробонди та наперсточників (Дзеркало Тижня № 33 (761) 5 — 11 вересня 2009)

Kateqoriya:Rusiyada "Xarici agent" elan edilmiş şəxslər Kateqoriya:Xoşməramlı səfirlər