Sosial ədalət döyüşçüsü () — əsasən envayromentalizm, müsbət ayrıseçkilik, silah nəzarəti, tək ödəyicili səhiyyə, mütərəqqi vergi, feminizm, abort, LGBTQ hüquqları və multikulturalizm də daxil olmaqla, sosial cəhətdən mütərəqqi, solçu və ya liberal baxışları təbliğ edən bir şəxs üçün istifadə olunan təhqiramiz bir termin və internet memidir. Kiminsə sosial ədalət döyüşçüsü olması ilə bağlı ittiham, onun hər hansı dərin bir inancdan daha çox şəxsi təsdiqlənmə axtarışında olduğu və yalançı arqumentlərlə məşğul olduğu mənası daşıyır.

Bu ifadə XX əsrin sonlarında sosial ədalət fəallığı ilə məşğul olan insanlar üçün neytral və ya müsbət bir termin kimi istifadə edilməyə başlanmışdır. 2011-ci ildə, bu termin ilk dəfə Twitter-də yayılanda, əsasən müsbət mənada istifadə olunan bir termindən həddindən artıq mənfi mənalı bir terminə çevrilmişdir. Gamergate mübahisəsi zamanı bu termin sonradan alternativ sağçı olanlar tərəfindən qəbul edildi və mənfi mənalar getdikcə daha çox istifadə olunmağa başladı ki, bu da nəticədə onun müsbət mənşəyini kölgədə qoydu.

İstinadlar

Kateqoriya:2010-cu illərdə internet mədəniyyəti Kateqoriya:1990-cı illərdə yaranmış sözlər Kateqoriya:Siyasi neologizmlər Kateqoriya:Sosial problemlər