I Vladislav (; ) — Macarıstan və Xorvatiya kralı.

Atası I Belanın vəfatının (1063) ardından, əmisi oğlu Solomon almanların dəstəyilə hakimiyyəti ələ keçirdi. Bu səbəblə, Vladislav və qardaşı Qeza qaçaraq anasının polyak qohumlarının yanına sığındılar. Ertəsi il əmisi oğluyla barışdılar və beləcə, Macarıstana qayıtdılar. Ancaq Kral Solomonla münasibətləri 1070-ci illərdə yenidən pisləşdi. Girişdiyi döyüşdə kral məğlub edildi və 14 mart 1074-cü ildə böyük qardaşı I Qeza adıyla taxtı ələ keçirdi.

Ancaq 1077-ci ildə qardaşı vəfat etdiyi əsnada övladları azyaşlı olduğu üçün taxta özü çıxdı. Onun taxta çıxması isə vaxtilə taxtdan endirilən əmisi oğlu Solomonu yenidən ayaqlandırdı. Beləcə, 1081-ci ilədək davam edən taxt mübarizəsi başladı. Həmin tarixdə Solomon həbs edildi və 4 illik həbsin ardından 1085-ci ildə azadlığa buraxıldı.

Qonşu peçeneq və kuman tayfalarını məğlub etdi və beləcə, krallığın şərq sərhədlərində əmin-amanlığı təmin etdi. 1091-ci ildə Xorvatiyanı işğal etdi və bölgə üzərində haqq iddia edən Roma papası II Urbanla münasibətləri pisləşdi.

Mənbə

Ədəbiyyat

İstinadlar Kateqoriya:Macarıstan kralları Kateqoriya:Xorvatiya kralları Kateqoriya:Katolik müqəddəsləri Kateqoriya:XI əsr Avropa hökmdarları