Kadri Aavik (; ) — Estoniyalı sosioloq, gender bərabərliyi tədqiqatları üzrə alim və feminist. O, Tallin Universitetində Gender Tədqiqatları üzrə dosent və Sosiologiya magistr proqramının rəhbəridir. Onun tədqiqatları gender sosiologiyasını, kişilərin üstünlünün tənqidi tədqiqatlarını, eləcə də heyvan və veqan araşdırmalarını əhatə edir. Həyatı Kadri Aavik 1998-ci ildə Tallin Mustamäe Gimnaziyasını bitirib. 1998–2002-ci illərdə Tallin Universitetində ibtidai məktəb üzrə ingilis dili müəllimliyi təhsili alıb. 2003–2004-cü illərdə Almaniyanın Kristian-Albrext Universitetində multimedia menecmenti ixtisası üzrə magistr dərəcəsinə yiyələnib. 2006–2007-ci illərdə Mərkəzi Avropa Universitetində gender araşdırmaları üzrə magistr təhsili alıb. 2010–2015-ci illərdə Tallin Universitetində sosiologiya üzrə doktorantura pilləsində oxuyub.<ref name="TLUPhDDefense"></ref 2015-ci ildə "Estoniya Əmək Bazarında İnterseksional Dezavantaj və İmtiyaz: Rusdilli Qadınların və Eston Kişilərin İş Narrativlərinin Təhlili" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

Fəaliyyəti 2005–2006-cı illərdə Estoniya Milli Kitabxanasında informasiya mütəxəssisi və dizayner kimi çalışıb. 2005-ci ildə dörd ay müddətində Cənubi Afrika Respublikasının Keyptaun şəhərindəki Esangweni Liseyində könüllü olub. 2007–2013-cü illərdə Estoniya Gender Araşdırmaları və İnformasiya Mərkəzində (ENUT) layihə rəhbəri, 2014–2018-ci illərdə isə Tallin Universitetində sosiologiya müəllimi kimi fəaliyyət göstərib.

2018-ci ildən Tallin Universitetinin Cəmiyyət Elmləri İnstitutunda gender araşdırmaları üzrə dosent vəzifəsində çalışır. O, Tallin Universitetinin Gender Araşdırmaları Tədqiqat Qrupunun təsisçisi və koordinatoru olub. 2018–2022-ci illərdə Helsinki Universitetinin Gender Araşdırmaları Bölməsində mətbəxdə iqlim davamlılığına dair layihədə postdoktorant kimi iştirak edib.

Aavik Estoniyanın "Ariadne Lõng" gender araşdırmaları elmi jurnalının həmredaktoru və beynəlxalq "Men & Masculinities" jurnalının redaksiya heyətinin üzvü olub. O, həmçinin aşağıdakı qurumların üzvüdür:

Beynəlxalq Vegan Sosioloqlar Assosiasiyası Avropa Kritik Heyvan Araşdırmaları Assosiasiyası Estoniya Sosioloqlar Birliyi Beynəlxalq Gender Araşdırmaları Mükəmməllik Mərkəzləri Şəbəkəsi (RINGS)

Elmi fəaliyyəti Kadri Aavikin əsas tədqiqat sahələri gender sosiologiyası, maskulinlik araşdırmaları, əmək sosiologiyası, kritik heyvan araşdırmaları və ekofeminizmi əhatə edib. O, tədqiqatlarında feminist və interseksional yanaşmalardan, eləcə də keyfiyyət metodlarından istifadə edib.

O, Estoniya əmək bazarında gender və etnik bərabərsizlik, kişi veqanlığı və ali təhsildə gender qeyri-bərabərliyi kimi mövzuları tədqiq edib. 2021-ci ildə "Veqanlıq vasitəsilə Antroposentrik Maskulinliklərə Etiraz: Veqan Kişilərin Yaşanmış Təcrübələri" adlı monoqrafiyası işıq üzü görüb. Həmçinin bir neçə elmi toplunun həmredaktoru olub.

Kadri Aavik veqan və heyvan hüquqları müdafiəçisidir. O, 1998-ci ildə vegeterian olub, 2005-ci ilin noyabrından isə veqanlığa keçib. "Vganmaailm.com" adlı bloqun müəllifidir. "Estoniya Veqan Cəmiyyəti" və "Loomus" QHT-lərinin üzvü olub. 2015-ci ildə "Veqan. Qayğıkeş və Dadlı Həyat" adlı kitabın həmmüəllifi kimi çıxış edib.

Şəxsi həyatı Kadri Aavikin iki oğlu var. Seçilmiş nəşrləri Vegan. Hooliv ja maitsev elu (with Anniina Ljokkoi and Minna Toots). Tammerraamat, 2015. Men, Masculinities and the Modern Career: Contemporary and Historical Perspectives (co-editor). De Gruyter Oldenbourg, 2020. Contesting Anthropocentric Masculinities Through Veganism: Lived Experiences of Vegan Men. Palgrave Macmillan, 2023. Routledge Handbook on Men, Masculinities and Organizations: Theories, Practices and Futures of Organizing (co-editor). Routledge, 2023. Feminist Animal and Multispecies Studies: Critical Perspectives on Food and Eating (co-editor). Brill, 2023.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Yaşayan insanlar