Martina Daliç (;) — xorvatiyalı iqtisadçı və maliyyəçi. O, Andrey Plenkoviçin kabinetində Xorvatiya Baş nazirinin müavini, həmçinin iqtisadiyyat, kiçik və orta sahibkarlıq və sənətkarlıq naziri vəzifələrində çalışıb.

O, Xorvatiyanın ilk qadın iqtisadiyyat naziri olub (Tamara Obradoviç-Mazalın 2012-ci ildəki iki günlük müvəqqəti icraat dövrü istisna olmaqla). Bundan əvvəl isə Martina Daliç 29 dekabr 2010-cu ildən 23 dekabr 2011-ci ilədək Yadranka Kosorun kabinetində Xorvatiyanın ilk və indiyədək yeganə qadın maliyyə naziri kimi fəaliyyət göstərib. O, mərkəz-sağçı Xorvatiya Demokratik Birliyinin üzvüdür və Zaqrebdə yaşayır.

2021-ci ilin fevral ayından etibarən isə, iri qida sənayesi müəssisəsi olan "Podravka" şirkətinin İdarə Heyətinin sədridir.

Erkən həyatı və təhsili Martina Daliç, Velika Qoritsada anadan olub. Atası Letovaniçdən, anası isə Vrlikadan olan Martina Ştimets (Daliç), 1991-ci ildə Zaqreb Universitetinin İqtisadiyyat və Biznes fakültəsini bitirib.

Karyerası Daliç 1995-ci ildə maliyyə naziri Bojo Pırkanın rəhbərliyi altında Xorvatiya Maliyyə Nazirliyində makroiqtisadi proqnozlaşdırma şöbəsinin rəhbəri kimi işə götürülüb. 1997-ci ildə o, nazir köməkçisi təyin edilib. 2000-ci ildə dövlət sektorundan ayrılaraq "Privredna banka Zagreb"də baş iqtisadçı kimi çalışmağa başlayıb.

2003-cü il seçkilərindən sonra Xorvatiya Demokratik Birliyi yenidən hakimiyyətə gəldikdə, Daliç 2004-cü ildə nazirliyə qayıdaraq Strateji Planlaşdırma üzrə Mərkəzi Dövlət Ofisində çalışıb. O, həmçinin Xorvatiyanın Avropa İttifaqına üzvlüklə bağlı danışıqlar zamanı maliyyə qanunvericiliyi məsələləri üzrə ölkənin baş məsləhətçisi olub.

22 sentyabr 2014-cü ildə Daliç, partiyanın proqramının Xorvatiyanın iqtisadi böhranını həll etmək üçün yararsız olduğuna inanaraq Xorvatiya Demokratik Birliyindən ayrıldı. O, yazdığı açıq məktubunda qeyd edirdi: "Xorvatiya yalnız özünə diqqət yetirən və problemləri yalnız səthi şəkildə həll etməyə çalışan daha bir hazırlıqsız hökuməti qaldıra bilməz. İşlərin yaxşılığa doğru dəyişməyəcəyinə əmin olduğum üçün, hər hansı bir partiya fəaliyyətində iştirakımı davam etdirmək mənim üçün qeyri-mümkündür. XDB-nin mövcud siyasi qəliblərdən kənara çıxa biləcək gücü və ya qətiyyəti yoxdur. Hazırkı hökumət səriştəsizdir və həddindən artıq keçmişlə məşğul olmağa köklənib. XDB-nin iqtisadi komandasında koordinasiya, liderlik və aydın istiqamət yoxdur; eyni zamanda bu uzunmüddətli Xorvatiya böhranının real səbəblərini aradan qaldırmaq bacarığına malik deyil".

Daliç, 2018-ci ilin mayında Andrey Plenkoviçin kabinetindəki nazir postundan istefa verdi.

3 fevral 2021-ci ildə o, Cənub-Şərqi Avropanın ən böyük qida şirkətlərindən biri olan Koprivnitsa mərkəzli "Podravka" şirkətinin rəhbəridir.

Digər fəaliyyətləri O, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Müdirlər Şurasının ex-officio üzvü (2010-2011) olub.2011 Annual Report European Bank for Reconstruction and Development (EBRD).

İstinadlar

Xarici keçidlər Martina Dalić's profile at the Government of Croatia official website