Sara Coanna Təbrizi, neyrodegenerasiya, xüsusən də Hantinqton xəstəliyi sahəsində çalışan Azərbaycan əsilli Britaniya nevroloq və neyro-təlimlər üzrə alimi, UCL Nevrologiya İnstitutunda professor və Neyrodegenerativ Xəstəliklər şöbəsinin həmmüdirəsi; UCL Hantinqton Xəstəlikləri Mərkəzinin təsisçisi və direktoru; UCL-də Böyük Britaniya Demans Tədqiqat İnstitutunda baş tədqiqatçı; və Londonun Kraliça Meydanında yerləşən Milli Nevrologiya və Neyrocərrahiyyə Xəstəxanasında fəxri məsləhətçi nevroloqu, Dünya Azərbaycanlılarının I Qurultayında Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurası sədrinin birinci müavini seçimiş professor Qulamrza Səbri Təbrizinin və onun həyat yoldaşı Şotlandıyalı Jaklin xanımın övladı.
O burada Çoxsahəli Hantinqton Xəstəlikləri Klinikasını təsis edib. UCL Hantinqton Xəstəlikləri Mərkəzi rəsmi olaraq 1 mart 2017-ci ildə UCL prezidenti və prorektoru Maykl Artur tərəfindən açılıb.
Təhsil və karyera Sara Təbrizi 26 sentyabr 1965-ci il tarixlində Londonda mühacir professor Qulamrza Səbri Təbrizinin ailəsində doğulub.
1982-ci ildə Scottish Higher imtahanlarını cəmi 16 yaşında bitirdikdən sonra, o, 17 yaşında Heriot-Watt Universitetində biokimya ixtisası üzrə təhsil almağa başlayıb və 4 il sonra Birinci Dərəcəli Fərqlənmə (First Class Honours) diplomu ilə bitirib.
Sara Təbrizi 1986-cı ildə Heriot-Watt Universitetindən biokimya üzrə birinci dərəcəli və 1992-ci ildə Edinburq Universitetindən tibb və tibbi cərrahiyyə üzrə bakalavr dərəcəsi və orada ən fərqlənən tibb məzunu üçün Qızıl Medal (Ettles Scholar) ilə məzun olub.
O, 2000-ci ildə London Universitet Kollecində doktorluq dərəcəsinə layiq görülüb.
Sara Təbrisi, Kraliçə Meydanında yerləşən Milli Nevrologiya və Neyrocərrahiyyə Xəstəxanasında (NHNN) təcrübəçi nevroloq kimi çalışdığı müddətdə, ona unudulmaz təəssürat bağışlayan professorlar Anita Harding və David Marsden üçün çalışıb.
O, 1996 - 1999-cu iilərdə Tony Schapira və Gillian Bates ilə birlikdə neyrodegenerasiyada mitoxondrial disfunksiyanı araşdıran MRC Klinik Təlim Təqaüdü üzrə doktorluq dərəcəsinə layiq görülüb.
Sonra o, 2002-ci ildə UCL Nevrologiya İnstitutunda "Prion hüceyrə biologiyası" üzrə Con Kollinc və Çarlz Vaysmann ilə işləmək üçün Səhiyyə Departamentinin Milli Klinik Alim Təqaüdü alıb.
O, 2003-cü ildə UCL Klinik Baş Mühazirəçisi və Fəxri Məsləhətçi Nevroloqu, 2007-ci ildə Redaktoru, 2009-cu ildə isə Professoru vəzifələrinə yüksəlib.
Tədqiqatları S.Təbrizi hüceyrə neyrodegenerasiya mexanizmləri üzərində tədqiqat aparır. Onun tədqiqatları, xüsusilə, Hantinqton xəstəliyinin araşdırılmasına, o cümlədən onun mexaniki patobiologiyası, yeni terapevtik vasitələr, biomarkerlər, nəticə ölçmələri və ilk alimdir ki, insan klinik sınaqları üzərində köklənib. Nailiyyətləri arasında S.Təbrizi prion xəstəliyində hüceyrə degenerasiyasında əsas patogen mexanizmləri müəyyən ləşdirib, Hantinqton xəstəliyinin patogenezində anadangəlmə immun sisteminin əsas rolunu müəyyən edib, mutant Hantinqton xəstəliyi zülalının ilk analizini dərc edib, iki beynəlxalq nüfuzlu böyük "TRACK-HD" və "Track-On HD" adlı (burada "HD" ixtisarı Hantinqton xəstəliyinə işarə edir) tədqiqat layihələrini hazırlayıb və həmin layihələrə rəhbərlik edib.
