Sənətlər körpüsü () — Parisdə Sena çayı üzərində yerləşən, şəhərin ilk dəmir körpüsüdür. Hazırda piyada keçidi kimi fəaliyyət göstərən körpü düz xətt üzrə Fransa İnstitutunu (məşhur Fransa Akademiyası onun tərkib hissəsidir) və Birinci Fransa imperiyası dövründə "Sənətlər sarayı" adlandırılan Luvr sarayının kvadrat həyətini birləşdirir.

Təsviri

thumb|Körpüdən Eyfel qülləsinə mənzərə, 2010-cu il Körpünün uzunluğu: 155 m; eni: 11 m. Konstruksiyası: Körpü, daş üzlüklü dəmir-beton dayaqlar üzərində dayanan, hər birinin uzunluğu təxminən 22 m olan yeddi tağlı aşırımdan ibarətdir. Yerləşməsi: Sənətlər körpüsü Parisin 1-ci (sağ sahil) və 6-cı dairələrini (sol sahil) birləşdirir. Paris metropoliteni: 1-ci xətt, Luvr — Rivoli stansiyası və ya 7-ci xətt, Pon-Nöf stansiyası.

Tarixi

thumb|Körpüdən Fransa İnstitutuna açılan mənzərə, 2011-ci il

thumb|İncəsənət körpüsündə musiqiçilər, 2014-cü il

İncəsənət körpüsü 1801–1804-cü illərdə Napoleonun əmri ilə inşa edilmişdir. Körpü adını XIX əsrin əvvəllərində daxilindəki sənət kolleksiyalarına görə "İncəsənət sarayı" adlandırılan Luvrdan almışdır. Tikintinin ümumi dəyəri 787 655 frank və 65 santim təşkil etmişdir. Körpünün açılışı günü oradan keçən ilk şəxslərdən olmaq üçün 64 000 parisli bura axın etmişdir. 1848-ci ilə qədər körpüdən istifadə üçün rüsum (bir su (pul vahidinin adı su idi)) alınırdı.

1852-ci ildə III Napoleon tərəfindən Luvrda işləmək üçün tapşırıq alan italyan memar Lui Viskonti İncəsənət körpüsünün yenidən qurulması ilə məşğul olmalı idi. Digər layihələrlə yanaşı, Konti sahilinin genişləndirilməsi ilə əlaqədar olaraq tağlardan birinin sökülməsi də planlaşdırılırdı. 1853-cü ildə Viskontinin qəfil ölümündən sonra onun işlərini Ektor Lefuel təhvil almışdır. Onun rəhbərliyi altında 1871–1876-cı illər ərzində körpü daha da genişləndirilmişdir.

Birinci Dünya müharibəsi və İkinci Dünya müharibəsi zamanı körpü bombardmanlar nəticəsində ciddi zərər görmüşdür. Həmçinin körpü ilə barjaların bir neçə dəfə toqquşması baş vermişdir; sonuncu belə hadisə 1979-cu ildə baş vermiş və körpünün əhəmiyyətli bir hissəsinin uçmasına səbəb olmuşdur. Bütün bunlar İncəsənət körpüsünün yenidən qurulmasına yol açmışdır: 1977-ci ildə körpü bağlanmış və 1981–1984-cü illərdə memar Lui Arretçin rəhbərliyi altında köhnə planlar əsasında yenidən inşa edilmişdir. Körpünün Yeni körpü (Pont-Nöf) ilə eyni səviyyəyə gətirilməsi üçün tağların sayı doqquzdan yeddiyə endirilmişdir. 27 iyun 1984-cü ildə Paris meri Jak Şirak yeni körpünün təntənəli açılışını etmişdir.

İncəsənət körpüsü açılan mənzərələrin gözəlliyi sayəsində tez-tez rəssamlar və fotoqraflar tərəfindən açıq səma altında studiya kimi istifadə olunur; onlar öz əsərlərini məhz burada nümayiş etdirirlər. Yay aylarında isə parislilər körpü üzərində pikniklər təşkil edirlər.

Ənənələr

thumb|İncəsənət körpüsündə sevgililər, 2013-cü il

2008-ci ildə sevgililər tərəfindən yeni bir ənənə yaradılmışdır: onlar sədaqət rəmzi olaraq körpüyə üzərində çox vaxt adları yazılmış qıfıllar bağlayır, açarını isə Sena çayına atırdılar. "Məhəbbət qıfılı" o qədər çoxalmışdır ki, körpünün çəpərləri üçün təhlükə yaratmağa başlamış — 2014-cü ilin yayında isə qıfılların ağırlığı altında məhəccərlərin bir hissəsi uçmuşdur. Bundan əlavə, Paris rəhbərliyi Senaya atılan çoxsaylı açarların ekoloji zərərindən narahat olmağa başlamışdır. Eksperiment çərçivəsində məhəccərlərin bir hissəsi xüsusi şüşə ilə örtülsə də, qəti qərar hələ verilməmişdi. 2015-ci ilin iyununda Paris şəhər hakimiyyəti İncəsənət körpüsünün məhəccərlərini bürüyən on minlərlə qıfılı sökmüşdü. İlk baxışdan məsum görünən bu ənənə — bağlanan qıfıl və çaya atılan açarla bağların qırılmazlığını simvolizə etmək — metal kütləsinin ümumi çəkisi 45 tonu keçdiyi üçün fəlakətə çevrilmək və körpünün tamamilə uçması təhlükəsini yaratmışdı.

Mədəniyyətdə

Ədəbiyyatda

İncəsənət körpüsünə dair xatırlatmalara Balzakın "Şaqren dərisi" və "Kurtizan qadınların ehtişamı və səfaləti" romanlarında, Şarl Nodyenin "Bibliofil" əsərində, Xulio Kortasarın "Xana-xana oyunu" (1963) romanında, Emil Zolyanın "Yaradıcılıq", Viktor Hüqonun "Səfillər" romanlarında və Alber Kamünün "Süqut" romanında rast gəlinir.

Kinoda

2004-cü ildə rejissor Ejen Qrin tərəfindən baş rollarda Nataşa Renye və Deni Podalidesin çəkildiyi eyniadlı "İncəsənət körpüsü" () filmi çəkilmişdir. Art haus janrında olan filmin premyerası 2004-cü ildə Lokarno Beynəlxalq Kinofestivalında baş tutmuşdur. Körpünü "Böyük şəhərdə seks" serialının son epizodunda və "Yalan illüziyası" filmində də görmək mümkündür.

thumb|center|upright=3|İncəsənət körpüsü

İstinadlar

Xarici keçidlər

Pont des Arts from the City Hall of Paris site (Archive) Insecula Pont des Arts on Structurae

Kateqoriya:Parisin görməli yerləri Kateqoriya:I arondisman (Paris)