thumb|right|200px|Ukrayna 11-ci əlahiddə motoatıcı taborunun ekipajı.
Bölmə — hərb işində hər bir qoşun növü və xüsusi qoşunlarda, əsasən eynicinsli tərkibə malik olan, təşkilati baxımdan daha böyük bir bölmənin və ya hərbi hissənin tərkibinə daxil olan daimi təşkilati vahid.
Mənşəyi və strukturu Məsələn: manqa (top heyəti, ekipaj) struktur baxımından taqımın, taqım — rotanın (batareyanın), rotalar (batareyalar) — taborların (divizionların) tərkibinə daxil olur.
Öz təşkilati strukturu, silahlanması və hərbi texnika ilə təchizatı sayəsində bölmələr müstəqil şəkildə və ya hissənin tərkibində müəyyən döyüş və təlim tapşırıqlarını yerinə yetirmək iqtidarındadırlar.
İlk bölmələr Qədim dünyanın ilk ordularının yaranması ilə döyüş meydanlarında peyda olmuşdur. Məsələn, Qədim Roma ordusunda aşağıdakı bölmələr mövcud idi: onluqlar ( — hərfi mənada eyni çadırda yaşayanlar), senturiyalar, manipulalar və koqortalar.
Müasir bölmələr bir qayda olaraq hərbi hissənin malik olduğu bəzi atributlara (məsələn, Döyüş bayrağı, gerbli möhür, müstəqil maliyyə-mühasibat uçotu, gizli kargüzarlıq şöbəsi və s.) malik deyillər. Bölmələr adətən ayrıca hərbi şəhərciyə malik olmur və hərbi hissənin şəhərciyində yerləşirlər.
Müasir bölgü Quru qoşunlarında tabor da daxil olmaqla struktur vahidləri bölmə hesab olunur. Bununla belə, əlahiddə tabor və alay "hissə" adlandırılır. Bölmə və hərbi hissə arasındakı fərqlər bəzən nisbi xarakter daşıya bilər. Məsələn, müxtəlif hərbi hissələr vahid maliyyə mərkəzi tərəfindən idarə oluna, müştərək arxa cəbhə təminatına (ərzaq, geyim, yanacaq-sürtkü materialları və s.) malik ola və eyni hərbi şəhərcikdə yerləşə bilərlər. Lakin buna baxmayaraq, hər birinin öz komandanlığı olan və bir-birinə birbaşa tabe olmayan ayrı-ayrı hissələr kimi qala bilərlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq, üzərində hərbi hissənin şərti adı (məsələn, N saylı hərbi hissə) və fərdi vergi nömrəsi qeyd olunmuş xüsusi möhürə malik olan formalaşmanı "hissə" hesab etmək məqsədəmüvafiqdir.
Bölmə nümunələri Ekipaj (tank, zirehli maşın və ya radiostansiya ekipajı) Post (rabitə müdaxiləsi, döyüş xəbərdarlığı, Radiasiya, kimyəvi və bioloji kəşfiyyat (RKB)-müdafiə postu və s.) Manqa, top heyəti Taqım, qrup (XTQ) Rota, batareya, mərkəz (rabitə mərkəzi, telefon mərkəzi və s.) Tabor, taktik qrup, tabor qrupu və s.
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər Ю. Веремеев. Анатомия армии. Иеархия воинских формирований (подразделение, часть, соединение…что это такое?)
Kateqoriya:Həcminə görə hərbi birləşmələr Kateqoriya:Silahlı qüvvələr Kateqoriya:Hərbi quruculuq Kateqoriya:Hərbi birləşmələr