Qeyd olunan tədqiqatlar, xəstəliyin başlanğıc amillərinin yayılmasını, beyin kompensasiya və plastikliyi göstəricilərinin, habelə proqnozlaşdırılan xəstəliyin başlanğıcından iyirmi il əvvəl baş verən neyrobioloji dəyişikliklərin təyin edilməsi daxil olmaqla, Hantinqton xəstəliyində neyrodegenerasiyanın klinik vəziyyətdən əvvəlki mərhələsi ilə bağlı fundamental yeni məlumatlar verib və onun işi hazırda qlobal klinik sınaqlarda istifadə olunan nəticə ölçülərini müəyyən edib.
2017-ci ildə S.Tərbizinin araşdırmaları Hantinqton xəstəliyin yayılmasının vacib yeni genetik modifikasiyasını (MSH3 adlı uyğunsuz bərpa zülalını) müəyyən edib. Bu da Hantinqton xəstəliyinin müalicəsi üçün DNT bərpası yollarının tapılması üçün tədqiqata təkan verib. Həmin tədqiqatın əsas məqsədi DNT bərpa mexanizmlərinin Hantinqton xəstəliyinə təsirini anlamaqdır. Bu bilik, DNT tərkibindəki sitozin-adenin-quanin birləşməsinin təkrarlanmasının somatik artmasına köklənmiş xəstəliyin yayılmasını dayandıra, yavaşıda və ya geri çevirə biləcək yeni müalicə üsullarını yaratmaqdır.
S.Təbrizi 2016-cı ildə "Google Zeitgeist Minds" konfransında tədqiqatları və neyrodegenerativ xəstəlik üçün gen susdurulması perspektivləri haqqında əsas təqdimatla çıxış edib. O, Hantinqton xəstəlyi pasientlərində gensusduran və ya hantinqton zülalını aşağı salan antisens oliqonukleotid (ASO) dərmanının dünyada ilk klinik sınağını keçirən Klinik Tədqiqatçıdır. 2017-ci ilin dekabr ayında Faza 1b/2a təhlükəsizlik sınağının "ən yaxşı" nəticələrinin elan edilməsi geniş milli və beynəlxalq mediada işıqlandırılıb və "BBC News", "The Guardian" və "Nature" qəzetlərində işıqlandırılıb. 2019-cu ilin may ayında tam nəticələr "The New England Journal of Medicine" jurnalında dərc edilib.
Antisens oliqonukleotidlərin neyrodegenerativ xəstəliklərin müalicəsində potensialı S.Təbrizi tərəfindən 2020-ci ildə "Science" jurnalında nəzərdən keçirilib.
S.Təbrizi hazırda Hantinqton xəstəliyinin müalicəsi üçün bir neçə fərqli yanaşma, o cümlədən sitozin-adenin-quanin birləşməsinin təkrarlanmasının somatik artmasını azaltmaq üçün MSH3-ü hədəflənmiş yeni ASO sınaqları, yalnız mutant Hantinqton geninə hədəflənən allel asılı seçici yanaşmalar və mutant Hantinqton xəstəliyi geninə hədəflənən yeni gen terapiyası üzərində çalışır.
2020-ci ildə S.Təbrizi, qabaqcıl neyrogörüntüləmədən, ətraflı koqnitiv testdən və biomaye kolleksiyasından istifadə edərək klinik simptomların proqnozlaşdırılmasına başlamadan təxminən 24 il sonra pre-manifest Hantinqton xəstəliyinin gen daşıyıcılarını öyrənən gənc yetkinlərdə Hantinqton xəstəliyinin tədqiqi (HD-YAS) barədə ilk məlumat toplusunu dərc etdi. Bu tədqiqat qrupu klinik cəhətdən əhəmiyyətli funksional pozğunluq göstərməyib, lakin gözlənilən simptom başlanğıcına ən yaxın olanlarda çox erkən neyron zədələnməsini göstərən neyrofilament işıq zülalının yüksək səviyyələrinə dair dəlillərin əldə edilməsinə nail olub. Gənc yetkinlərdə Hantinqton xəstəliyinin tədqiqi, neyrodegenerasiyanın ən erkən əlamətlərini aşkarlayaraq, klinik simptomların yaranmasını ləngitmək və ya tamamilə qarşısını almaq üçün terapiyanın tətbiq edilməsinin əlverişli vaxtını müəyyən etmək üçün istifadə olunur. Bu yanaşmanın qeyd olunan xəstəlikdən kənara çıxan təsirləri var və neyrodegenerasiyada xəstəliklərin qarşısının alınması üçün model təqdim edir və bu iş S.Təbrizinin laboratoriyasında böyük marağa səbəb olur.
2022-ci ildə S.Təbrizi, Hantinqton xəstəliyi Elmi Konsorsium Tənzimləyicisi və CHDI (Hantinqton Xəstəliyinin Müalicəsi Təşəbbüsü) təşkilatındakı həmkarları ilə birlikdə xəstəliyin doğuş sonrası inkişaf mərhələlərinin qiymətləndirməsinin yeni çərçivəsi olan Hantinqton Xəstəliklərinin İnteqrasiyalı Mərhələləşdirmə Sistemini (HD-ISS) yaradıb. Xərçəng xəstəliyinin mərhələləşdirmə sistemində olduğu kimi, Hantinqton Xəstəliklərinin İnteqrasiyalı Mərhələləşdirmə Sistemi Hantinqton xəstəliyini 0-3 arasında dörd mərhələyə bölür və Hantinqton genində gənc yetkinlərdə Hantinqton xəstəliyinin tədqiqi təkrar mutasiyasının olmasını bioloji olaraq xəstəliyin mövcudluğu kimi dəyərləndirir. Bu, xəstəliyin inkişaf etməsindən və insanlarda xəstəlik əlamətlərinin aşkar olmasından xeyli əvvəl müvafiq klinik sınaqların aparılmasına imkan verərək, gələcəkdə xəstəliyin yaranmasının qarşısının alınması üçün imkan yaradır.
2025-ci ildə S.Təbrizi Hantinqton xəstəliyinin anlaşılması və müalicəsinin inkişaf mənzərəsini əhəmiyyətli dərəcədə irəliyə aparan əlamətdar tədqiqata rəhbərlik edib.
2020-ci ildə gənc yetkinlərdə Hantinqton xəstəliyinin tədqiqi barədə məqalənin davamı olaraq Sara Təbrizi və həmkarları Qlazqo, Göteborq, Ayova və Kembric Universitetləri "Nature Medicine" jurnalında mühüm tədqiqat dərc edib, ilk dəfə olaraq qanda ölçülən somatik sitozin-adenin-quanin birləşməsinin təkrarlanmasının somatik artması ilə klinik simptomların başlamasından on illər əvvəl fərdlərdə erkən neyrodegenerativ beyin dəyişiklikləri arasında birbaşa əlaqəni müəyyən ediblər. Bu araşdırmanın nəticələri profilaktik müalicə üçün vacib imkan yaradıb, müalicə strategiyası kimi sitozin-adenin-quanin birləşməsinin təkrarlanmasının somatik artması məsələsinə köklənmək üçün texniki dəstəyi təmin edib.
2025-ci ilin fevral ayında S.Təbrizi "Science Translational Medicine" jurnalında dərc olunmuş mühüm bir tədqiqata rəhbərlik edib. Tədqiqat göstərdi ki, MSH3 (DNT uyğunsuzluğunu bərpa edən açar zülal) zülalının antisens oligonukleotid vasitəsi ilə susdurula, insan neyronlarında və heyvan modellərində somatik sitozin-adenin-quanin birləşməsinin təkrarlarının somatik artmasını təhlükəsiz və təsiri üsulla azalda bilər. Tədqiqat nəticəsində, xəstəliyin mutasiyasına müxtəlifyönlü yanaşma kimi, MSH3 zülalına köklənmiş müalicə üsullarının tətbiqi üçün sübutlar əldə olunub.
2025-ci ilin sentyabrında S.Təbrizi "uniQure" şirkətinin AMT-130 gen dərman vasitəsinin və əlaqədar müalicə üsulunun sınaqlarında aparıcı elmi məsləhətçi kimi iştirak edib. Bu sınaq qeyd edilən vasitə və üsulun Hantinqton xəstəliyinin insanda irəliləməsinin ilk dəfə əhəmiyyətli dərəcədə statistik yavaşıması ilə nəticələndiyini sübut edib. Yüksək dozalı müalicə, əsas klinik və biomarker ölçülərindəki irəliləyişlərlə yanaşı, 36 ay ərzində xəstəliyin irəliləməsində 75% azalma ilə müşahidə olunub. Həmin sınaq 24 sentyabrda BBC- nin 18:00-dakı əsas xəbəri kimi, digər əsas xəbərlərlə yanaşı, The Times, The Guardian, The Telegraph, Nature və Time Magazine qəzetlərində də geniş milli və beynəlxalq mediada işıqlandırıb.
2025-ci ilin dekabr ayında gen müalicə üsullarının təkmilləşdirilməsində və Hantinqton xəstəliyinin müalicəsində mərkəzi rolu vurğulanaraq, Nature jurnalı həmin il elmə ən əhəmiyyətli təsir göstərən dünya alimlərin illik siyahısında S.Təbrizini ilk 10-luğa daxil edib. Elə həmin ay S.Təbrizi 2025-ci ildə Britaniya Neyroelm Assosiasiyasının (British Neuroscience Association) Neyroelm sahəsinə Görkəmli Töhfə Mükafatına layiq görülüb. Bu mükafat ona genetik kəşfləri ilk dəfə klinik nailiyyətlərə çevirməkdə göstərdiyi rəhbərliyinə, dünya miqyasında Hantinqton xəstəliyi tədqiqatları çərçivəsinin formalaşdırılmasında əhəmiyyətli roluna, xəstəliyin erkən mərhələlərinin biologiyasının anlaşılması və müalicə üsullarının təkmilləşməsində uzunmüddətli töhfələrinə görə verilib.
2012-ci ildə "The Lancet" və 2017-ci ildə "The Lancet Neurology" jurnallarının görkəmli şəxslər barədə rubrikalarında S.Təbrizi barədə məqalə yazılmış. Onun barəsində məlumat 2025-ci ildə "Sunday Times" qəzetində Amanda Staveley ilə birlikdə dərc olunmuş məqalədə yer almışdır.
2026-cı ilin fevral ayına olan məlumata görə, Sara Təbrizi 425-dən çox nəşrin müəllifi və tədqiqatlarına 47.000-dən çox istinad edilən alimdir. Onun H-İndeksi 114-dür.
Mükafat və fəxri adları
Neyrologiyaya Görkəmli Töhfə Mükafatı, Britaniya Neyrologiya Assosiasiyası (2025) Nature jurnalının 10 siyahısında (2025) yer alıb ABŞ Milli Tibb Akademiyasına seçilib (2024) Kral Cəmiyyətinin seçilmiş üzvü (2024) Lund Universitetindən Arvid Karlsson Mükafatı (2023) Britaniya Tibbi Araşdırmalar Şurasının Minilliyin Medalı (2022) Amerika Hantinqton Xəstəlikləri Cəmiyyətinin Görkəmli Tədqiqat Mükafatı (2022) Böyük Britaniya və İrlandiya Həkimlər Assosiasiyasının Osler Medalı və Mühazirəsi (2022) Edinburq Kral Həkimlər Kollecinin Aleksandr Morison Medalı (2019) Dünya Nevrologiya Konqresinin Yahr mükafatı (2019) İspaniya Nevrologiya Cəmiyyətinin Kotzias Mükafatı (2018) NHS70 Qadın Lider Mükafatı (2018) Elmdə İnnovasiya üzrə Yeddinci Lesli Gehri Brenner Mükafatı -da Archived İrsi Xəstəliklər Fondu tərəfindən mükafatlandırılıb (2017) Tibb Elmləri Akademiyasının seçilmiş üzvü (2014) Wellcome Trust-ın Hüceyrə və Molekulyar Neyrologiya üzrə Ekspert İcmal Qrupunun üzvü (2013–2017)